Суал Мяшял системинин истисмары


Суал-101: Йцкгалдырма гурьуларынын (вышкаларын, дорларын (еклипслярин)), газма вя



Yüklə 1,66 Mb.
səhifə120/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   116   117   118   119   120   121   122   123   ...   138
sual cavablar (3)

Суал-101: Йцкгалдырма гурьуларынын (вышкаларын, дорларын (еклипслярин)), газма вя

истисмар аваданлыгларынын гурашдырылмасы, сюкцлмяси вя тямири

Ъаваб:

Суал-102: Газма гурьуларынын, аваданлыгларынын вя алятляринин истисмары вя тямири

Ъаваб:

  • Quyunun tikilməsində istifadə olunan texniki qur­ğu­lar sənaye təhlükəsizliyi tələblərinə uyğun gəlmələri barədə Azdövdağtexnəzarət Komitəsi tərəfindən müvafiq qaydada sertifikatlaşdırılmalıdır.

  • Quyunun tikilməsində istifadə olunan texniki qur­ğu­lar müvafiq qaydada sənaye təhlükəsizliyi ekspertizasından keç­məlidir.

  • Quyunun layihəsi hazırlananda qazma qurğusunun seçilməsi elə hesabla aparılmalıdır ki, ən ağır qazma və ya qoruyucu kəmərləri endirərkən (qaldırarkən), həmçinin qəzaları (tutulmaları) ləğv edərkən statik və dinamik yüklərin həcmi (toplusu) seçilən qazma qurğusunun «Qarmaqda buraxıla bilən yüklənmə» qiymətindən artıq olmasın.

  • 4000 m-dən dərin quyuları qazmaq üçün qazma qurğuları qaldırma-endirmə əməliyyatları avtomatları ilə, lay flüidində gözlənilən kükürdün miqdarı 6%-dən çox olan, əyrilik radiusu 30 m-dən az olan maili, şaqul üzrə dərinliyi 3000 m-dən artıq və quyu lüləsinin üfqi hissəsi 300 m-dən artıq üfqi quyuları qazmaq üçün qazma qurğuları yuxarı güc ötürücüləri (intiqalı) ilə təchiz edilməlidir.

  • Neft və qaz quyularının tikilməsində yenidən ya­ra­dı­lan və alınan xarici qazma qurğuları partlayışdan mühafizəli olmalıdır.

  • Qazma bucurqadının idarə olunması qazmaçının pul­­tundan, qazma nasoslarının işə buraxılması – yerli postdan, on­­ların işinin nizamlanması və dayandırılması – qazmaçının pul­tun­dan və yerli postdan həyata keçirilir.

  • Buruğun qəbul körpüsündə boruların sürüyüb apa­rıl­ması və atılması, qazma nasoslarının hidravlik bloklarına xid­mət olunması işləri mexanik­ləş­di­rilməlidir, qəbul körpüsündə yük­qal­dırma mexanizmlərinin idarə olunması isə – məsafədən (dis­tansion) olmalıdır.

  • Köməkçi bucurqadın konstruksiyası yükün rahat (sə­lis) yerdəyişməsini və yükün asılmış vəziyyətdə etibarlı sax­lan­ma­sını təmin etməlidir.

  • Bucurqadın idarəetmə pultundan operatora iş yerinə və yü­kün yerdəyişməsinə nəzarət (görünüş) təmin olunmalıdır. Bu tə­ləbin yerinə yetirilməsi mümkün olmadıqda, əvəzedici pult qo­yulur.

  • Qazma qurğusu aşağıdakılarla komplektləşdiril­məlidir:

- tal blokunun yuxarı qaldırılmasının məhdudlaşdırıcısı ilə;

- bucurqadın yol verilən yükqaldırmasının məhdud­laş­dı­rıcısı ilə;



- vurucu boru kəmərində təzyiq işçi təzyiqdən artıq olduqda qazma nasoslarının ötürücüsünün söndürülməsini təmin edən bloklayıcı qurğu ilə;

  • qazma parametrlərinə nəzarət stansiyası ilə;

  • uzunluğu 14 m-dən, eni 2 m-dən az olmayan və stellaж­la­rı olan qəbul körpüsü ilə. Stellaжlarda boruların 1,25 metr hün­dür­lükdən artıq yığılması qadağandır;

  • səviyyəölçən və məhlulun səviyyəsinin avtomatik siq­na­li­zasiyası olan tutum sistemi ilə;

  • məhlulun hazırlanması, emalı, ağırlaşdırılması, təmiz­lən­məsi, deqazasiyası və qarışdırılması, ambarsız qazmada şla­mın və işlənmiş məhlulun yığılması mexanizmləri ilə;

  • ehtiyat qazma məhlulu üçün tutumlarla;

  • qazma avadanlığının idarə olunmasının pnevmatik sis­te­minə verilən havanın qurudulması qurğusu ilə;

  • tal kanatının işlək ucunun sakitləşdiricisi (uspokoitel) ilə;

  • iş yerlərinin qızdırılması sistemləri ilə;

  • rotor PKR-in (pnevmatik pazlı tutucu) qaldırılmış paz­lar­la işə salınmasının qarşısını alan bloklayıcı qurğularla;

  • «A»-ya bənzər qüllə və vışkalarda barmaq arxasına yığı­lan şamların (sveçi) düşməsinin qarşısını almaq üçün qabağa açı­lan tərtibatla (kəmərlə).

  • Tal sisteminə daxil olan avadanlığın (kronblok, tal blok, qarmaq) gövdəsində, onların buraxıla bilən yükqaldırma qa­biliyyəti göstərilməlidir.

  • Mexaniki ötürücülərin (sepli, kardanlı, dişli və s.) iliş­mə muftasının, şkivlərin, avadanlığın digər fırlanan və hərəkət edən elementlərinin, həmçinin onların kənara çıxan hissələrinin qoyulmuş tələblərə müvafiq metal örtükləri olmalıdır. Zədələn­miş qoruyucu örtüklə (və ya olmayan) qazma qurğusunun istismarı qadağandır.

  • Buruqda quyunu nəzarətlə doldurmaq üçün səviyyəölçənlə təchiz olunan qradasiyalı tutum olmalıdır.

  • Qazma qurğusunun bütün qapalı yerləri havanın dəyişməsini təmin edən mexaniki işə düşən axma-sorma ventilyasiyası ilə təchiz olunmalıdır 48. Ventilyasiyanın iş reжimi məhsuldar lay açılan andan quyunun tikilməsinin sonu­nadək daimi olmalıdır. Hava ilə karbohidrogen qatışığı aşağı alış­ma həddinin 20%-nə çatdıqda xəbərdaredici siqnal işə düş­məlidir, bu hədd 50%-ə çatdıqda isə avadanlıq və mexa­nizmlərin tam sönməsi təmin olunmalıdır.

  • Aparıcı borunun və AQB-nin şurfa qoyulması işləri mexanikləşdi­rilməlidir. Onların əl ilə və bucurqadın sarğa­cının köməyi ilə şurfa çəkilməsi (qoyulması) qadağandır.

  • Şurf üçün istiqamətləndirici qol borular (patrubki) boru­nun şurfa endirilməsi zamanı hərəkət istiqamətinə müvafiq mail­lik­lə qoyulmalıdır.

  • Aparıcı borunu şurfa qoymaq üçün istiqamətləndirici qol bo­runun yuxarı hissəsi buruq döşəməsindən 0,5-0,8 m, AQB qoy­maq üçün isə – 0,15-0,3 m hündürlükdə olmalıdır. AQB-nı şur­fa qoymaq üçün istiqamətləndirici qol borular açılan (qat­la­nan) qapaqlarla təchiz olunmalıdır.

  • Avtomatik açarın idarəetmə sistemində mexa­nizm­lərin işçi agentin qida xəttindən tam açılması nəzərdə tutul­ma­lı­dır. Açarın təsadüfi işə düşməsinin qarşısını almaq üçün bloklayıcı olmalıdır.

  • Qazma və energetika avadanlığının planlı-ehtiyat təmirinin təşkili qaydası və keçirilməsi, avadanlığı istismar edən muəssisə tərəfindən işlənilən əsasnaməyə görə yerinə yetirilir.

  • Təmir işləri aparıldıqda, xidmət edən personalın təhlükəsizliyini təmin edən tərtibat və vasitələr tətbiq olun­malıdır.

  • Qazma qurğusunun pnevmatik (hava) sistemini (boru kəmərləri, kranlar) istehsalçı-zavodlarda işçi təzyiqdən 1,5 dəfə artıq olan təzyiqə, buruqda quraşdırıldıqdan və təmirdən sonra isə – işçi təzyiqdən 1,25 dəfə artıq olaraq, ancaq 3 kqq/sm2 (0,3 MPa) az olmayan təzyiqə sınamaq lazımdır (Əlavə 10).

  • Qazma şlanqı bütün uzunluğu boyu diametri 12,5 mm-dən az olmayan, hər 1,0-1,5 m-dən bir ilgək vurulmaqla, yumşaq polad kanat ilə sarınmalıdır. Kanatın ucları vışkanın hissələrinə və fırlanğıcın gövdəsinə bərkidilməlidir.

  • Tal kanatının işlək və hərəkətsiz ucları yüklənmiş halda vışkanın elementlərinə toxunmamalıdır.

  • Maşın açarları diametri 12,5 mm-dən az olmayan polad kanatlardan horizontal asılmalı və hündürlüyü asan tənzimləmək üçün tarazlaşdırıcı yüklə təchiz edilməlidir. Maşın açar­larının tarazlaşdırıcı mexanizmləri çəpərə (hasara) alın­malıdır.

  • Maşın açarı, işçi kanatdan başqa, diametri 18mm-dən az olmayan, bir ucu açarın gövdəsinə, digər ucu vışka blokunun gövdəsinə və ya vışkanın ayağına bərkidilən qoruyucu (sığortaedici) kanatla təchiz edilməlidir. Qoruyucu kanatın uzunluğu işçi kanatın uzunluğundan 10 sm artıq olmalıdır.

  • Tal sisteminin tellənməsi layihənin tələblərinə və qaz­ma avadanlığının istismarının texniki şərtlərinə uyğun olmalıdır.

  • Bucurqadın yükqaldırma məhdudlaşdırıcısının və tal blokunun qalxmasının məhdudlaşdırıcısının vəziyyəti hər növbənin əvvəlində yoxlanılmalıdır.

  • Bucurqad tam dayandırıldıqda onun əyləc qolunun dəstəyi döşəmənin səthindən 80-90 sm hündürlükdə olmalıdır. Əyləci təsbitlənməmiş vəziyyətdə saxlamaq qadağandır.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə