Суал Мяшял системинин истисмары


Суал-95: Тящлцкяли маддялярля ялагяли ишляр. Цмуми тялябляр



Yüklə 1,66 Mb.
səhifə113/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   109   110   111   112   113   114   115   116   ...   138
sual cavablar (3)

Суал-95: Тящлцкяли маддялярля ялагяли ишляр. Цмуми тялябляр

(Метанолла əlaqəli işlər)

Ъаваб:



  • Metanolun tətbiq olunduğu hər bir müəssisədə xü­susi əmrlə onun saxlanılmasına, buraxılmasına, istifadəsinə, apa­rılan işlərin düzgün təşkil olunmasına, bu işlərə cəlb olunan bü­tün işçilərin təlimatlandırılmasına və onların hər il tibbi müayi­nədən keçmələrinə cavabdeh şəxs təyin olunmalıdır.

  • Metanolun daşınması və saxlanılmasında istifadə olunan sistern və tutumların üzərində silinməyən, gözə çarpan açıq boya ilə «Zəhərlidir!», «Oddan təhlükəlidir!» xəbərdaredici sözlər yazılmalıdır.

  • Metanolun saxlanılması üçün nəzərdə tutulan tutumlar tənəffüs və hidravlik klapanlarla təchiz edilməli və plomblanmalıdır. Həmin tutumlar çəpərlənmiş meydançada tal­var altında və ya anbarlarda yerləşdirilməlidir.

  • Metanol sisternlərdən yalnız germetik bağlanmış tu­tumlara nasos vasitəsilə və ya öz-özünə axıdılmaqla tam bo­şal­dıl­malıdır. Metanol axıdılan boru kəməri, onun tam boşal­dıl­ma­sını təmin etmək məqsədi ilə maili quraşdırılmalıdır.

  • Metanolun boşaldılmasından sonra tutumlar, şlanq­lar dərhal çoxlu miqdarda su ilə yuyulmalıdır.

  • Metanolun vurulmasında istifadə olunan boru kə­mərlərini, nasosları və şlanqları digər mayelərin vurulmasında is­tifadə etmək qadağandır.

  • Metanolu metanol qurğusuna vurmazdan əvvəl onun bütün hissələrinin, flans birləşmələrinin, siyirtmələrin, qo­ruyucu klapanların, monometrlərin və digərilərinin sazlığı yox­la­nılmalıdır.

  • Metanol qurğusunda aşkar olunmuş nasazlıqlar dərhal ara­dan qaldırılmalıdır.

  • Metanolun qurğuya vedrələrlə və analoжi qablarla dol­du­rul­ması qadağandır.

  • Metanol qurğusu yalnız onda olan təzyiq atmos­fer təzyiqinə çatdırıldıqdan sonra, metanolla doldurulmalıdır.

  • Xüsusi dayaqlar üzərində quraşdırılmış işçi metanol çəninə qalxmaq üçün nərdivandan istifadə edilməlidir.

  • Əgər metanol tutumunda təzyiqin nəzərdə tutu­lan təzyiqdən yuxarı qalxması təhlükəsi mövcuddursa, onun üzə­rində qoruyucu klapan quraşdırılmalıdır.

  • Metanol çəninin boru kəməri donubsa, onu işlək sis­temdən ayırdıqdan sonra buxar və ya isti su ilə qızdırmaq la­zımdır. Açıq oddan istifadə etməklə onu qızdırmaq qadağandır.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə