Суал Мяшял системинин истисмары


Суал-96: Йцклямя – бошалтма ишляри вя йцклярин нягли. Yükləmə-boşaltma işlərinin



Yüklə 1,66 Mb.
səhifə115/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   111   112   113   114   115   116   117   118   ...   138
sual cavablar (3)

Суал-96: Йцклямя – бошалтма ишляри вя йцклярин нягли. Yükləmə-boşaltma işlərinin

və ağır yüklərin daşınmasının mexanikləşdirilməsi

Ъаваб:

-Elektrik, hidravlik və yaxud pnevmatik intiqallı kran və qaldırıcılar, işin təhlükəsizliyini təmin edən avtomatik qur­ğularla (yükqaldırmanı məhdudlaşdıran, hədd dayandırıcısı) təc­hiz olunmalıdır.

-Mexaniki avadanlıqlarda işləməyə bu sahədə iş təc­rübəsi olan şəxslər buraxılır.

-Bütün yükqaldırıcı mexanizmlərin pasportu olma­lıdır. Bu mexanizmlərin, onların gözəçarpacaq yerində bərkidil­miş, yükgötürmə həddləri haqqında məlumat qeyd olunmuş lövhəsi olmalıdır.

-Qaldırıcı kranların, bucurqadların və digər qal­dı­rı­cı mexanizmlərin, yüklərin öz-özünə düşməsinin qarşısını alan qur­ğuları və etibarlı əyləci (tormozu) olmalıdır. Işə başlamaz­dan əvvəl əyləcin sazlığı yoxlanılmalıdır.

-Işdən kənar vaxtda bütün yükqaldırıcı mexanizm­lər elə vəziyyətdə olmalıdır ki, kənar şəxslərin onları işə salması müm­kün olmasın. Bunun üçün kranın işəsalma qurğusu işdən ay­rılmalı və qıfılla bağlanmalı, kran işləməyən halındakı vəziy­yə­ti­nə gətirilməlidir. Kran yük altında qalmamalıdır.

-Qaldırılan yükün çəkisi (takelaж qurğuları və ta­ra­nı nəzərə almaqla) qaldırıcı mexanizmin maksimal yükqaldırma qa­biliyyətindən artıq olmamalıdır.

-Işçiləri yükqaldıran mexanizm və kranlardan is­ti­fa­də etməklə bir yerdən başqa yerə köçürmək qadağandır.

-Avtokranın sürücüsü və cavabdeh şəxs kranın qə­za­sız işinə, ilməkçi və yükvuran fəhlələrin əməyinin təhlü­kə­siz­li­yi­nə, həmçinin kranın yanğından mühafizəsinə və yüklərin təh­lü­kə­siz yüklənib-boşaldılmasına, daşınmasına cavabdehdir.

-Iki kranla yüklərin qaldırılmasına yalnız kranları is­tismar edən müəssisənin mühəndis-texniki işçisinin rəhbərliyi al­tında icazə verilir.

-Yükləri domkratla qaldırmaq üçün domkratın və yü­kün altına mütləq taxtadan yastı araqatı qoymaq lazımdır.

-Dayanıqsız yüklər, onların etibarlı tutulmasını təmin edə bilən və yükqaldırma həddi göstərilən, xüsusi ilmək­lər­lə ilməklənməlidir.

-Mexanikləşdirilmiş vasitələrlə yükləmə və bo­şalt­ma işləri aparılan zaman qadağandır:

-sürücünün kabinəsinə yüklərin gətirilməsi və aparılması;

-yüklərin istiqamətləndirilməsi və onun səmtləşdirilməsi məq­sədi ilə avtokranın banında fəhlələrin olması;

-sürücünün avtomobilin kabinəsində olması (əgər kabinə xü­susi mühafizə örtüyü ilə örtülməyibsə), eləcə də, avtomobilə tex­niki xidmət və onun təmir edilməsi;

-yükqaldırıcı mexanizmin yükqaldırma qabiliyyətindən ağır olan yüklərin qaldırılması;

-iki yük arasındakı dar yerdə, donmuş və ya torpaq altında qal­mış yükü, eləcə də, kranın oxu altında olan yükü dartmaq məq­sədi ilə yükqaldırıcı mexanizmdən istifadə edilməsi;

-asılmış halda olan yüklərin, yüklər daşınan zaman qal­dı­rı­cı qurğuların və ya ilməklərin vəziyyətinin düzəldilməsi;

-mexanizmlərinin təmiri, yağlama işlərinin aparılması;

-yükün üstündə adam olduqda onu qaldırmaq və yerini də­yiş­mək.

-Paket halında yığılmış yüklər elə ilməklənməlidir ki, onları yüksəkliyə qaldırarkən, ayrı-ayrı hissələrinin və ya yük­lə­rin bütünlükdə düşməsi halları istisna olunsun. Uzunölçülü yük­ləri mütləq travers tətbiq etməklə iki ilməklə bağlamaq la­zım­dır.

-Yük qaldırılarkən və yerə endirilərkən qa­da­ğan­dır:

-yük bərkidilmiş burazdan tutmaq;

-qaldırılan yükün altında və ya onun hərəkəti istiqamətində olmaq;

-divarla yük arasında olmaq.

-Açıq havada yükqaldırıcı kranla işləyərkən 11m/san və daha çox küləkli havada yükləmə-boşaltma işləri tam da­yandırılmalıdır.

-Yüklərin yerdəyişməsi ilə bağlı yükqaldırıcı me­xa­nizmlər vasitəsi ilə yerinə yetirilən yükləmə-boşaltma işləri və di­gər işlər zamanı krançılar bu əməliyyatları yalnız siqnal üzrə ye­rinə yetirməlidirlər.





Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə