Суал Мяшял системинин истисмары


Qələvi və turşularla əlaqəli işlər



Yüklə 1,66 Mb.
səhifə110/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   106   107   108   109   110   111   112   113   ...   138
sual cavablar (3)

Qələvi və turşularla əlaqəli işlər


  • Qələvi və turşularla işləyərkən avadanlıqların, boru kə­mərlərinin və armaturların flans birləşmələri örtüklə bağ­lan­ma­lıdır.

  • Qələvi və turşuların səviyyəsini ölçən qurğular elə qu­raşdırılmalıdır ki, işçilərin tutumun üstünə qalxması istisna olunmuş olsun.

  • Qələvi və turşular saxlanılan tutumlara dövri ola­raq baxış keçirilməlidir. Bütün aşkar olunmuş qüsurlar dərhal ara­dan qaldırılmalıdır.

  • Kaustik sodanı əl ilə bölmək (xırdalamaq) qa­da­ğan­dır. Onu xüsusi tutumda buxara verməklə yumşaltmaq la­zım­dır.

  • Kaustik sodanı buxara verərkən, işçilərin qələvinin sıç­­rantılarından (damcılarından) və ya buxardan yanıq al­ma­ma­sı üçün, barabanın altına verilən buxarı ehtiyatla buraxmaq la­zım­dır.

  • Qələvinin buxara verilməsini müşahidə etmək üçün, bu­xarın verilməsini dayandırmadan barabanı əymək qada­ğan­dır.

  • Barabanların buxara verilməsi üçün onların tutuma qaldırılması mexanikləşdirilməlidir.

  • Müxtəlif qatılıqlı turşuların, onların saxlanıldığı tu­tum­larda qarışdırılması qadağandır.

  • Ammonyak, qələvi və turşu məhlullarının ha­zır­lan­ma­sından əvvəl tutumların, boru kəmərlərinin, ventillərin, si­yirt­mə­lərin sazlığı yoxlanılmalıdır.

  • Sulfat turşusunu su ilə qarışdırmaq üçün turşunu su­yun üzərinə yavaş-yavaş tökmək lazımdır.

  • Qələvi, ammonyak və ya turşu dərinin üzərinə dü­şərsə, dərhal həmin yer yetərincə su ilə yuyulmalı, neytrallaşdırıcı va­sitələrlə işlənməli və tibb məntəqəsinə müraciət olunmalıdır.

  • Ammonyakın 25% sulu məhlulu ilə işlər gö­rü­lər­kən qələvilərə tətbiq olunan eyni təhlükəsizlik tələblərinə riayət olunmalıdır.

  • Qələvi, turşu və göz üçün təhlükəli digər mad­də­lər­lə işləyərkən mühafizə eynəyindən istifadə olunmalıdır. Eynəksiz işləmək qadağandır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə