Sual İncəsənətdə məzmun və forma. İncəsənət


Sual:24 Azərbaycan dekorativ-tətbiqi sənəti



Yüklə 86,2 Kb.
səhifə5/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
1   2   3   4   5   6   7   8   9   ...   29
Document 1

Sual:24 Azərbaycan dekorativ-tətbiqi sənəti.

Dekorativ-tətbiqi incəsənət - təsviri incəsənətin əsas növlərindən biridir. Dekor latınca bəzəmək deməkdir.

Müxtəlif dövrlərdə yaradılmış dekorativ-tətbiqi sənət və xalq yaradıcılığı nümunələri müxtəlif xalqların mədəniyyətini, tarixi keçmişini, adət-ənənələrini, yaşayış tərzini, bədn-estetik zövqünü, dünyagörüşünü özündə əks etdiriməsi ilə də çox dəyərlidir. Buna görədə müxtəlif xalqların mədəniyyətini, məişətini, gündəlik həyatını özündə əks etdirən dekorativ-tətbiqi incəsənət nümunlərində çox zəngin milli ənənələr vardır.

Dekorativ-tətbiqi sənətin aşağıdakı növləri vardır:

1. xalçaçılıq

2. toxuculuq

3. bədii tikmə

4. bədii hörınə

5. metalın bədii emalı

6. ağacın bədii emalı

7. zərgərlik

8. daş və ağac üzərində oyma

9. milli geyimlər

10. keramika

11. dulusçuluq

12. inkrustasiya və s. göstərmək olar.

Təsviri incəsənətin digər növlərindən fərqli olaraq (boyakarlıq, heykəltəraşlıq,

qrafika), Azərbaycanda dekorativ-tətbiqi sənətin müxtəlif növləri daha geniş yayılmışdır. Dekorativ-tətbiqi sənətkarlığın bir çox sahələrində yaradılmış sənətkarlıq nümunələri çox dəyərli sənət əsərləri olmaqla bərabər, həyatda və məişətdə xalqımızın gündəlik tələbat məmulatlarına çevrilmişdir.

Azərbaycanda dekorativ-tətbiqi sənətin və xalq yaradıcılığı sahələrinin inkişafında coğrafi ərazi və təbii xammal ehtiyatları çox mühüm rol oynamışdır.

Dünyadakı on bir coğrafi iqlim qurşağından həyat üçün yararlı sayılan doqquzunun Azərbaycanda olması doğma yurdumuzun müxtəlif təbii xammal ehtiyyatları ilə zənginliyini göstərir. Buna görə də Azərbaycanda dekorativ-tətbiqi sənətin dulusçuluq, keramika, misgərlik, xalçaçılıq, toxuculuq, zərgərlik, bədii tikmə və s. növlərinin yaranma və inkişaf tarixi çox qədimdir.

Dekorativ-tətbiqi sənətin növləri, burada istifadə olunan materiallar, üsul və vasitələr müxtəlifdir. Belə sənət nümunələri hazırlandığı materiala (ağac,daş, metal, keramika, yun, pambıq və s.) və işlənmə texnikasına (oyma, tökmə, döymə, hörmə, tikmə və s.) görə müxtəlif sahələrə ayrılır.

Arxeoloji qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki, Azərbaycan ərazisində yaşayan tayfalar hələ 4 min il bundan əvvəl daşdan, gildən, metaldan müxtəlif formalı qab-qacaq, silah və bəzək əşyaları düzəldərək onlardan gündəlik həyat və məişətlərində geniş istifadə etmişlər. Həmin sənət nümunələri öz orijinal forması, istifadə olunan materialları, dəqiq işlənmə xüsusiyyəti və üzərindəki bəzək elementləri ilə tarixçilərin, etnoqrafların, sənətşünas alimlərin diqqətini cəlb etmiş və onların böyük marağa səbəb olmuşdur.

Dekorativ-tətbiqi incəsənətin mühüm sahələrindən biri də müxtəlif xalqların milli geyimləridir. Azərbaycan xalqının bu sahədə çox zəngin adət və ənənələri vardır. Azərbaycan iqliminin dağ və aran olması ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların milli geyimləri öz müxtəlifliyi və forma zənginliyi ilə diqqəti cılb edir. Azərbaycan xalqının milli geyim nümunələrinə tarix və diyarşünaslıq nümıınlərində, xalça muzeyində nümayiş etdirirlər. Ekspozisiyalarda tamaşa etmək olar. IX əsrdən başlayaraq Azərbaycanda İslam dininin möhkəmlənməsi xalqımızın milli geyimlərində , geyim atributlarında öz əksini tapmışdır. XIX əsrdə Azərbaycanda olmuş mə.hur səyyahların əlyazmalarında rəssamların əl işlərində Qarabağ , Şirvan , Gəncə, Quba quberniyalarında yaşayan insan geyimlərinin xüsusiyyətləri özünəməxsus formaları cəlb etdirir.

XVII əsrdə Gəncədə olmuş səyyahın əlyazmasında tərəkəmə həyat keçirən bu

Xzidə yaşayan qadınların geyimində şalvarın xüsusi rol oynadığın, böyük maraqla qeyd edirlər. Bu baxımdan at belində dağdan arana, arandan dağa köçən yerli əhalinin geyimlərində at belində hərəkət etmək üçün rahat formaların seçilməsi çox təbidir.

Azərbaycanın milli geyim atributlarına misal olaraq qadınlarda arxalıq, kəlağayı, araqçın, şalvar, köynək və s. bu kimi detallara rast gəlinir. Kişilərin geyimlərində papaq, arxalıq, çuxa, köynək, müxtəlif formalı şalvarlar və s. diqqəti cəlb edir.

Dekorativ tətbiqi sənətin Azərbaycanda çox geniş yayılmış sahələrindən biri də zərgərlikdir. Müxtəlif qiymətli və əlvan metallardan hazırlanmış zəngin bəzək elementlərinə malik zərgərlik nümunələri özünəməxsus gözəlliyi, zəngin naxış elementləri ilə diqqəti cəlb etmişdir. Azərbaycan xalqının milli geyimlərində müxtəlif növlü zərgərlik məmulatları, geyim atributlarının əsas detallarındaN biri kimi çox böyük maraq doğurur. Xüsusilə qadın geyimlərinin bəzəyi olan xırda boyunbağı, qolbaq, kəmər və üzük və s. bu kimi əşyaların üzərində zəngin həndəsi və nəbati naxış elementlərinə geniş yer verilir. Belə zərgərlik nümunələri hal-hazırda Azərbaycanın muzey mərkəzlərində olan kolleksiyada geniş çeşiddə nümayiş etdirilir.

Dekorativ tətbiqi incəsənətin ən zəngin sahələrindən biri də xalçaçılıqdır. Görkəmli sənətşünas Lətif Kərimov özünün monumental xalçaçılıq haqqında olan kitablarında Azərbaycan xalqına bir nöty pasport vermişdir. L.Kərimov Azərbaycan xalçalarının təsnifatını vermiş, onların texnoloji xüsusiyyətini müəyyənləşdirmiş, bir sıra xalça nümunələrinin məhz Azərbaycan xalqına aid olduğunu tarixi faktlarla, sənədlərdə sübut etmişdir .O, bir çox dünya muzeylərində saxlanılan xalçalar haqqında geniş məlumat toplamışdır. Onun yazdığı «Azərbaycan xalçaları» I-III cild monumental kitabı xalçaçılıqla məşğul olan siıətşünas alimlərin əlində əvəzsiz vəsaitdir.Azərbaycan xalçaları dünyanın bir çox muzeylərinin qiymətli eksponatlarından Londondakı Viktoriya və Albert muzeyində saxlanılan dünyada bədii və texnoloji xüsusiyyətlərinə görə ən böyük vö ən qiymtli xalça sayılan Şeyx Səfi xalçası (5 m yarım x 11 m 30 sm) 1539-cu il. Bu xalça üzərindəki naxışlar, əsasən, Təbriz xalça məktəbinin ən gözəl nəbati çeşidlərindən al-əlvan naxışlarla bəzədilmiş xalçada naxışlar hər dəfə yeni forma əks etdirsədə, onlar bir-birini tamamlayır. Bundan başqa, Bakı şəhərində yerləşən Azərbaycan Xalçaları muzeyində xalqımızın yaratdığı bir çox qiymətli xalça nümunələri saxlanılır. Müasir dövrdə bir çox Azərbaycan rəssamlarından Cəfər Müciri, Kamil Əliyev, Mikayıl Eldarov və başqaları xalçaçılıq sahəsində yeni və çox qiymətli sənət nümunələri yaratmışlar.

Görkəmli sənətşünas , alim Rasim Əfəndiyev “Azərbaycanın bədii sənətkarlığ dünya muzeylərində” , “ Azərbaycan xalq sənəti” , “Azərbaycan tətbiqi sənət nümunələri və memarlığı” kimi çox qiymətli kitabların müəllifidir.

Sənətşünas alim Rasim Əfəndi “Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində” kitabında ən məşhur muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan çox nadir və qiymətli dekorativ- tətbiqi sənət və xalq sənətkarlığı nümunələri haqqına ətraflı məlumat vermişdir. O, yazır;

İndi biz fəxrlə Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten . Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görürük. *’



Akademik R. Əfəndi yazır ki, dünya muzeylərinin bəzəyi sayılan bu nadir sənət əsərlərimizin Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılması da böyük bir tarixə malikdir. Onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəzilərini müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyah, tacır, diplomat və alimlər gətirmiş, bəziləri isə qarət olunmuşdur. Təəssüf ki, müx-təlif yollarla həmin muzey və şəxsi kolleksiyalara düşən sənət əsərlərimiz uzun illər ünvansız qalmışdır. Bir müddət “islam mədəniyyətinin” nümunəsi kimi qələ-mə verilmiş, sonar İran incəsənəti kimi qeyd olunmuşdur. Bu sənət əsərlərimizin bəzən Rusiyada, hətta Ermənistanda düzəldildiyi fikri irəli sürülmüşdür.

Sənətşünas alimimizin fikirləri bir daha bizdən öz tariximizə, incəsənəti-mizə, mədəniyyətimizə böyük qayğı və diqqət yetirməyimizi, təsviri incəsənətin ayrı-ayrı növ və janrlarını daha mükəmməl öyrənməyimizi tələb edir.

Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə