Sual İncəsənətdə məzmun və forma. İncəsənət



Yüklə 86,2 Kb.
səhifə14/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
1   ...   10   11   12   13   14   15   16   17   ...   29
Document 1

Memarlar – heykəltəraşlığın, rəngkarlığın, qrafikanın , dekorativ- tətbiqi sənətin ahəngdar  birləşdiyi incəsənət əsərləri  yaradırlar. Memarlıq abidələrinin yaradılmasında ətraf mühit, relief, forma , kompisiya, işıq- kölgə , konstruksiya , material və s. cəhətlərə xüsusi fikir verilir. Beləliklə , bədii memarlıq abidəsinin yaradıcısı həm rəssam, həm də memar olmalıdır.

Müxtəlif dövrlərdə memarlıq abidələri mağaralar, siklopik tikililər, müdafiə məqsədilə tikilmiş qalalar, dini xarakter daşıyan məbədlər, məscidlər, kilsələr, yaşayış məqsədilə tikilmiş karvansaralar və s. memarlığın inkişafını çox zəngin tarixi keçmişə malik olduğunu aöstərir Mahiyyət etibarilə memarlıq abidələri, əsasən, monumental xarakter daşıyır. B.e.ə. III – II minillikdə qədim quldarlıq mədəniyyəti olan Şumer-Akxad, Mesopatomiya, Misir,Yunan, Roma incəsənəti çox zəngin memarlıq nümunələri ilə diqqəti cəlb edir. Qədim dövrdə binaların fasad (öndən görünüş) və interyerlərin, dəhlizlərin, küçə və meydanların bəzədilməsində təsviri sənətin müxtəlif növlərindən (heykəltəraşlıq, boyakarlıq, dekorativ-tətbiqi sənət) və texnikalarından (relyef, mozaika, vitraj və s.) bu kimi bədii texnikalardan geniş istifadə olunurdu. Müasir dövrdə memarlığın inkişafı öz sürəti, zəngin material, texnika və texnologiyası ilə diqqəti cəlb edir. Əlbəttə, memarlıq abidələrinin tikilməsi müxtəlif məqsəd və xarakter daşıyır. Lakin bütün dövrlərdə bu abidələr insanların məişətinin çox mühüm bir hisşəsi olmuşdur.

Beləliklə, ən qədim insanların ilk ehtiyaclarından, həyatı tələbatlarından biri yaşayış məskəni olmuşdur. Daş dövrünə aid ibtidai insanların yaşadığı mağaralar təbii və süni üsullarla yaradılmışdır. Belə mağaralara dünyanın bir çox yerlərində rast gəlinmişdir. Məsələn, Qərbi Avropada - Altamira, Montespan, Fon-de-Qom, Şaffo mağaraları və s. Azərbaycanın Fizuli, Qazax, Qubadh Zəngilan və digər rayonların ərazilərində də belə mağaralara rast gəlinmişdir. Bunlardan Fizuli rayonu ərazisindən tapılmış Azıx mağarası bütün dünyada məhşurdur.

Daha sonralar yaradılmış qədim tikililər böyük qaya parçaları, iri daşlar əsasında qurulmuşdur. Belə abidələrin tikintisində inşaat məhlulu işlədilməmişdir. Onlar uzunluğu 2-3 metr və daha böyük olan daşlardan tikilmişdir. Azərbaycanın dağlıq rayonlarında 120-yə yaxın dairəvi formada, nəhəng daşlardan, suvaqsız tikilmiş belə abidələr vardırf Bu cür abidələrə Naxçıvan, Gədəbəy, Şəmkir, Tovuz rayonlarında daha çox rast gəlinir. Xalq arasında belə qədim tikililərə “qalaça”, “qalacıq”, “hörükdaş” deyilir. Azərbaycan ərazisində müdafiə məqsədilə tikilən müxtəlif formalı qalaların çox olması ulu babalarımızın hər zaman torpaqlarımızı yadelli düşmənlərdən müdafiə etmək üçün mərdliklə vuruşduqlarını nəzərə çatdırır.

Arxeoloqlar öyrənmişlər ki, Azərbaycanda el sənətkarları qədim yaşayış binalarını qazma və qaradam üsulu ilə yaratmıışlar. Belə evlər yayda sərin, qışda isti olur. Mingəçevir ərazisində yerləşən çiy kərpicdən tikilmiş binanın 3500-4000. illik qədim tarixi vardır. Gəncəçayı ərazisində yonulmamış çay daşlarından tikilmiş uzunluğu 17-18 metr olan yaşayış evi tapılmışdır. Onun bir giriş qapısı və dörd bölməsi vardır.

Azərbaycanda memarlığın sonrakı inkişafı Cənubi Azərbaycanda, Midiya dövlətində (e.ə. VII-VI əsrlər) nəhəng müdafiə tikintilərinin, sarayların, yaşayış binalarının tikilməsi ilə sıx bağlıdır. Qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə Midiyanın paytaxtı Ekbatan (indiki Həmədan) şəhərində tikilmiş əzəmətli saray hündür taxta sütunları, qızıl və gümüş bəzəkləri ilə insanı heyran edirdi.

Azərbaycanda müxtəlif dövrlərdə atəşpərəstliyin, alban, xristian və müsəl-man dinlərinin yayılması xalqımızın tarixi memarlıq abidələrində xarakterik ünsürlərlə daha aydın nəzərə çarpır.

Qədim Qafqaz Albaniyasının memarlıq abidələri bu baxımdan çox maraq-lıdır. Bədnam ermənilər hər cür hiyləgərliklə bu memarlıq abidələrini öz tarixi keçmişləri kimi təqdim etməyə çalşirlar. Ona görə də bu abidələrin yaranma tarixini, milli xüsusiyyətlərini daha mükəmməl öyrənməli və onları qorumalıyıq.

Orta əsrlərdə Azərbaycanda memarlığın inkişafı xüsusilə diqqəti cəlb edir. Həmin dövrdə mövcud olan iri ticarət şəhərləri, yaşayış məntəqələri tarixçilər və səyyahlar tərəfindən nəzərə çatdırılmış və yüksək qiymətləndirilmişdir. Qədim Azərbaycan şəhərləri kimi məhşur olan Qəbələ, Beyləqan, Şamaxı, Gəncə, Naxçı-van, Təbriz və Ərdəbildəki memarlıq abidələri də böyük maraq doğurmuşdur. Orta əsrlərdə ( XI-XVII əsrlər) Azərbaycan öz tarixinin ən mürəkkəb və zəngin bir dövrünü yaşamışdır. O dövrdə Nizami Gəncəvi, Xəqani Şirvani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, alim və astroloq Nəsirəddin Tusi, memar Əcəmi Əbubəkir oğlu Naxçıvani və digər görkəmli şəxsiyyətlər yaradıcılığı ilə Azərbaycana əbədi şöhrət gətirmişlər.

Orta əsr memarlıq abidələrindən “Qız qalası”, “Mərdəkan qalası”, “Möminə

Xatın”, “Yusif ibn-Küseyir” türbəsi, “Şamaxı rəsədxanası”, “Şirvanşahlar sarayı”, “Şəki Xan sarayı'’ və digərlərini göstərmək olar.

Azərbaycanın memarlıq nümunələri xalqımızın ən gözəl və dəyərli tarixi abidələridir. Bu abidələrlə hər birimiz fəxr etməliyik.



Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə