Суал Мяшял системинин истисмары


Суал-109: Йерлябирляшдирмя, илдырымдан мцщафизя



Yüklə 1,66 Mb.
səhifə127/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   123   124   125   126   127   128   129   130   ...   138
sual cavablar (3)

Суал-109: Йерлябирляшдирмя, илдырымдан мцщафизя

Ъаваб:
Yerləbirləşdirmə


  • Elektrik qurğularının və avadanlıqlarının metal his­sə­ləri (gövdəsi) [15, 108, 60] tələblərinə uyğun olaraq yerləbir­ləşdirilməlidir.

  • Partlayış təhlükəli zonalarda quraşdırılmış elektrik ava­danlıqları gərginlik səviyyəsindən asılı olmayaraq yerləbir­ləş­dirilməlidir.

  • Metal konstruksiyalarda quraşdırılmış elektrik ava­dan­lıqları, metal konstruksiyanın yerləbirləşməsindən asılı olma­ya­raq, ayrıca olaraq yerləbirləşdirilməlidir.

  • Yerləbirləşdirmə quruluşunun texniki vəziyyətini müəy­yən etmək üçün vaxtaşırı olaraq:

-yerləbirləşdirmə quruluşunun görünən hissələrinə baxış ke­çirilməli;

-yerləbirləşdiricilərlə yerləbirləşdirilmiş elementlər ara­sın­da etibarlı əlaqənin mövcudluğu yoxlanılmalı (aparatla yerlə­bir­ləş­dirmə quruluşunu birləşdirən keçiricidə qırılmaların və qeyri kafi kontaktın olmaması), həmçinin transformatorların qoru­yu­cu­ları (probivnoy) yoxlanılmalı;

-yerləbirləşdirmə quruluşunun müqaviməti ölçülməli;

-«faza-sıfır» dövrəsinin tam müqaviməti ölçülməli;

-birləşmələrin etibarlı olması yoxlanılmalıdır.


  • Binalarda (otaqlarda) yerləşdirilmiş yerlə­bir­ləş­dir­mə keçiriciləri (naqilləri) baxış üçün əlverişli yerdə olmalıdır.

  • Bu tələblər kabellərin sıfır xətlərinə və metal zirehlərinə, elektrik xətti gizli üsulla çəkilmiş borulara, yerdə (torpağa bas­dı­rıl­mış) metal konstruksiyalara və həmçinin boru xətlərinin içi ilə çə­kilmiş yerləbirləşdirici keçiricilərə aid deyildir.

  • Yerləbirləşdirmə keçiriciləri korroziyadan mühafizə olunmalıdır.

  • Yerləbirləşdirmə keçiriciləri yerləbirləşdiriciyə və yerlə­birləşdirilən konstruksiyalara qaynaq edilməklə, aparat, maşın və s. gövdəsinə isə qaynaq və ya bolt vasitəsilə etibarlı birləşdirilməlidir. Aşındırıcı buxar və ya qaz olan rütubətli otaq­lar­da kontakt səthlərinin əlavə olaraq mühafizə örtüyü (təbəqəsi) olmalıdır (çəkilməlidir).

  • Aparat, maşın və s. gövdəsinə birləşdirilən əyilgən (elas­tik) yerləbirləşdirmə keçiricilərinin uclarında etibarlı qay­naq­lan­mış sonluqlar (ucluqlar) olmalıdır.

  • Silkələnmə və ya titrəyiş nəticəsində kontaktın zəifləməsi ehtimal olunan yerlərdə əlavə tədbirlər görülməlidir (kontrqay­ka, təsbitləyici şayba qoyulmalıdır).

  • Tez-tez sökülən və ya maşının hərəkət edən hissələrində quraşdırılan avadanlıq, ucuna sonluq qaynaq edilmiş əyilgən (elastik) naqillər vasitəsilə yerləbirləşdirilməlidir.

  • Qurğunun yerlə birləşdirilən hər bir elementi ayrı-ayrılıqda yerləbirləşdiriciyə və magistral yerləbirləş­dir­mə xəttinə qoşulmalıdır.

  • Yerləbirləşdirmə xəttinə qurğunun bir neçə hissəsinin ardıcıl qoşulması qadağandır.

  • Gərginliyi 1000 V-a qədər olan elektrik qurğula­rında torpaqdan (yerdən) «faza» və ya «sıfır» naqili kimi istifadə edilməsi qadağandır, belə ki, bu qurğular elektrik cərəyanı ilə zədələnmələrə (xəsarətalmalara) səbəb ola bilər.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə