Sual İncəsənətdə məzmun və forma. İncəsənət



Yüklə 86,2 Kb.
səhifə10/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
1   ...   6   7   8   9   10   11   12   13   ...   29
Document 1

1) monumental;

2) dekorativ;

        3) dəzgah heykəltəraşlığı.



Monumental heykəltəraşlıq əsərləri əsasən açıq havada , şəhər meydanında , parklarda , bəzən ictimai binaların qarşısında və ya daxilində qoyulur. Belə heykəllər bir qayda olaraq müəyyən məsafədən baxılır. Monumental heykəllər ictimai ideyaları təbliğ edir, dahi rəhbərlərin , görkəmli dövlət və mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

 

 



Dekorativ heykəllər (bunlara bəzən monumcntal-dckorativ heykəllərdə deyilir) əsasən memarlıq abidəsinin bəzədilməsində tətbiq edilir. Bundan əlavə, belə heykəllərlə parkları, fəvvarələri, pilləkanları da bəzəyirlər. Dekorativ heykəllər həm dəyirmi, həm də relyef formasında yaradıla bilər.

Dəzgah heykəltəraslığı nümunələri əsasən muzeylərdə, sərgi salonlarında, rəssamların emalatxanalarında nümayiş etdirilir. Belə heykəllər rəssamın sırf bədii yaradıcılıq işi kimi diqqəti cəlb edir. Monumental və dekorativ heykəltəraşlıq nümunələrindən fərqli olaraq, onların həcmi bir qədər kiçik olur və onları lazım gəldikdə bir yerdən başqa verə aparmaq mümkün olur.

Qrafika - təsviri incəsənətin ən qədim növlərindən biridir.

Qrafika yunan sözü olan “graphike” sözündən götrülüb. mənası “rəsm”, “şəkil” deməkdir. Buraya müxtəlif texniki üsullarla işlənmiş rəsmlər daxil cdilirdir. Qrafika üsulu ilə rəssamlar təsviri incəcənətin natürmort, portret, mənzərə, məişət və s. janrlarında çox maraqlı bədii sənət əsərlər yardırlar.

Qrafik löhvənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır Bunlara misal olaraq aşağıdakı texnikaları göstərmək olar: Rəsm, qravüra, litoqrafya, paleoqrafya və ya ksiloqrafiya,offort, linoqravüra, estamp, ekcilibris, sənaye qrafikası və s.

İşlənmə texnikasına görə qrafika sənəti iki böyük hissəyə ayrılır. Onlardan birincisi və ən qədimi ənənəvi rəsmdir. Ənənəvi rəsmlər əsasən kömür, karandaş, tuş, fiamaster və s. bu kimi vasitələrlə kağız, karton, parça və s. bu kimi materiallar üzərində çəkilir. Belə rəsmlər bır nüsxədə yaradılır. Bəzi rəsmlər rəng həllinə görə boyakarlığa yaxındır. Bunlar sulu boyalarla çəkilən (akvarcl, quaş, tempra) və yaxud, pastel (rəngli karandaşlar) texnikasında çəkilən rəsimlərdir.

İkincisi isə gravürdür. Qravür - çap qrafikasıdır. Burada rəsm yalnız bir nüsxədə yaradılsada, ondan eyni keyfiyyətdə istənilən qədər nüsxə almaq mümkündür.

Buraya ağac, daş, metal, maqnezium, linolium və s. üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Bu əsərlərdə mövzudan asılı olaraq müxtəlif texnikalardan və alətlərdən istifadə olunur. Məsələn: mis metal üzərində xüsusi iynə ilə çəkilmiş və sonradan rəng vasitəsilə yaradılmış qravüralara ofort deyilir. Daş üzərində qazılmış, həkk olunmuş təsvirlərdən alınmış qravüralara litoqrafiya deyilir. Ağac üzərində həkk olunmuş qravüralara polioqrafiya və ksiloqrafiya deyilir. Sonradan yaranmış linoleum üzərində cızılmış təsvirlərdən alınmış qravüralara linoqravüra deyilir və s.

Qrafikanın aşaığıdakı növləri vardır : dəzgah qrafikası, kitab və jurnal qrafikası , plakat qrafikası , tətbiqi qrafika , computer qrafikası , sənaye qrafikası .

Dəzgah qrafikasının hər hansı texnikasında yaradılmış rəsmlər həm bir rəngli , həm də çox rəngli ola bilər.

Kitab illüstrasiyası və qəzet-jurnal qrafikası əksər hallarda ədəbi əsərlərin süjeti, qəzet və jurnallarda dərc olunmuş materialla əlaqədar yaranır.

Qrafika sənətinin yeni və kütləvi formalarından sayılan plakat əsasən siyasi, reklam və texniki plakat sahələrində inkişaf etmişdir. Son zamanlar təsərrüfatın müxtəlif sahələrində texniki tərəqqini təbliğ edən plakatlara çox geniş yer verilir.

Tətbiqi qrafikaya müxtəlif materiallarda, müxtəlif texnikalarda (ağac, daş, metal, maqnezium, linolium və s. üzərində qazılmış və ya həkk olunmuş) işlənmiş rəsmlər daxil edilir.

Kompüter qrafikası qrafikanın ən son dövrlərdə yaranmış və çox sürətlə inkişaf edən növlərindəndir. Bu sahədə çox geniş yaradıcılıq imkanları vardır. Hal-hazırda ondan bir çox sahələrdə o cümlədən cizgi filmlərinin və bədii filmlərin yaradılmasında da geniş istifadə olunur.

Sənaye qrafikasına əsasən ən müasir avadanlıqlarla sənaye üsulu ilə yaradılmış qrafik təsvirlər aid edilir.

Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə