Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 55 Fəhlə kadrlarının hazırlanması sistemi və onun təşkili



Yüklə 4,25 Mb.
səhifə32/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   29   30   31   32   33   34   35   36   37
insan resursları

Sual 55 Fəhlə kadrlarının hazırlanması sistemi və onun təşkili
Əmək bölgüsünün inkişafı, ETT-nin inkişaf etdirilməsi ixtisaslı fəhlə kadrlarının hazırlanmasını, kadrlar hazırlığının forma və üsullarının daima təkmilləşdirilməsini tələb edir. Müasir şəraitdə kadrların hazırlanması sahəsində aşağıdakı başlıca vəzifələr durur:

  1. gələcək fəhlələrin mədəni və texniki səviyyəsinin vəhdətliyinin təmin edilməsi nəticəsində mürəkkəb maşınları idarə edə bilən kadrların hazırlanması. Bununla əlaqədar olaraq fəhlələrin istehsalat təlimi ilə yanaşı nəzəri hazırlığının gücləndirilməsi tələb olunur;

  2. bir neçə maşın və avadanlığa xidmət edə bilən geniş profilli fəhlə kadrların hazırlığı; c) texniki tərəq

qi ilə əlaqədar olaraq kadrların yenidən hazırlanması və ixtisasının artırılmasını ardıcıl olaraq həyata keçirmək;
d) peşə-texniki və firmalarda ixtisaslı fəhlə kadrları hazırlığının keyfiyyətini yüksəltmək və onların peşə hazırlığının səmərəsini artırmaq. Xalq təsərrüfatında və əhaliyə bilavasitə xidmət edən qeyri-maddi istehsal sahələrində yüzlərlə adda peşə sahibləri işləyir.
Məsələn, tikintidə dülgərlər, suvaqçılar, rəngsazlar, xarrat-fəhlələr, rəngsaz-suvaqçılar, xarratdülgərlər, bənnalar, betonçular, avtokrançılar, motorçular, buldozerçilər, maşınqayırma və metal emalı sənayesində tornaçılar, cilalayıcılar, müxtəlif qaynaqçılar, çilingərlər (çilingər-qənəkəçilər, mexaniki yığma üzrə çilingərlər, avadanlıqları quraşdırma üzrə çilingərlər və s.), frezerçilər, elektro-montyorlar, rabitədə müxtəlif işlər üzrə (rayon elektrik rabitəsi, yarımstansiya elektrik şəbəkəsi və s. üçün) montyorlar, radio aparatı quraşdırıcıları, telefon-teleqraf rabitəsi operatorları, hesablayıcı perforasiya operatorları, telefonçular və s.; ticarətdə sənaye malları satıcıları, ərzaq malları satıcıları, aşbaz-kulinarlar, xörək paylayanlar, məişət sahəsində qadın, kişi və uşaq bərbərləri, manikür və pedikür ustaları, stenoqrafçılar, kargüzarlar və s. Maddi və qeyri-maddi istehsal sahələrində peşələrin sayının çox olması kadrlar hazırlığı işini xeyli çətinləşdirir, bu sahədə daha ciddi və konkret olmağı tələb edir.
Xalq təsərrüfatı sahələri və qeyri-maddi istehsal sahələri üçün ixtisaslı fəhlə kadrlar hazırlığı aşağıdakı sistemdə birləşmişdir:

  1. şəhər və kənd peşə-texniki litseylərdə;

  2. bilavasitə-müəssisələrdə.

Şəhər peşə-texniki məktəblərində təhsil müddəti bir ildən üç ilə kimi, kənd peşətexniki məktəblərində isə bir ildən iki ilə kimi müəyyən edilmişdir. Təhsil müddətindəki fərq peşələrin mürəkkəblik dərəcəsindən asılıdır. Adətən, peşə-texniki məktəblərində xalq təsərrüfatının bütün sahələri üçün mürəkkəb peşələr üzrə fəhlə kadrları hazırlanır. Burada hazırlanan fəhlələr istehsal hazırlığı ilə yanaşı geniş nəzəri və ümumtexniki biliyə də malik olurlar. Peşə-texniki məktəblərində təhsil müddəti bir il olan peşələr üzrə fəhlə kadrları, adətən, ikinci dərəcəli, iki illik təhsil müddətində iki-üç, üç illikdə isə daha yüksək dərəcəli fəhlə kadrları hazırlanır.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə