Sual İncəsənətdə məzmun və forma. İncəsənət



Yüklə 86,2 Kb.
səhifə19/29
tarix27.03.2022
ölçüsü86,2 Kb.
#84781
1   ...   15   16   17   18   19   20   21   22   ...   29
Document 1

Sual 50: XX əsr Azərbaycan  təsviri incəsənəti

XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Hüseyn Abbasi, Bəhruz Kəngərli boyakarlıq növündə çox gözəl sənət əsərləri yaratmışlar. 1928-ci ildə milli rəssam kadrlarının yetişdirilməsi məqsədilə Bakıda Azərbaycan Gənc Rəssamlar Cəmiyyəti yaradıldı. Bu cəmiyyətin ilk özəyini Ə.Əzimzadə, Gerasimov, Qəzənfər Xalıqov, Salam Salamzadə və başqa bu kimi rəssamlar təşkil edirdi. Bu zaman yaradıcılıqla məşğul olan rəssamların bir çoxu müxtəlif sənət cərəyanları üzrə (formalizm, impersianizm, kubizm və s.) fəaliyyət göstərmək istəsə də xüsusi siyasi orqanlar tərəfindən çox sıxışdırıldılar.Yalnız realizm üslubunda yaradılmış sənət nümunələrinə üstünlük verilirdi. Digər tərəfdən, bu dövrdə yaradılan və təbliğ olunan sənət əsərlərində sovet hakimiyyətinin ideologiyası öz əksini tapmışdı. Belə əsərlərə misal olaraq Salam Salamzadənin «Toxuculuq fabrikində», Qəzənfər Xalıqovun «Qadınlar şöbəsi», Qazıyevin «Dənizçilər» və s. bu kimi əsərləri göstərmək olar.

Qəzənfər Xalıqov, Böyükağa Əliyev. Şərif Şərifzadə və başqalan Böyük.Vətənmüharibəsi illərində xalqın əhval-ruhiyyəsini, döyüş əzmkarlığını əks etdirən çox maraqlı sənət nümunələri yaratmışlar. Belə əsərlərə misa, olaraq S.Salamzadənin «Ordu üçün tütün», Tağı Tağıyevin «Koroğlu», Salamovun «Cəbhədən məktub» və s. bu kimi əsərlərini göstərmək olar. Qeyd etmək lazımdır ki. Böyük Vətən müharibəsi illərindəqrafikanın, xususıla sıyası plakatlar növündə yüzlərlə «Aqit pəncərə, tipli silsilə plakatlar nəşr olunmuşdur.

Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan təsviri-incəsənətində çox mühüm bir mərhələ başladı. Bu dövrdə artıq Azərbaycan təsviri-incəsənətinin müxtəlif sahələrində çox geniş dünyagörüşünə malik yüksək savadlı, peşəkar rəssamlar fəaliyyət göstərirdi. Onların yaradıcılığı Azərbaycan təsviri-incəsənətinin ən qiymətli nümunələrinə çevrilmişdir. Belə rəssamlara misal olaraq Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Ömər Eldarov . İbrahim Zeynalov və başqalarını göstərmək olar.

Bu dövrdə sənətkarlar təsviri incəsənətin müxtəlif növlərində (boyakarlıq, heykəltəraşlıq, qrafika) portret əsərləri, tematik tablolar, notrumortlar,mənzərə təsvirləri, tarixi və botal janrlarda çox qiymətli sənət nümunələri yaratmışlar.

Azərbaycanın XX əsrdə fəaliyyət göstərmiş ən görkəmli dahi rəssamlarından biri də Səttar Bəhlulzadədir. Onun yaratdığı əsərlərdə doğma təbiətə onun gözəlliklərinə dərin məhəbbət tərənnüm olunur. O, öz əsərləridə realist üslubda yüksək peşəkarlıqla əsərlər yaratmaqla yanaşı Lirik romantik üslubda da çox dəyərli heyrətamiz əsərlər yaratmışdır Onun yaratdığı əsərlərə misal olaraq “Torpağın həsrəti’, ’Xəzər gözəli’, ’Kəpəzin göz yaşları’, ’Qudyal çay sahilində","Qızbənövşəyə gedən yol","Abşeron narı"."Corat qovunu' və s. bu kimi əsərlərini göstərmək olar.

Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayevinyaradıcılığı müxtəlif sahələri əhatə edir. Təsviri incəsənətin əsasən monumental növündə fəaliyyət göstəıən rəssam çox qiymətli mozaika nümunələri (Nizami metrosunda) yaratmışdır. Rəssam «Axşam», «Səadət quranlar», «Mingəçevir işıqları”. «Sevinc». “Racəstan qadınları” silsiləsi və s. bu kimi mövzularda çox dəyərli tablolar yaratmışdır. «Sevinc» tablosuna görə rəssam SSRİ Rəssamlıq Akademyasının gümüş mükafatına layiq görülmüşdür.

Azərbaycanın xalq rəssamı Tahir Salahovunyaradıcılığında sadə əmək adamları çox dinamik və hərəkətli təsvir olunmaqla bərabər, görkəmli şəxsiyyətlərin porotret təsvirlərinə də geniş yer verilimişdir. Onun yaratdığı əsərlərə misal olaraq, «Səhər qatan”, «Növbədən qayıdanlar”. «Təmirçi»,«Qara Qarayevin portreti”, «Fikrət Əmirovun portreti”, «Şestakoviçin portreti” və s. bu kimi əsərləri göstərmək olar. Dahi bəstəkar «Qara Qarayevin portreti” əsərinə görə rəssam 1952-ci ildə SSRİ RəssamlıqAkademyasının gümüş mükafatına layiq görülmüşdür.

Azərbaycanın XX əsrdə fəaliyyət göstərmiş ən görkəmli sənətkarlarından biri də dahi rəssam Səttar Bəhlulzadədir. Onun yaratdığı əsərlər realizm üslubundan bir qədər kənara çıxaraq, insanın psixologiyasının, daxili aləminin xüsusiyyətlərini özündə əks etdirir. Rəssamın əsərlərində Azərbaycan torpağına, onun incəsənətinə, mədəniyyətinə dərin məhəbbət hissi tərənnüm olunur. S.Bəhlulzadənin yaratdığı əsərlərə misal olaraq «Xəzər gözəli», « Kəpəzin göz yaşlan», «Qız bənövşəyə gedən yol», «Tut ağaclan». «Qudyalçay sahilində». «Corat qovunu». «Çiçəkləyən bağ». «Torpağın arzusu» və s. bu kimi əsərləri göstərmək olar.


Yüklə 86,2 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə