Суал Мяшял системинин истисмары


Суал-111: Radiasiya təhlükəsizliyi



Yüklə 1,66 Mb.
səhifə131/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   127   128   129   130   131   132   133   134   ...   138
sual cavablar (3)

Суал-111: Radiasiya təhlükəsizliyi

Ъаваб:


  • Radiasiya təhlükəsizliyinə dair bu Qaydalarda əks olun­mamış digər məsələlər (tələblər) Azərbaycan Respub­li­ka­sı­nın «Əhalinin Radiasiya Təhlükəsizliyi haqqında Qanunu»nun, «Radiasiya Təhlükəsizliyi Norma­ları»nın (RTN-99), Atom Enerжisi üzrə Beynəlxalq Agentliyin aidiyyatı rəhbər sənədlərinin, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikası tərə­fin­dən 19 may 1992-ci ildə ratifikasiya olunmuş 115№-li Kon­ven­si­ya­nın «Əməkçilərin ionlaşdırıcı radiasiyadan müdafiəsi haq­qın­da Konvensiya»nın və 114№ -li Tövsiyəsinin «Əmək­çi­lə­rin ion­laş­dırıcı radiasiyadan müdafiəsi haqqında Tövsiyə»nin və həm­çinin [204]-ün tələblərinə uyğun həll olunmalıdır.

  • Sənaye-sanitariya laboratoriyasının ümumi vəzifə və funksiyalarına uyğun olaraq onun nəzdində fəaliyyət göstərən Radiasiya Nəzarəti Qrupu (RNQ) neftqazçıxarma və qazma obyektlərində radiasiya nəzarətini həyata keçirir.

  • Qrupun işi müəssisələrin sifarişləri üzrə hazırlanır və Istehsalat Birliyinin rəhbərliyi tərəfindən imzalanmış illik plan əsasında keçirilir.

  • Texnoloжi proseslərin dəyişilməsi və qəzalar za­ma­nı nəzarət üçün RNQ plandankənar müayinə aparmalıdır.

  • Işin həcminin, xarakterinin və dövriliyinin, o cüm­lə­dən radiasiya tədqiqatlarının nəticələrinin qeydiyyat qayda­sı­nın və formasının dəyişilməsi, yalnız Istehsalat Birliyinin icazəsi ilə həyata keçirilməlidir. Işin həcmi obyektlərdə yaranmış real radiasiya vəziyyətinin uçotu əsasında müəyyənləşdirilməlidir.

  • Obyektdə (nəzarət sahəsində) texnoloжi güclən­di­ril­miş təbii radiasiya fonu aşkarlanan zaman aşağıdakı tədbirlər görülməlidir: təhlükəli zonada «Radiasiya təhlükəsi var» təhlü­kə­siz­lik işarələri qoyulmalı; bu haqda obyektin və sənaye-sani­ta­ri­ya laboratoriyasının rəhbərlərinə, sonuncu isə öz növbəsində təxi­rəsalınmaz tədbirlərin görülməsi üçün Istehsalat Birliyinin mü­vafiq bölmə rəhbərinə məlumat verməlidir.

  • Qrupun heyəti üçün fərdi ekvivalent doza təqvim ili ərzində yol verilən həddin (YVH) qiymətindən yüksək olma­malıdır.

  • On səkkiz yaşı tamam olmayan şəxslərə, hamilə və kör­pə uşağı olan, habelə yaşı 40-ı ötmüş qadınlara ionlaşdırıcı şüa ilə əlaqəli işlərdə işləmək qadağandır.

  • Qrupun heyəti üçün nəfəs orqanları vasitəsilə radio­nuklidlərin fərdi illik daxilolmaları, ağ ciyərdə onun miq­darı və iş zonasının havasında onların orta illik qatılığı RTN-99 (radiasiya təhlükəsizliyi normaları) ilə müəy­yən­ləş­di­ril­miş YVH-ni ötməməlidir.

  • Texnoloжi gücləndirilmiş təbii radiasiya fonu aş­kar olunmuş müəssisənin (obyektin) rəhbərliyi təhlükəsiz iş şərai­ti­nin yaradılması üçün müvafiq tədbirlər görməlidir.

  • Texnoloжi gücləndirilmiş təbii fonlu zonada iş zamanı radiasiya təhlükəsizliyi üzrə tədbirlər kompleksi, adam­la­rın xarici şüalanmadan qorunmasını, havanın və iş yerlərinin, də­ri örtüyünün və işçilərin xüsusi geyiminin səthlərinin, həmçinin ob­yektlərin istismarı və onlarda təmir işləri aparılan zaman ətraf mü­hitin (atmosfer havası, yerin təki, bitki örtüyü, su mənbələri, yeraltı sular və b.) çirklənməsinin qarşısının alınmasını təmin etməlidir.

  • Texnoloжi gücləndirilmiş təbii radisiya fonu qeyd olunan obyektin ətrafında sanitar-mühafizə və müşahidə zonası müəy­yən edilməlidir (qoyulmalıdır). Zonanın ölçüləri hər bir kon­­kret halda Dövlət Sanitar Nəzarəti orqanları ilə razı­laş­dı­rı­la­raq müəyyənləşdirilməlidir.

  • Xidməti otaqlarda və obyektin ərazisindəki mü­şa­hidə zonası hüdudunda (bütün bədənin şualanması zamanı) ek­vivalent dozanın gücü [204]-ün tələblərinə uyğun olmalıdır.

  • Qurğuların, boruların və digər metal konstruk­si­ya­ların (avadanlıqların) əlçatan səthindən 0,1 m məsafədə qam­ma-şüalanmanın ekspozisiya dozasının gücü 1 mZv/saat qədər olduqda, həmin avadanlıqlar yerləşən otaqlara (sahələrə) və on­ların yerləşməsinə xüsusi tələblər qoyulmur.

  • Maye radioaktiv materiallarda (məhlullar) radio­nuk­lidlərin miqdarı mayelər üçün RTN-99 üzrə müəyyən­ləş­di­ril­miş normanı ötərsə, həmin materiallar bu qaydaların 8.3.21 bən­di­nə uyğun olaraq basdırılmalıdır.

  • Radioaktiv çirklənmə ocağında və ya texnoloжi güc­ləndirilmiş təbii radiasiya fonunda yerləşən (işləyən) bütün şəxs­lər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır.

  • Tətbiq olunan fərdi mühafizə vasitələri şüalanma nö­vünə və radioaktiv maddənin aqreqat halına uyğun olmalıdır.

  • Ionlaşdırıcı şüalanma zonasında işləyərkən aşa­ğı­da­kılar qadağandır:

  • işçilərin fərdi mühafizə vasitəsiz olması;

  • qida qəbulu, siqaret çəkmək, kosmetik vasitələrdən isti­fadə.

  • Müəssisələrdə radioaktiv nəzarəti aparan RNQ-in işçiləri fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır (yüngül iş ayaqqabısı, əlcək, məhrəba, xüsusi sabun, birdəfəlik burun dəs­malı, papaq, xalat, önlük, eynək, nəfəs orqanlarının fərdi mü­ha­fizə vasitələri və fərdi dozimetr).

  • Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mü­ha­fizə vasitələri radiasiya təsirinə məruz qaldıqda, onlar dezak­tiv­­ləşdirilməli və ya utilizə edilmək üçün Bakı Icra Hakimiy­yə­ti­nin nəzdində olan «Izotop» xüsusiləşdirilmiş kombinatına təhvil ve­rilməlidir.

  • Fərdi mühafizə vasitələrinin və dəri örtüklərinin ra­dioaktiv çirklənməsi RTN-99 –da göstərilmiş səviyyədən çox ol­mamalıdır.

  • Çirklənmiş və dezaktivasiya olunmamış, zədə­lən­miş və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən istifadə etmək qa­dağandır.

  • Qəti olaraq qadağandır:

  • radiasiya şüa mənbəyini hətta rezin əlcəklərlə olsa belə ələ gö­türmək;

  • radiasiya şüa mənbələrinin mühafizə örtüyünü açmaq;

  • radiasiya şüa mənbələrini sənaye-sanitariya labora­tori­yasına və Istehsalat Birliyinin digər müəssisələrinə nəql etmək.

  • Neftqazçıxarma mədənlərinin ərazisində səthdə qam­ma şüalanmanın ekspozisiya dozasının gücü 120 mkR/saat­dan (1,2 mZv/saat) artıq olduqda həmin sahə radioaktiv çirk­lən­mə ocağına aid edilir.

  • Ərazisində texnoloжi gücləndirilmiş təbii radiasiya fo­nu olan müəssisələrdə radiasiya dozimetrik nəzarəti həyata keçi­rilməlidir. Belə müəssisələrdə, xarici mühitdə radiasiya şəraiti və həmçinin işçilərin şüalanma dozası haqqında lazımi məlu­mat­ların əldə olunması təmin edilməlidir.

  • Radiasiya şüalanmasına məruz qalmış və sağlam­lı­ğına zərər dəymiş işçilər zərərdəymiş işlərdən kənarlaşdırılmalıdır.

  • Yüngül dərəcədə zərərçəkmiş işçilər işdən müvəq­qəti kənarlaşdırılmalı (sağlamlıqları bərpa olunana qədər), ciddi zərərçəkmiş işçilər isə əvvəlki əmək haqqı və kompensasiya ödəmələri saxlanılmaqla başqa işə keçirilməlidir.

  • Sağlamlıq üçün təhlükəli dozada şüalanmaya məruz qalmış şəxslər dərhal ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilməlidir.

  • Işçilər üçün ionlaşdırıcı şüalanma dozasının əsas həddləri cədvəl 9-da verilir:

Cədvəl 9


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə