Sual İncəsənətdə məzmun və forma. İncəsənət



Yüklə 86,2 Kb.
səhifə8/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
1   ...   4   5   6   7   8   9   10   11   ...   29
Document 1

Dəzgah boyakarlığı nümunələri, monumental əsərlərə nisbətən, daha sonralar yaranmışdır. Belə əsərlər xüsusi rəssamlıq dəzgahı olan, “molbert” üzərində işlənilir. Dəzgah boyakarlıq nümunələri kətan, karton, ağac, faner və digər səthlər üzərində yaradılır. Monumental boyakarlıqdan fərqli olaraq, dəzgah boyakarlığı nümunələrini bir yerdən, başqa yerə aparmaq, istənilən yerdən asmaq mümkündür. Boyakarlığın bu növündə rəssamlar natürmort, mənzərə, portret, məişət, tarixi janrlarda çox qiymətli sənət əsərləri yaratmışlar.

Miniatür kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə fərqlənən boya-karlıq əsəridir. Keçmişdə əsasən dini və ədəbi əlyazmaların, kitablarının illüstrasi-yalarla bəzəd ilməsində ondan geniş istifadə olunmuşdur. Belə təsvirlər çox maraqlı kompozisiya həlli ilə diqqəti cəlb edir. Miniatür rəsmlərdə portret, məişət, mənzərə, əsatir və s. mövzuların təsvirinə geniş yer verilmişdir. Orta əsrlərdə Təbriz miniatür məktəbinin görkəmli nümayəndələrindən Soltan Məhəmmədin, Mirzə Əlinin, Müzəffər Əlinin, Kəmaləddin Behzadın, Sadiq bəy Əfşarın dahi şairlərdən Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Xosrov Dəhləvi, Məhəmməd Fizuli və baş-qalarının əsərlərinə çəkdikləri illüstrasiyalar, xüsusi albomlarda toplanmış miniatürlər hazırda dünyanın ən məhşur muzeylərində və kitab fondlarında nadir sənət inciləri kimi qorunub saxlanılır.


Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə