Sual İncəsənətdə məzmun və forma. İncəsənət


Sual 36: Xalçaçılıq və Dulusçuluq sənəti Xalçaçılıq



Yüklə 86,2 Kb.
səhifə12/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
Document 1

Sual 36:

Xalçaçılıq və Dulusçuluq sənəti

Xalçaçılıq.

Bu sənət növünə hər zaman dövlət başçıları çox əhəmiyyət vermiş, ən dahi şairlər öz əsərlərində istedadlı xalça toxuyanları xatırlatmışlar. Xalçaların inkişafı tarixi şərti olaraq 4 əsas dövrə bölünür:



  • Birinci – inkişafın ilkin dövrüdür. Bu dövrün məmulatları çox sadə və naxışsız idi. Cecim və palazlar meydana çıxır.

  • İkinci dövr - Bü dövrdə kilimin daha çətin üsullarla toxunma üsulları yaradılır.

  • Üçüncü dövr – toxunmamı şəddə, vərni, sumax, zili üsullarının yaranması dövrüdür. Sadə və çətin sarımanın geniş yayıldığı müddətdir.

  • Dördüncü dövr – xovlu xalçaların düyünlərlə toxunmasının inkişafı ilə xarakterizə olunur. Həm texniki, həm də sənət nöqteyi nəzərindən bu dövrü xalçaçılığın ən yüksək inkişaf dövrü adlandırmaq olar.

Şimali və Cənubi Azərbaycanın ərazilərində müxtəlif dövlətlər və dinlər meydana gəlmiş, müharibələr getmiş, müxtəlif mədəniyyətə malik tayfalar bir-birlərini əvəzləmişlər. Qonşu və ya bir-biri ilə müharibə edən müxtəlif mədəniyyətlər arasında qarşılıqlı əlaqə əlbəttə ki, qaçılmazdı. Bu proseslər öz əksini xalçaçılıqda da tapmışdı. Azərbaycanın ərazisində özünəməxsus məktəbi və özünəməxsus stili olan xalçaçılıq mərkəzləri formalaşmağa başlamışdı.

Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar



Dulusçuluq — gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşə

.

Dulusçuluq istehsalatın üç istiqamətini əhatə edir: 



  • Adi tikinti kərpicinin istehsalı;

  • Müxtəlif gil qabların və istehsalat məmulatlarının (odadavamlı kərpic, kafel, saxsı boru və s.) istehsalı;

  • Fayans və farfor məmulatlarının istehsalı.

Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən sırf texniki nailiyyətlər nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi.

İlk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanda dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol işğallarına qədər davam etmiş bu yüksəliş dövründə dulusçuluqda güclü kəmiyyət və keyfiyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi, müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması, dulus kürələrinin kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfiyyətli saxsı məmulatı istehsalı üçün daha əlverişli şərait yaradırdı.

Bu dövrdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar ki, bütün şəhər və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, o cümlədən Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirsiz və şirli qablar istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlul materiallar aşkar edilmişdir.


Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə