Суал Мяшял системинин истисмары


Суал-97: Йцклямя – бошалтма ишляри вя йцклярин нягли. Uzunölçülü yüklərin



Yüklə 1,66 Mb.
səhifə116/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   112   113   114   115   116   117   118   119   ...   138
sual cavablar (3)

Суал-97: Йцклямя – бошалтма ишляри вя йцклярин нягли. Uzunölçülü yüklərin

yüklənməsi, boşaldılması və nəqli
Ъаваб:
- Ağır çəkili və uzunölçülü yüklərlə işləyərkən ancaq yük­qaldırıcı mexanizmlərdən istifadə etmək lazımdır.

- Uzunölçülü yüklərin yüklənməsi və boşaldılması ilə məşğul olan fəhlələr işin gedişi vaxtı krançı və siqnalçı ilə vi­zual mübadilə aparmaq üçün bütün şərti işarələri bilməlidirlər.

Ağır və uzunölçülü yüklərin qaldırılmasında və yer­dəyişdirilməsində inventar vasitələrindən və alətlərdən isti­fa­də edilməlidir. Bu işlər üçün boru kəsiyindən, metal parçasından, tax­ta və əşyalardan istifadə etmək qadağandır.

Borunu əl ilə daşıdıqda xüsusi tutucu kəl­bə­tin­lər­dən istifadə edilməlidir. Boruların lingin, bel dəstəyinin və s. üs­tün­də daşınması qadağandır.

-Fasilələr vaxtı boruların asılmış halda sax­la­nıl­ma­sı qadağandır.

-Boruların qaldırılması və daşınması bir qrup fəh­lə­nin iştirakı ilə yerinə yetirilirsə, ağırlıq hər adam hesabına 40kq-dan artıq olmamalıdır. Bu zaman xüsusi kəlbətindən is­ti­fadə edilməlidir.

-Uzunluğu 4 m-dən çox olan boru dəstələri, bo­ru­lar və polad boruların seksiyaları, döndərici dairə ilə təchiz olun­muş biroxlu yedəkli avtomobillərdə daşınmalıdır. Borular ku­zo­vun döşəməsinə və avtoqoşqunun döndərici dairəsinə bərkidilmiş xü­susi tirlərin üstünə düzülməlidir.

-Borudaşıyıcıların hərəkəti zamanı yüklənən boru sek­siyalarının dağılıb tökülməsinin qarşısını almaq üçün sek­si­ya­lar taxta travers və dayaqlar vasitəsilə bərkidilməlidir.

-Uzunölçülü yüklərin yığılması və səhmana salın­ma­sı elə edilməlidir ki, keçidlər və yollar tutulmasın.

Onları aşağı endirib yerə qoyduqda trosun, zəncirin, ka­na­tın sıxılmaması üçün onların altına araqat qoyulmalıdır.

-Yük asılı vəziyyətdə olanda nasazlığı aradan qal­dır­maq və ilməyin vəziyyətini dəyişmək qadağandır. Nasazlıq aş­kar edilən kimi yük aşağı endirilməli və nasazlıq yerdə aradan qal­dırılmalıdır.

-Boruların yüklənməsi, boşaldılması, daşınması və sıra ilə düzülməsi, bu işlərin təhlükəsiz yerinə yetirilməsi üçün mü­həndis-texniki heyətdən xüsusi olaraq ayrılmış şəxsin nəzarəti al­tında aparılmalıdır.

-Müxtəlif diametrli və ölçülü boruların və uzun­öl­çü­lü yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsi iş­lə­ri­nin aparıldığı yerlərdə kənar adamların olması qadağandır.

-Uzunölçülü yükləri daşıyan avtomobilin ku­zo­vu­nun bortları olmamalıdır. Lakin, kuzov yükləri düşməkdən qo­ru­yan qaldırıcı və qatlanan dayaqlarla təchiz olunmalıdır. Ku­zo­vun və qoşqunun dayaqları yuxarıdan zəncir və ya burazla müt­ləq bağlanmalıdır.

-Avtomobilə boruların yüklənməsi (boşaldılması) iş­lərinə, avtomobil tam dayandıqdan və sürücünün işarəsindən son­ra başlanılmalıdır.

-Boruların ilməklənməsi üçün burazın uzunluğu qal­dırıcı mexanizmin qarmağı ilə yükün mümkün qədər aralı ol­ma­sını təmin etməlidir.

-Uzunölçülü yüklər qaldırılan və ya endirilən za­man ona əl ilə istiqamət vermək olmaz.

-Uzunölçülü yükün bir ilməklə qaldırılması qa­da­ğandır.

-Yükləri ikibuynuzlu qarmaqdan asarkən buraz və zəncir elə bağlanmalıdır ki, qarmağın hər iki buynuzuna eyni ağırlıq düşsün.

-Qalaq açılmazdan əvvəl, qalaqda uzunölçülü yük­lərin dayanıqlığı və dayaqlara etibarlı dirənməsi yox­lanılmalıdır.

-Uzunluğuna görə nəqliyyat vasitələrinin qa­ba­ri­tin­dən 2 m və daha artıq çıxan yüklər qoşqulu avtomobillərdə da­şınmalıdır.

Uzunölçülü yüklərin (rels, boru, tir, şalban) daşınması bir qay­da olaraq mexanikləşdirilməlidir. Əl ilə boşaltmada möhkəm tir­lər tətbiq olunmalıdır. Bu iş ən azı 2 nəfər yükvuran fəhlə tə­rə­fin­dən yerinə yetirilməlidir.

-Eyni vaxtda müxtəlif uzunluqlu yüklər da­şı­nar­sa, nisbətən gödək olan yüklər üstdən yığılmalıdır.

-Mexanikləşdirilmiş borudaşıyan maşınların di­yir­lədiciləri eyni uzunluqda və qalınlıqda olmalıdır və onlar bo­ru­daşıyan maşına etibarlı bərkidilmək üçün qurğu ilə təchiz olun­malıdır. Yükləmə-boşaltma zamanı diyirlədicilərin maillik bu­cağı 300 –dən artıq olmamalıdır. Boşaltma zamanı boruları (uzunölçülü yükləri) atmaq qadağandır.

Mexanikləşdirilmiş borudaşıyan maşınlarda işləyərkən т/т –nın tələblərinə əməl olunmalıdır.

-Borudaşıyan qoşqulara uzunölçülü yüklər (boru, rels, şalban və s.) yüklənərkən avtomobilin kabinəsinin arxa his­sə­si ilə yük arasında müəyyən məsafə saxlanılmalıdır ki, yedəkçi av­tomobilə görə qoşqu sərbəst olaraq hər tə­rəfə (900 bucaq altında) dönə bilsin.

-Yüklər avtomobilə qaldırıcı mexanizm ilə yük­lə­nən zaman, sürücü və yükləyicilər kabinədə, banda (kuzovda) və ya avtomobilin pilləsində olmamalıdır.

-Müvafiq tutucu və saxlayıcı mexanizm olma­dıq­da, maili yerlərdə yükün yerdəyişdirilməsi qadağandır.

-Yükün yuxarı və aşağı hərəkəti (yükləmə-bo­şalt­ma) zamanı onun altında (önündə) durmaq qadağandır.

-Yükün hərəkəti (yüklənib-boşaldılması) zamanı vər­dənələrin kənara çıxan ucları arasında durmaq və onların üs­tün­dən keçmək qadağandır.

-Aşağıdakılar qadağandır:

-ucları avtomobilin yan tərəf qabaritindən çıxan yükləri da­şı­maq;

-sürücünün kabinəsinin qapısının qabağını yüklə kəsmək;

-uzunölçülü yükləri dirəklərdən yuxarı yükləmək.

-Tormozlama və maili hərəkət zamanı yüklərin yer­dəyişməsinin qarşısını almaq üçün yüklər etibarlı bərki­dil­mə­lidir.

-Yükləmə-boşaltma zamanı diyircəklərdən (na­kat) istifadə edilərkən aşağıdakı tələblərə əməl olunmalıdır:

-diyircəklər metaldan hazırlanmalı, yükün çəkisinə uyğun ol­malı və nəqliyyat vasitələrinə və ya qəfəsələrə bərkidilmək üçün tər­tibata (quruluşa) malik olmalıdır; hər bir diyircəyin çəkisi iki ada­ma düşən yükdən artıq olmamalıdır;

-quraşdırılmış diyircəklərin meyl bucağı 300-dən artıq ol­ma­malıdır;

-diyircəklər arasındakı məsafə elə olmalıdır ki, boru və ya tirin (şalbanın) ucları diyircəkdən kənara 1,5 m-dən çox çıxmasın;

-diyircəkdə yükün geriyə yuvarlanmasının qarşısını alan quruluş nəzərdə tutulmalıdır;

-hər dəfə istifadə olunmazdan əvvəl diyircəklərin sazlığı və davamlılığı işin rəhbəri tərəfindən yoxlanılmalıdır;

-fəhlələr diyircəklər arasında dayanmamalıdırlar.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə