Суал Мяшял системинин истисмары


Суал-94: Тящлцкяли маддялярля ялагяли ишляр. Цмуми тялябляр



Yüklə 1,66 Mb.
səhifə112/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   108   109   110   111   112   113   114   115   ...   138
sual cavablar (3)

Суал-94: Тящлцкяли маддялярля ялагяли ишляр. Цмуми тялябляр

(Ъивя əlaqəli işlər)

Ъаваб:

  • Civənin qızdırılması, yuyulması, distillə edilməsi ilə əla­qəli işlərdə, onun açıq səthlərinin mövcud olduğu halda və ci­və­nin dağılması ehtimal olunan cihazlardan istifadə edildikdə bu iş­lər digər otaqlardan təcrid olunmuş ayrıca otaqlarda apa­rıl­malıdır.

  • Civə içəri səthi minalanmış polad germetik balon­lar­da saxlanılmalı və daşınmalıdır. Çox az miqdarda olan civəni re­zin balonlarda saxlamağa və nəql etməyə icazə verilir.

  • Civə ilə işləyən cihazlara baxış keçirmək, onları tə­mir etmək üçün nəzərdə tutulan otaqlarda civə kip tıxaclı, qalın divarlı şüşə tutumlarda və ya rezin kolbalarda qliserin altında 1 litrdən çox olmayan həcmdə saxlanılmalıdır.

  • Civə ilə dolu tutumlar dəstəyi olan xüsusi metal qab­larda (futlyarlarda) daşınmalıdır.

  • Civə ilə iş görülən otaqların havası ayda bir dəfədən az olmayaraq onun buxarlarının mövcudluğuna yoxlanılmalıdır. Otaqda civə buxarlarının yüksək qatılığı aşkar olunduqda (0,01mq/m3 çox olduqda) sanitariya təmizləmə işləri və əlavə olaraq hava mühitinin analizi aparılmalıdır.

  • Civə ilə iş görülən otaqlarda aşağıdakı şərtlərə ria­yət olunmalıdır:

  • divarlar sementlə malalanmalı və yağlı boya ilə rəng­lən­mə­lidir;

  • döşəmə və bütün divar boyu döşəmədən 100 mm yuxarı sahə qara plastik kütlədən hazırlanmış (viniplast) təbəqə ilə ör­tü­lərək bərkidilməlidir;

  • döşəmə civəni yığmaq üçün nəzərdə tutulan çalaya (tu­tu­cu­ya) doğru maili quraşdırılmalıdır;

  • ç) divar və tavanın küncləri hamar olaraq dəyir­miləş­diril­məlidir.

  • Işçi mebelin quruluşu sadə, səthləri hamar olmalı, nitroemal və ya nitrolaklarla rənglənməli, döşəmədən hündür­lü­yü azı 20 sm olan ayaqlar üzərində yerləşdirilməlidir.

  • Stol və sorucu şkafların kənarlarında hündür bort­lar və civənin axması üçün dəliklər olmalıdır. Dəliyin altında onun kənarlarına kip bağlanmış içərisi və çölü şpaklyovkalanmış və rənglənmiş civənin axması üçün tərtibat olmalı, onun da al­tın­da qalın divarlı tutum üçün (civənin yığılması üçün) yer nəzərdə tu­tulmalıdır. Tutumun içərisində daima su olmalıdır. Tərtibat su­ya dalmış vəziyyətdə olmalıdır.

  • Civənin axması üçün nəzərdə tutulan dəliyi kauçuk tıxacla qa­payırlar. Hər gün yığılmış civə tutumdan boşaldılmalıdır.

  • Içərisində civə olan aparatların kranının civənin təz­yiqi altında sıçrayıb düşməsini istisna edən xüsusi bərkidilmə sis­temi olmalıdır. Kauçuk borucuqların aparatlara birləşən yer­lə­ri etibarlı surətdə bərkidilməlidir.

  • Otaqlar sanitariya vəziyyətindən asılı olaraq, döv­ri surətdə, ayda bir dəfədən az olmayaraq yığışdırılmalıdır (təmiz­lənməlidir). Bu vaxt divar, döşəmə və aparatların səthi sa­bun­lu su ilə yuyulmalı və kalium-permanqanatın 0,1% məh­lulu­na qatı xlorid turşusu (1 litr məhlula 5 ml HCl) əlavə etməklə si­lin­məlidir.

  • Hər gün işə başlamazdan əvvəl və iş qurtardıqdan son­ra otağın havası dəyişdirilməli, nəm süpürgə ilə təmizlənməli və nəm əsgi ilə stol, mebellər silinməlidir.

  • Çirkli civəni içərisində su olan bankaya töküb ağ­zı­nı kauçuk tıxacla bağlamaq lazımdır. Civəni kanalizasiyaya tök­mək qadağandır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə