Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə128/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   124   125   126   127   128   129   130   131   ...   138
sual cavablar (3)

Ildırımdan mühafizə


  • Birbaşa ildırım vurmasından adamların mühafizə olun­masını, bina və digər tikililərin və həmçinin onların içə­ri­sin­də olan avadanlıq və materialların dağılmasının, yanmasının və part­lamasının qarşısının alınmasını təmin etmək üçün, bina və tikililərdə (konstruksiyalarda) [62]–in tələblərinə uyğun ildırım­dan mühafizə quruluşları quraşdırılmalıdır.

  • Ildırımın təkrar təsirindən (vtoriçnoe vozdeystvie) qo­runmaq üçün içərisində yanar buxar və qaz olan texnoloжi apa­­rat və boru xətləri yerlə­bir­ləş­diril­məlidir. Bu məqsəd üçün elek­trik qurğularının yerləbir­ləş­dirici­lərindən isti­fadəyə icazə verilir.

  • Ildırımdan mühafizə quruluşlarının istismarında cari və profilaktiki təmirlə yanaşı aşağıdakı məqsədlər üçün vaxtaşırı baxış da keçirilir:

-cərəyanötürücü elementlər (qaynaq yerləri, boltlu və digər birləşmələr) arasında elektrik əlaqəsinin etibarlılığının yoxlanılması;

-ildırımdan mühafizə quruluşlarında mexaniki zədə­lən­mə­dən sonra gücləndirilməsi və ya əvəz olunması tələb olunan ele­mentlərin aşkar edilməsi;

-ildırımdan mühafizə quruluşlarının ayrı-ayrı ele­ment­lə­ri­nin korroziyadan dağılma (aşınma) dərəcəsinin müəyyən edil­mə­si və korroziya nəticəsində zədələnmiş elementlərin güc­lən­di­ril­məsi və korroziyadan mühafizəyə dair tədbirlərin görülməsi;

-ildırımdan mühafizə quruluşlarının bina və ya tikililərin kateqoriyalarına uy­ğunluğunun yoxlanılması (bina və ya tikililərdə dəyişikliklər aparıldıqda və s.);

-ildırımdan mühafizə quruluşunun bütün yerlə­bir­ləş­di­ri­ci­lə­rinin sənaye tezlikli cərəyanda müqavimətinin ölçülməsi (bu iş elek­trik qurğularının yerləbirləşdiricilərinin müqavimətinin öl­çül­məsi ilə birgə, 2 ildə bir dəfədən az olmayaraq aparıl­malıdır).


  • Yoxlamalar əsasında ildırımdan mühafizə qu­ru­luş­la­rının profilaktiki təmirlərinin həcmi müəyyən edilir və bu tə­mir­lər ildırım çaxan mövsümə qədər (mart ayına qədər) başa çatmalıdır.

  • Ildırımdan mühafizə quruluşlarının kiçik həcmli cari təmiri ildırım çaxan mövsümdə də aparıla bilər, əsaslı təmiri isə bu mövsümdən başqa, ilin digər vaxtlarında aparılmalıdır.

  • Obyekt üzrə ildırımdan mühafizə quruluşlarının vəziyyətinə (sazlığına) cavabdehliyi baş energetik daşıyır.

  • Baş energetik obyektin əsas xüsusiyyətlərini nəzərə al­maq­la ildırımdan mühafizə quruluşlarının istismarı üzrə qısa təli­mat işləyib hazırlamalıdır.

  • Ildırımdan mühafizə quruluşlarının təftişini aparan şəxs aşkar edilmiş qüsurları göstərməklə keçirilmiş baxış və yoxlama barədə akt tərtib etməlidir.

  • Ildırımdan mühafizə quruluşlarında aparılan yoxla­ma­la­rın, yerləbirləşdirmə quruluşlarının sınaq yoxlamalarının, aparılan təmirlərin nəticələri bunun üçün nəzərdə tutulmuş жurnalda qeyd edilməlidir.

  • Ildırım təhlükəsi (şimşək çaxan vaxtı) olduqda qadağandır:

- qaz atqı borularından istehsalat tullantılarının atmosferə buraxılması;

- istehsalat və məişət otaqlarının qapı və pəncərələrinin açıq vəziyyətdə saxlanılması.



  • Ildırım (şimşək) çaxan vaxtı qazma vışkasında iş­lə­rin aparılması, həmçinin ildırımdan mühafizə quruluşunun yer­lə­bir­ləşdirmə hissələrinə 10 m-dən yaxın məsafədə olmaq (ya­xın­laşmaq) qadağandır.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə