Суал Мяшял системинин истисмары


Суал-105: Газнефтсу тязащцрляринин вя ачыг фонтанларын гаршысынын алынмасы



Yüklə 1,66 Mb.
səhifə123/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   119   120   121   122   123   124   125   126   ...   138
sual cavablar (3)

Суал-105: Газнефтсу тязащцрляринин вя ачыг фонтанларын гаршысынын алынмасы

Ъаваб:

  • Qazneftsu təzahürü mümkün olan quyularda işləmək üçün xüsusi hazırlıq keçmiş qazmaçılar və mütəxəssislər bu­raxılır. Bu kadrların biliyinin yoxlanılması və yenidən hazır­lan­ması 3 ildə bir dəfədən az olmayaraq aparılır.

  • Mümkün flüid təzahürlü layı və ya bir neçə layı açmazdan əvvəl qazneftsu təzahürlərinin qarşısının alınması üzrə təd­birlər işlənməli, həyata keçirilməli və aşağıdakılar görül­məlidir:

- qazma briqadası üzvləri 248-ə əsasən qazneftsu təza­hür­lərinin ləğvi zamanı təcrübi tədbirlər üzrə təlimatlandırıl­ma­lıdırlar;

- qazma avadanlığının, TQA-nın, alət və tərtibatların və­ziy­yəti yoxlanılmalıdır;



- təlim həyəcanı. Növbəti təlim həyəcanlarının dövriliyi (vaxtı) qazma müəssisəsi tərəfindən müəyyənləşdirilir;

  • obyektin qazma məhlulunun operativ ağırlaşdırılmasına və onun ehtiyatlarının hazırlanma və ya buruğa gətirilməklə ar­tı­rıl­masına hazırlığının qiymətləndirilməsi.

  • Qazneftsu təzahürləri aşkar edildikdə qazma növbəsi qu­yu ağzını və qazma boruları kanalını kipləşdirməli, bu barədə qaz­ma müəssisəsinin rəhbərliyinə məlumat verməli, təzahürlərin ləğ­vi üzrə təlimata uyğun fəaliyyət göstərməlidir. Qazma boru­larını kipləşdirməmişdən əvvəl, dayaq borusunda (stoyakda) və boru arxası fəzada manometrin göstəriciləri götürülməlidir.

  • Qazneftsu təzahürləri zamanı preventorları bağla­dıq­dan sonra quyu ətrafında, mümkün qrifon əmələ gəlməsinə nə­zarət təşkil olunmalıdır.

  • Qazma boruları kəmərinin qaldırılması zamanı qaz­neft­su təzahürlərinin və quyu divarlarının uçulmasının qarşısını al­maq üçün quyuya qazma məhlulu əlavə edilməlidir.

  • Əlavəetmənin reжimi, quyu ağzında səviyyənin saxla­nıl­ma­sı­nı təmin etməlidir.

  • Quyuya əlavə edilən (doldurulan) qazma məhlulunun xüsu­siy­yətləri quyuda olan məhluldan fərqlənməməlidir.

  • Qazma borularının endirilməsi vaxtı sıxışdırılıb çıxa­rı­lan və onların qaldırılmasında əlavə edilən məhlulun həcminə nə­zarət olunmalıdır və endirilən və ya qaldırılan qazma boru­la­rı­nın metalının həcmi ilə müqayisə olunmalıdır.

  • Əlavə edilən qazma məhlulunun həcmi ilə qaldırılan boru­la­rın metalının həcmi arasındakı fərq 0,5 m3-dən artıq olduqda qal­dırma prosesi dayandırılmalı və qazneftsu təzahürlərində qaz­ma növbəsinin təlimatla nəzərdə tutulmuş tədbirləri həyata ke­çirilməlidir.

  • Yüksək təzyiqli anomal layları açmazdan əvvəl və sonra, qaldırma-endirmə əməliyyatından, geofiziki tədqiqat­lar­dan, təmir işlərindən və boş dayanmalardan sonra quyunun yu­yul­masını bərpa etdikdə qazma məhlulunun sıxlığına, özlülü­yü­nə, qazlılığına nəzarət olunmasına qazma məhlulunun dövranı (sirkulyasiyası) bərpa edildikdən sonra tezliklə başlanılmalıdır.

  • Qazlı horizontları açdıqda və quyunun gələcək dərin­ləş­məsində (növbəti qoruyucu kəmər buraxılanadək) qazma məh­lulunun qazla doymasına nəzarət olunmalıdır. Qazma məh­lu­lunun dövranının (sirkulyasiyasının) bütün dövrü (sikl) bo­yun­ca onun xüsusiyyətləri bərabərləşdirilməyincə, qazma kəmərini qal­dırmaq qadağandır.

  • Məhsuldar qazlı layı qazarkən mexaniki sürət o həddə qədər məhdudlaşdırılmalıdır ki, qazma məhlulunun deqa­zasiyası təmin olunmuş olsun.

  • Əgər qazma məhlulunda qazın həcmi miqdarı 5%-dən artıq olarsa məhlulun deqazasiyası (qazsızlaşdırılması), məh­lulun qazla doyması (layın işləməsi, qazın qazılmış süxur­lar­la daxil olması, köpüklənmə və s.) səbəblərinin aşkar edilməsi və ara­dan qaldırılması üçün tədbirlər görülməlidir.

  • Qazneftsu təzahürlərində qazma məhlulunun udul­ma­sı baş verən quyuda qazma boruları kəmərinin qaldırıl­ma­sı­na, quyunu ağzına kimi doldurduqdan və qazma kəmərinin qal­dı­rılıb-endirilməsi üçün lazım olan vaxt ərzində məhlulun daş­ma­sı olmadıqda, başlamağa icazə verilir.

  • Qazma məhlulunun (suyun) hissə-hissə və ya tam udulması ilə müşahidə olunan və flüid təzahürü mümkün olan qu­yuların qazılması layihəsi sifarişçi ilə razılaşdırılmış xüsusi plan üzrə aparılmalıdır.

  • “Vannalar” (neft, su, turşu) qoyularkən qazma məh­­lulunun və vanna mayesinin sütununun yaratdığı hidrostatik təz­­yiq lay təzyiqindən artıq olmalıdır. Hidrostatik təzyiq lay təz­yi­qindən aşağı düşdükdə və ya onun aşağı salınmasına ehtiyac du­yulduqda, qazma kəmərinin dartılıb-buraxılması üzrə işlər bo­ru­arxası fəza kipləşdirilməklə və qazma borularına kürəli kran qoyulmaqla yerinə yetirilməlidir. Bu zaman 248-in tələb­lərinə uyğun təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir.

  • Qazneftsu təzahürlərinin və açıq fontanların ləğvi üçün lazım olan avadanlıq, xüsusi tərtibat, alətlər, materiallar, FMV-lər qazma müəssisələrinin və ya ixtisaslaşmış təşkilatların (xidmətlərin) qəza-ehtiyat anbarlarında həmişə tam hazır vəziyyətdə olmalıdır.

  • Qazma məhlulunun daşması («sifon») və «por­şen­ləş­mə» hallarında qazma kəmərinin qaldırılması qadağandır. Bu hal­lar əmələ gəldikdə qaldırma əməliyyatı dayandırılmalı, quyu qaz­ma boru kəməri qaldırılıb-endirilməklə və fırladılmaqla yuyul­malıdır.

  • Qazma məhlulunun daşmasının («sifon»un) qarşısını al­maq mümkün olmadıqda, qazma boru kəmərinin qaldırılması elə sürətlə aparılmalıdır ki, bu zaman quyudan çıxan və quyuya doldurulan məhlulların həcmləri bərabər olsun.

  • «Porşenləşmə»ni aradan qaldırmaq mümkün olmadıqda (qazma kəmərinin aşağı hissəsində tıxacın olması və ya quyu lüləsinin daralması) qaldırma əməliyyatını quyunu yumaqla, boruları rotorla fırlatmaqla və boruları şurfdan qəbul körpüsünə atmaqla aparmaq lazımdır.

  • Açıq fontanların ləğvi ilə bağlı işlər, FQDHH-nin işçilərinin qüvvəsi ilə müvafiq qaydada yaradılmış qərargahın (ştabın) işlədiyi xüsusi plan üzrə 249 uyğun aparılmalıdır.

  • Qərargah işlənmiş tədbirlərin yerinə yetirilməsi üçün tam məsuliyyət daşıyır.

  • Məhsuldar horizontu açmazdan əvvəl və açılmış kəsi­lişdə neftqazlı çöküntülər, həmçinin digər yüksək təzyiqli ho­ri­zontlar olduqda obyektdə xəbərdaredici yazılar asılmalıdır: «Diqqət! Məhsuldar lay açılıb!». «Quyunun doldurulmaması fon­ta­na səbəb ola bilər!».




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə