Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 57 Təlimin keçirilməsinin mahiyyəti və məqsədi



Yüklə 4,25 Mb.
səhifə34/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   29   30   31   32   33   34   35   36   37
insan resursları

Sual 57 Təlimin keçirilməsinin mahiyyəti və məqsədi
Təlimin keçirilməsinin mahiyyəti – İnsanlar arasında interaktivlik, qarşılıqlı fikir mübadiləsi, sosiallaşma, kommunikasiya, komanda ruhu yaratma, köməkləşmək ideologiyasını formalaşdırmaq və insanların bir-birinə qarşı istənilən sahədə sosial məsuliyyətlərini artırmaq yolunda təkan rolunu oynamaq, fərqli xarakterli, fərqli mühitlərdən olan insanların bir ideologiya altında toplaşma və bir fikir uğrunda səfərbər olma bacarıqlarını ortaya çıxarmaqdadır. Təlimin əsas məqsədi işçilərə işin yerinə yetirilməsi üçün tələb olunan bilik və bacarıqları öyrətməkdir.
Təlim zamanı əsasən aşağıdakı mövzulara müraciət olunur: - Cəmiyyətdə hansı sahələrdə özümüzü məsuliyyətli hiss etməliyik? - Müsbət nümunələr öyrədici ola bilirmi? - Fikir ayrılıqlarını necə ortaq bir işə çevirmək olar? - Sosial məsuliyyətə nə qədər ciddi yanaşırıq? - Cəmiyyətdə hansı rollara malikik? Təlim qarşılıqlı fikir mübadiləsi, vizual görüntülər, video çarxlar, interaktiv, maraqlı, əyləncəli, intellektual oyunlar vasitəsilə həyata keçiriləcək. Uğurlu artım, biznesin inkişafı – istənilən şirkətin aparıcı motivləridir. Bu zaman bu artımın əhəmiyyətli şəkildə realizəsi heyətin inkişafının fərdi və qrupdaxili komanda proseslərindən asılıdır. Başqa sözlə desək, heyətin ümumilikdə şirkətin artım templərinə çataraq inkişaf etməsi çox vacibdir. Bu baxımdan kadrlar xidmətinin tapşırıqlarını nəzərdən keçirərək üç qrupun inkişaf proseslərini fərqləndirmək böyük məna kəsb edir; - Top menecerlər; - Orta səviyyəli menecerlər; - İcra heyəti. Heyətin təlimi və inkişafı tapşırıqlarının aşağıdakı peşəkar həllini təklif edir: - Treninqin strategiyasının və heyətin inkişafının işlənib hazırlanması; - Heyətin treninq – tələbatlarının qiymətləndirilməsi proseslərinin təşkili; - Korporativ treninqlərin həyata keçirilməsi; - İnsanlar üçün imkanlar məkanını yaratmaq. Burada dərk etmək, seçmək, məsuliyyət altına almaq, nəyi isə icra etmək və həyatdan zövq almaq imkanları nəzərdə tutulur. Peşə və ixtisasların yaranmasının əsasında əmək bölgüsü durur.
Peşə-əmək bölgüsünün maddi əsasını əmək alətlərinin ixtisaslaşması və dəyişilməsi təşkil edir. Əmək fəaliyyətinin dəyişilməsinin əsasında əmək fəaliyyətinin dəyişilməsi qanunu durur. Təlim və inkişaf proqramlarının məqsədi işin məhsuldarlığını, səmərəliliyini və işin məmnunluğunu artırmaqdır. Təlim proqramlarının məqsədi iş üçün tələb olunan yeni bacarıqların və səriştənin formalaşmasındadır. Treninq proqramların məzmunu təşkilatın işçi heyətinin ixtisas səviyyəsini, işin keyfiyyətinə və bacarıqlara olan tələbatın müəyyən edilməsi və müvafiq tədbirlərin hazırlanmasındadır. Əsas treninq metodları aşağıdakılardır:

  • yerində təlim, praktiki təlim proqramları ilə;

  • təlim zamanı modellərin istifadəsi, işlərin rotasiyası;

  • iş konfransları, vizual təqdimetmə;

  • planlaşdırılmış instruktaj, rol oyunları; təlim və inkişaf proqramlarının əlaqəsi onda özünü biruzə verir ki, inkişaf proqramları daha genişdir və təlim proqramı ona tabedir.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə