Суал Мяшял системинин истисмары


Суал-114: Тал блокун мящдудлашдырыъысынын сынаьы



Yüklə 1,66 Mb.
səhifə137/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   130   131   132   133   134   135   136   137   138
sual cavablar (3)

Суал-114: Тал блокун мящдудлашдырыъысынын сынаьы

Ъаваб:


Суал-115: Гуйунун мядян-эеофизики ишляря щазырлыьын йохланылмасы

Ъаваб:

  • Mədən - geofiziki işləri sifarişçi təşkilatın nüma­yən­də­sinin iştirakı ilə mədən – geofiziki işləri aparan partiyanın (dəs­tənin) rəhbərinin və ya bu işləri yerinə yetirən təşkilat üzrə ve­rilmiş əmrə əsasən digər məsul mühəndis – texniki işçinin rəh­bər­liyi altında yerinə yetirilməlidir.

  • Mədən – geofiziki işlərdə 380V-dan artıq gərginlikli elek­trik şəbəkəsindən istifadə etmək qadağandır.

  • Sifarişçi müəssisə mədən – geofiziki işlərin aparılması üçün quyunu və avadanlıqları mövcud tələblərə uyğun ha­zır­la­ma­lıdır. Cihazların maneəsiz keçməsi üçün quyu şablonla yox­la­nıl­malıdır. Şablonun ölçüləri quyuya buraxılan geofiziki cihazın öl­çülərindən az olmamalıdır və o imkan daxilində quyunun di­bi­nə kimi buraxılmalıdır.

  • Tədqiq olunan quyuya xüsusi texnikanın və nəq­liy­yat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün yollar çə­kil­məlidir.

  • Quyunun ətrafında qəbul körpüsü tərəfdən quyu ağ­zın­dan 30m aralı məsafədə karotaж laboratoriyasının və qaldı­rı­cı­nın yerləşdirilməsi üçün müvafiq ölçüdə meydança nəzərdə tu­tul­ma­lıdır (hazırlanmalıdır).

  • Quyunun yaxınlığında qəbul körpüsü tərəfdə mədən – geofi­ziki avadanlıqlarının, aparatlarının və alətlərinin yerləş­di­ril­məsi üçün 10x10 m ölçüdə meydança hazırlanmalıdır.

  • Quyu ağzı ilə işçi meydança arasında işə mane olan bütün əşyalar yığışdırılmalı və elə yerdə yerləşdirilməlidir ki, geofi­ziki işlərin aparılmasına mane olmasın.

  • Geofiziki işlər aparılarkən sifarişçinin nümayəndəsi hökmən iştirak etməlidir.

  • Quyu ağzında rotor olmadıqda, o, blok – balansın qu­raşdırılması üçün xüsusi körpü (örtüklə) və adamların təh­lü­kə­siz hərəkətini təmin edən sahə ilə təmin olunmalıdır.

  • Geofiziki işlərə başlamamışdan əvvəl elektrik ava­dan­lığının izolyasiyası və qazma qurğusunun (buruğun) və ya qu­yunun qoruyucu yerləbirləşdirmə quruluşunun sazlığı yox­la­nıl­malıdır.

  • Quyunun yerləbirləşdirmə quruluşu ilə geofiziki elektrik gərginliyi qəbulediciləri birləşən elektrik qida mənbəyi arasında etibarlı metal əlaqə təmin olunmalıdır.

  • Mədən- geofiziki avadanlıqların elektrik şəbəkəsinə qo­şulması üçün quyularda yerləbirləşdirici kontaktla təmin olun­muş elektrik ştepsel rozetkası olmalıdır (daimi). Ştepsel ro­zet­kası olmadıqda mədən – geofiziki avadanlığının elektrik şəbə­kə­sinə qoşulmasını və açılmasını sifarişçi müəssisənin elek­tro­texniki heyəti yerinə yetirməlidir.

  • Quyularda endirmə – qaldırma əməliyyatları həm yer­üstü, həm də asqılı blok – balansdan istifadə etməklə yerinə ye­tirilməlidir.

  • Konstruksiyası dartılma və dərinlik göstəricilərinin qu­raşdırlımasına imkan verməyən yerüstü və asqılı blok – ba­lans­lardan istifadə etmək qadağandır.

  • Endirmə – qaldırma mexanizmlərinin və diyircəkli blok – balansın bərkidilməsi və həmçinin geofiziki tədqiqat işləri apa­rıldıqdan sonra quyuların kipliyini təmin etmək üçün, qu­yu­ların ağzı flansla təchiz olunmalı və bağlanmalıdır. Pyezometrik səviyyəsi (quyu məhlulunun) yüksək olan və ya izafi təzyiqi yük­sək olan (ehtimal olunan) quyuların ağzında fontan armaturu quraşdırılmalıdır.

  • Fontan armaturuna bitişik 2,2x2,5m ölçüdə pillə­kən­lə təmin olunmuş işçi meydança quraşdırılmalıdır. Meydan­ça­nın döşəməsi kələ – kötür səthli dəmir lövhədən və ya qalınlığı 40mm-dən az olmayan möhkəm taxta lövhələrdən olmalıdır. Meydançanın müvafiq məhəccəri olmalıdır.

  • Boruarxası fəzada təzyiq olduqda quyu ağzında ma­nometr quraşdırlımalıdır.

  • Inжeksiya quyularında mərkəzi siyirtmə ilə yanaşı, su və çıxış xətlərində də siyirtmələr quraşdırılmalıdır. Siyirt­mə­lə­ri yalnız quyuya xidmət edən işçilər açıb –bağlaya bilər. Izafi təzyiqli quyu, manometri olan lubrikatorla təchiz olunmalıdır.

  • Geofiziki işlərə başlamazdan əvvəl quyu məhlulla (gilli məhlul, su, neft) ağzına qədər doldurulmalıdır.

  • Quyuda (buruqda) məhlulun udulması halı olduqda quyunu doldurmaq üçün kifayət qədər məhlul (su, gilli məhlul və ya neft) ehtiyatı olmalıdır.

  • Quyunun mədən – geofiziki işlərə hazırlığı Aktla (əlavə 13) sənədləşdirilir və o, sifarişçi müəssisənin və geofiziki təşkilatın nümayəndələri tərəfindən imzalanır. Yalnız bundan sonra geofiziki işlərə başlamağa icazə verilir.

  • Mədən-geofiziki işlərdə tal blokunu qaldırıb-endir­mək üçün briqadadan qazmaçı və qazmaçı köməkçisi geofiziki par­tiyanın rəhbərinin sərəncamında olur və onun bütün gös­tə­riş­lə­rinə əməl edirlər. Işlərə başlamazdan əvvəl onlar geofiziki par­ti­yanın rəhbəri tərəfindən təlimatlandırılırlar.

  • Mədən–geofiziki işləri, qaldırıcı və laboratoriya eti­barlı yerləbirləşdirildikdən sonra yerinə yetirilməlidir.

  • Geofiziki işlərə başlamazdan əvvəl, qaldırıcının eti­barlı (dəyanətli) təsbitlənməsi təmin olunmalıdır.

  • Quyuda endirmə – qaldırma əməliyyatı aparılan zaman, kabelin üzərinə tərəf əyilmək, onun üzərindən keçmək və həmçinin hərəkət edən kabelə toxunmaq qadağandır.

  • Quyuya geofiziki cihazı buraxarkən qaldırıcının bu­curqadının makarasında axırıncı dolaq sırasının yarısından az kabel qalmamalıdır.

  • Quyuda olan geofiziki avadanlıqları (yükü) qaldı­rar­kən blok – balansa çəkib – vurma halının olmaması üçün, geo­fiziki kabelin üzərində, qaldırıcının maşinistinin iş yerindən asan görünən, üç yerdə etibarlı bərkidilmiş xəbərdarlıq nişanları ol­maldıır: birinci – kabel ucluğundan 5,0m, ikinci – 50,0m və üçüncü – 100,0m məsafədə.

  • Quyu lüləsində tutulmuş (ilişmiş) cihazı (və ya ka­be­li) azad etmək üçün, onu fasiləsiz olaraq yuxarı – aşağı hərəkət et­dirmək lazımdır. Əgər yuxarı – aşağı hərəkətlərlə cihazı azad etmək mümkün olmursa, sonradan tutulmanın ləğv edilməsi üzrə işlər, icraçı (geofiziki) və sifarişçi təşkilatın rəhbərliyinin bir­gə razılığı ilə aparılmalıdır.

  • Zirehli kabelin səthində onun hərəkətinə mane olan dü­yünlər və şişlər olmamalıdır.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə