Суал Мяшял системинин истисмары


Суал-112: Газма гцлляринин даьыдыъы олмайан цсулла сынагдан кечирилмяси



Yüklə 1,66 Mb.
səhifə135/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   130   131   132   133   134   135   136   137   138
sual cavablar (3)

Суал-112: Газма гцлляринин даьыдыъы олмайан цсулла сынагдан кечирилмяси

Ъаваб:


  • Qazma vışkasının özülünün konstruksiyası aşağı­da­kı­ların mümkünlüyünü nəzərdə tutmalıdır:

- preventor qurğusunun quyu ağzında quraşdırılmasını və quyu ağzında fontan armaturu və ya onun bir hissəsi qurularkən əsasın sökülməsini;

- rotor stolunun buruq döşəməsi səviyyəsində quraş­dırılmasını;



  • Aşağıdakıların səmərəli yerləşdirilməsini:

- avtomatlaşdırma, mexanikləşdirmə vasitələrinin və idarəetmə pultlarının;

- hava-yağ-yanacaq borularının və qızdırıcı sistemlərin;



  • tal sisteminin hərəkətsiz ucunun bərkidilməsi mexa­nizminin;

  • maşın açarlarının qoruyucu və işlək kanatlarının bərki­dil­məsi mexanizminin;

  • maşın açarlarının hündürlük boyunca vəziyyətini dəyiş­dirən mexanizmin;

  • artırma (narahivanie), aparıcı və AQB üçün şurfların.

  • Vışkalar (mobil qazma qurğularından başqa) kəllə­çarxa xidmət və qazma şlanqının dəyişdirilməsi üçün mey­dançalarla təchiz olunmalıdır. Şamların (sveçi) əl ilə düzülməsi nəzərdə tutulmuş vışkalar yuxarı fəhlə üçün meydança ilə təchiz olunmalıdır. Meydança qəza vaxtı yuxarı fəhləni təxliyə etmək üçün xüsusi tərtibatla təmin olunmalıdır. Tərtibat yuxarı fəhlə­nin vışkadaxili sahədən ani vaxtda təxliyəsini təmin etməlidir.

  • Vışkalar yuxarı fəhlənin təhlükəsiz qalxıb-düşməsi üçün nərdivanla (lestniüa-stremənka) və ya 6 m-dən bir keçid meydançası olan tunel tipli nərdivanlarla ya da yuxarı fəhlə balkonuna qədər hər 6 m-dən bir keçid meydançası olan marş pilləkənləri, ondan yuxarı isə tunel tipli və ya qalxıb-enmək üçün təhlükəsiz qurğusu olan nərdivanla təchiz olunmalıdır.

  • Fəhlənin vışkanın balkonuna təhlükəsiz qalxması üçün qurğu olmalıdır.

  • Hər bir vışka görünən yerdə asılan (bərkidilmiş) metal lövhəciklə təchiz edilməlidir. Bu lövhədə aşağıdakılar göstərilməlidir:

  • istehsal tarixi;

  • istehsal edən zavod;

  • vışkanın zavod nömrəsi (qazma qurğusunun);

  • vışkanın yükqaldırma qabiliyyəti (nominal);

  • vışkanın növbəti sınağının vaxtı (texniki vəziyyətinin yoxlanılması).

  • Qazma vışkalarının və dorlarının texniki vəziy­yə­ti­nin yoxlanılması və sınağı 238, 241, 243, 244 tələblərinə uyğun yerinə yetirilməlidir.

  • Istismar prosesində vaxtaşırı, ayda bir dəfədən az olmayaraq, qazma vışkalarına, baş mexanikin tərtib etdiyi və müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş cədvəl üzrə, qazma ustası və mexanik tərəfindən baxış keçirilməlidir.

  • Qazma vışkalarına vaxtaşırı baxışın nəticələri, avadanlıqların texniki vəziyyətinin yoxlanılması жurnalında qeyd edilməlidir. Bu zaman qüsuru olan element və bəndlərin yerləş­di­yi yer dəqiq göstərilməlidir.

  • Qazma vışkasının hər hansı qüsuru olan (defor­ma­siya, korroziya və s.) element və bəndləri aşkar edilərsə, bu ba­rə­də qazma ustası dərhal qazma müəssisəsinin rəhbərinə xəbər ver­mə­lidir.

  • Qazma vışkalarına vışkaquraşdırma sexinin nüma­yəndəsinin və ya quraşdırmaya cavabdeh olan şəxsin iştira­kı ilə aşağıdakı hallarda növbədənkənar baxış keçirilməlidir:

  • quraşdırılması başa çatmış və istismara buraxıl­ma­mış­dan əvvəl;

  • qazma vışkasının çəkilməsinə başlamazdan əvvəl və çəkilmə başa çatdıqdan sonra;

  • qoruyucu kəmərin quyuya buraxılmasına başlamazdan əvvəl;

  • tutulmuş qoruycu boru kəmərinin və qazma alətinin dartılıb-boşaldılaraq müxtəlif istiqamətli yük verilməsi tələb edilən tutulma işlərinə başlamazdan əvvəl və sonra;

  • açıq fontan və tullanışlardan sonra;

  • qasırğalı küləkdən (25 m/san-dən artıq ) sonra.

  • Qazma vışkasının texniki vəziyyətinin yoxlanılmasının nəticələri, baxış keçirmiş işçilərin imzaladığı aktla rəsmiləşdirilir (Əlavə 4). Qazma vışkasının zədələnmiş hissələri, işə yenidən başlamazdan əvvəl, bərpa edilməli və ya dəyişdirilməlidir. Əsas tə­mir işləri, qazma vışkasının daşıyıcı elementlərinin (ayaq, kə­mər, kəlləçarxaltı tirlər və s.) təmiri texniki pasportda qeyd edil­məlidir.

  • Qazma vışkalarında təmir (yükdaşıyıcı elementlər) işləri aparıldıqdan sonra, onlar təhlükəsiz (dağıdıcı olmayan) üsulla sınaqdan keçirilməlidir.

  • Yeddi təqvim ilindən sonra qazma vışkasına, qazma idarəsinin baş mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya tərəfindən baxış keçirilməli, onun gələcək istismar üçün yararlı olması müəyyən edilərsə, yükqaldırma qabiliy­yə­tinin təyin edilməsi üçün sınağı keçirilməlidir. Sınağın nəticələri müsbət olarsa, komissiya 5 ildən artıq olmamaq şərti ilə vışkanın gələcək istismar müddətini müəyyən edir. Bundan sonra (5 ildən sonra)qazma vışkasının sınanması müsbət nəticə verərsə, onun daha 3 il istismar edilməsinə icazə verilir.

  • 15 ildən sonra, müstəsna hallarda, qazma vışkasının istis­ma­rına ancaq onun tam sökülməklə, bütün bənd və elementləri təf­tiş edilməklə, zay və istismara yararlı olmayan hissələrin dəyişdiril­məsindən, defektoskopiya və qalınlıqölçənlə yoxlanıl­ma işləri aparıldıqdan, yenidən yığıldıqdan. növbəti sınaq aparıl­dıq­dan sonra ildə bir dəfə (hesabdan silinənə qədər) sınaqdan keçiril­məklə icazə verilir.

  • Bütün hallarda 7 ildən artıq istismar edilmiş qazma vışkalarına, onların texniki vəziyyəti haqqında akt və gələcəkdə istis­mara yararlı olması barədə rəy tərtib edilməklə, hər il mütə­xəs­sislərin iştirakı ilə komissiya tərəfindən baxış keçirilməlidir.

  • Təhlükəsiz (dağıdıcı olmayan) üsulla qazma vışka­larının sınaqdan keçirilməsinin təşkilini və aparılmasını müəs­sisə baş mühəndisinin rəhbərliyi altında Azdövdağtexnəzarət Komi­tə­sinin yerli nümayəndəsinin iştirakı ilə yaradılmış komissiya hə­yata keçirməlidir.

  • Qazma vışkası sınağının nəticələri barədə sədr və komissiya üzvlərinin, həmçinin ölçü və hesablama işləri icraçı­la­rı­nın imzaladığı akt tərtib edilir (Əlavə 6).




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə