Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
1   2   3   4   5   6   7   8   9   10

STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

114 

zəmanət altına alına biləcəyi Hantinqtonun tezisində öz əksini tapır. Sivili-

zasiyaların toqquşması ideyasından təsirlənən qorxuların - ksenofobiya, is-

lamofobiya, miqrantofobiya kimi anlayışların gündəmə gəlməsi beynəlxalq 

münaqişələrin də səbəbləri baxımından daha da şaxələnməsinə gətirib çı-

xarmışdır. Avropa ölkələrində işsizlik və əhalinin yaşlanması kimi faktorlar 

ksenofobiya  duyğularının  inkişaf  etməsinə  və  müsəlmanlara  qarşı  para-

noyanın formalaşmasına səbəb olmuşdur. İslamı və müsəlmanları Avropa 

mədəniyyəti və materialist həyat tərzi üçün "potensial düşmən" kimi qəbul 

edən Qərbin ideoloqları içərisindəki irqçi meyillər ümumi siyasi konsepsi-

yalar formalaşdıran beyin mərkəzlərinə də öz mənfi təsirini göstərir. 

Hantinqton münaqişələri din və kimlik çərçivəsində qruplaşdırır. O, bir 

mədəniyyətin  özünə  xas  tarix,  ənənə,  din  və  dil  kimi  ünsürlərinin  fərqli 

bir mədəniyyət ilə kəsişmə nöqtəsində həmin mədəniyyətin tarix, ənənə 

və  dilini  deyil,  dinini  ön  plana  çıxarmışdır.  Bu  kontekstdə  sivilizasiyaların 

sərhədlərini müəyyənləşdirmək üçün dərin tarixi biliklərə və ya araşdırma-

ya ehtiyac yoxdur. Əgər bu, həqiqətən belədirsə, "mədəniyyət" anlayışı bu 

şəkildə sadə quruluşda, asanlıqla müşahidə edilə bilən bir formatdadırmı? 

Konfliktlərin yaranmasına səbəb olan hadisələrin çoxu həmişə Qərb dün-

yasında meydana gəlmişdir. Halbuki Qərb dünyası texnologiya sahəsində 

tərəqqinin,  iqtisadi  inkişafın,  demokratiyanın,  insan  hüquqlarının  və  bir 

çox faydalı sahələrin yaranmasında məhsuldarlığı ilə lider olmuşdur. Hal-

hazırda  bu  kimi  ziddiyyətli  məqamlar  Qərb  dünyasının  inkişafını  birbaşa 

təhdid  edir.  Hantinqtonun  dünyada  yaşayan  bütün  müsəlmanları  unikal 

mədəniyyətin  sahibi  olaraq  görməsi,  bənzər  hərəkətləri  və  fəaliyyətləri 

təkrar tətbiq edəcəkləri barəsində qənaətə gəlməsi sivilizasiyaların təbiəti 

ilə də ziddiyyət təşkil edir.

İslamofobiya bir tərəfdən dindar insanların dinlərini sərbəst şəkildə ya-

şamalarına maneəçilik törədir, digər tərəfdən də qeyri-müsəlmanlar ilə is-

lam dini arasında əngəl təşkil edir. Bu formatdakı "əngəlləmə" islam dininə 

qarşı maraq və əlaqəni artırsa da, geniş seqmentlərin ön mühakimələrinə 

də zəmin hazırlayır. "İnsan bilmədiyinin düşmənidir" devizi ilə deyə bilərik 

ki, islam qorxusunun kökündə də məlumatsızlıq və dezinformasiya dayanır. 

Dövlətlər  arasındakı  qarşıdurmalara  səbəb  olan  amillərdən  biri  də  ir-

redentizm  siyasətidir.  Qafqaz  regionunda  Azərbaycan  torpaqlarının  açıq 

şəkildə işğalı ilə birlikdə Ermənistan tərəfindən Azərbaycanda bir sıra dest-

ruktiv və təxribatçı fəaliyyətlər həyata keçirilmişdir. Ermənistanın kəşfiyyat 

xidməti və bir çox erməni terror təşkilatları sənaye mərkəzləri və nəqliyyat 

şəbəkələrini də hədəf seçərək sistematik olaraq Bakının, Gəncənin və digər 

şəhərlərin dinc əhalisinə qarşı terror fəaliyyətləri törətmişdir. Ermənistanın 

Azərbaycana  və  digər  ölkələrə  qarşı  terror  fəaliyyətlətini  həyata  keçirən 

təşkilatlarla  müxtəlif  səviyyələrdə  əməkdaşlıq  etdiyini,  müvafiq  maliyyə 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

115

dəstəyi göstərdiyini və bu təşkilatlara öz ərazisində təlimlərin keçirilməsi 

üçün şərait yaratdığını təsdiq edən bir sıra dəlillər və faktlar da mövcuddur. 

Bu siyasətləri aparan Ermənistana qarşı Azərbaycanın güc tətbiqetmə hü-

ququ beynəlxalq hüquqa müvafiqdir. Ancaq buna baxmayaraq, Azərbaycan 

tərəfi  multikulturalizm  siyasətini  regionda  uğurla  həyata  keçirərək 

sülhməramlı olduğunu dünyaya göstərir.

1988-ci  ildən  etibarən  isə  terrorizm  Ermənistanın  xarici  siyasətində 

"məharətlə"  istifadə  etdiyi  bir  xarici  siyasət  vasitəsinə  çevrilmişdir. 

Ermənistanın  regional  siyasətini  anlamaya  köməklik  edən  irreden-



tizm  siyasəti  [23,  s.326-327]  bir  dövlətin  sərhədyanı  ölkələrdə  yaşayan 

vətəndaşlarını bəhanə edərək yayılma strategiyası izləməsi kimi tərif edilir. 

Əvvəla,  Ermənistanın  əsas  məqsədi  Azərbaycan  torpaqlarını  işğal  etmək 

olmuşdur. Nəticə olaraq isə Ermənistan milliyyətçiliyinin də əsası olan irre-

dentist siyasətin də davamı kimi "Böyük Ermənistan" xəyalı əsas məqsədləri 

olmuşdur  [18,  s.151].  Separatizmə  əsaslanan  irredentist  siyasətin  həyata 

keçirilməsi  keçmişdə  olduğu  kimi  müasir  dövrümüzdə  də  münaqişələrin 

yaranmasına təkan verən amillərdəndir.

İnsanların  rifahı  və  birlikdə  sülh  içərisində  yaşaya  bilməsi  üçün  si-

vilizasiyalararası  qarşıdurmadan  deyil,  sivilizasiyalararası  dialoqdan, 

multikulturalizmdən bəhs etmək insanlıq üçün daha faydalı olacaqdır. Bu 

meyarların beynəlxalq siyasətin də vasitəsi kimi qəbul edilməsi dünyada 

sülhün bərqərar olmasına da xidmət göstərəcəkdir. 

2. Beynəlxalq münaqişələrin dinc həlli vasitələrinin tətbiqindəki 

problemlər

Beynəlxalq  münaqişələrin  həllində  diplomatik  vasitələr  olaraq,  "danı-

şıqlar",  "dostluq  zəminində  cəhd",  "vasitəçilik",  "təhqiqat",  "barışdırma" 

və  "xeyirxah  xidmətlər"  kimi  fəaliyyətlər  həyata  keçirilir  [33,  s.735-759]. 

Beynəlxalq  münaqişələrin  dinc  vasitələrlə  həllinin  ikinci  əsas  vasitəsi 

məhkəmə yolu ilə həll prosesidir. "Məhkəmə metodları"na iki qrup daxildir: 

"Məhkəmə prosessual üsulu" və "Beynəlxalq arbitraj". Nəzərə almaq lazım-

dır ki, bütün dinc vasitələr çox vaxt bir yerdə tətbiq olunur [8, s.331].

Beynəlxalq münaqişələrin dinc metodlarla həlli prinsipi başda BMT ol-

maqla bir çox regional təşkilatın da fəaliyyətinin əsasını təşkil edən mü-

hüm məsələlərdən biridir. Qafqaz regionu da daxil olmaqla dünyanın fərqli 

coğrafiyalarındakı  münaqişələrin  həlli  prosesini  izlədiyimiz  zaman  həll 

edilməmiş,  müddətli  dayandırılmış,  dondurulmuş  problemlərlə  qarşıla-

şırıq. Bunun səbəbi isə beynəlxalq təşkilatların funksiyalarını tam şəkildə 

yerinə yetirməməsi və böyük güc mərkəzlərinin bu münaqişələrin həllində 

maraqlı olmamasıdır. Bununla birlikdə, beynəlxalq təşkilatlar çərçivəsində 




Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə