Суал Мяшял системинин истисмары


Суал-110: Вентилйасийа вя кондисийалашма



Yüklə 1,66 Mb.
səhifə129/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   125   126   127   128   129   130   131   132   ...   138
sual cavablar (3)

Суал-110: Вентилйасийа вя кондисийалашма

Ъаваб:

  • Istehsalat sahələri, yerli şəraitdən asılı olaraq, qüvvədə olan müvafiq normalara uyğun olaraq mexaniki, təbii və ya qarışıq ventilyasiya ilə, xidməti otaqlar isə kondisionerlərlə təchiz olunmalıdır.

  • Ventilyasiya sisteminə və kondisionerlərə xidmət xüsusi öyrədilmiş işçilər tərəfindən aparılmalıdır.

  • Digər işçilərə, qəza halları istisna olmaqla, həmin ava­dan­lıqlarla bağlı hər-hansı bir əməliyyatın aparılması qadağandır.

  • Zərərli maddələrin (qaz, buxar, toz və s.) ayrılması mümkün olan otaqların ümumi məcburi, ehtiyac duyulduqda isə yerli sorucu ventilyasiyası olmalıdır.

  • Zəhərli və xüsusilə zərərli maddələr ayrılan otaq­la­rın ventilyasiya sistemi digər otaqların ventilyasiya sistemindən təcrid olunmalıdır.

  • Səs-küyün azalması və titrəyişin tikinti konstruk­si­ya­larına yayılmasının qarşısını almaq üçün, ventilyatorlar tit­rəyişi söndürən (azaldan) özüldə quraşdırılmalıdır.

  • Partlayış təhlükəli bir neçə otaqların ümumi hava sorucu sistemə birləşməsinə icazə verilmir.

  • Ventilyasiya avadanlıqları yanğın-partlayış təh­lü­kə­li otaqların yanğın-partlayış təhlükəlilik kateqoriyasına uyğun olmalıdır.

  • Ventilyasiyanın səmərəli işləməsi vaxtaşırı yoxla­nıl­malı və aşkar olunmuş nöqsanlar aradan qaldırılmalıdır.

  • Tərkibində kükürdlü birləşmələr olan qazların ayrılması ehtimalı olan otaqlar müvafiq ventilyasiya sistemi ilə təchiz olunmalıdır.

  • Istehsalat otaqlarında istilik 20 kkal/m3-dən çox olduqda aerasiya fanarları nəzərdə tutulmalıdır.

  • Zərərli maddələrin otaqlara daxil olmaması və on­la­rın işçi zonasına yayılmaması, əsasən istehsalat prosesinin sə­mə­rəli təşkilinin hesabına müvafiq texnoloжi tədbirlərin (kip­ləş­dir­mə, istilik izolyasiyası, nasosların üfürülmə xətlərinin otaq­lar­dan kənara çıxarılması, dağılmış məhsulların kənarlaşdırılması və s.) görülməsi yolu ilə yerinə yetirilməlidir.

  • Hava vurucu və hava çəkici şaxtaların (hava bo­ru­la­rı və s.) qarşılıqlı yerləşdirilməsi sanitar normalarının tə­ləb­lə­ri­nə uyğun yerinə yetirilməli və işlənilmiş havanın təkrarən so­rul­ma­sını istisna etməlidir. Bu zaman küləyin orta illik əsas isti­qa­mə­ti, ventilyasiya olunan binanın (tikilinin) küləkdöymə dərə­cə­si, binalar arasındakı məsafə (boşluq) nəzərə alınmalıdır.

  • Tərkibində hidrogen-sulfid olan qazları sıxıb vu­ran kompressor stansiyalarının aşağı hissəsində (döşəməyə ya­xın) hesabata uyğun olaraq mexaniki ümummübadiləli ventil­ya­si­ya olmalıdır, lazımi hallarda isə, bununla yanaşı, bilavasitə zə­rər­li qazlar ayrılan yerlərin yaxınlığında yerli sorucu ventilyasiya da quraşdırılmalıdır.

  • Qazomotor mühərrikli qaz kompressor stansi­ya­la­rın­da havanın götürülmə (sovurulma) yeri, hava süzgəcləri tərəf­də qaz kompressorlarının atqı borularından 16 m-dən az olma­yan məsafədə yerləşdirilməlidir və ya kompressorlar arasında üfqi məsafə 16 m-dən az olmamaq şərti ilə onların atqı boru­la­rın­dan 6 m aşağı yerləşdirilməlidir.

  • Qazpaylayıcı budkaların (məntəqələrin) aşağı və yu­xarı zonasından havanın kənarlaşdırılması, həmin otaqlar def­lek­torlu şaxtalarla təchiz olunmaqla təbii ventilyasiyanın apa­rıl­ması yolu ilə yerinə yetirilməlidir.

  • Xam nefti vuran nasosxanalarda zərərli maddə­lə­rin kənarlaşdırılması üçün ümummübadiləli sorucu-vurucu ven­til­yasiya sistemi olmalıdır.

  • Laboratoriyalar ümummübadiləli mexaniki üsullu so­rucu-vurucu ventilyasiya ilə, lazımi hallarda isə yerli sorucu ven­tilyasiya ilə (məsələn: yuyucu otaqlarda və s.) təchiz olun­malıdır.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə