Суал Мяшял системинин истисмары


Суал-91: Анбарлара олан тялябляр, Цмуми тялябляр (Йанар газ балонлары сахланылан



Yüklə 1,66 Mb.
səhifə108/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   104   105   106   107   108   109   110   111   ...   138
sual cavablar (3)

Суал-91: Анбарлара олан тялябляр, Цмуми тялябляр (Йанар газ балонлары сахланылан

анбарлары).

Ъаваб:

  • Yanar qaz balonları saxlanılan anbarlar çardaxsız, ara­kəsməsiz, yüngül tip örtüklü yanmayan konstruksiyalardan ti­kilməli və birmərtəbəli olmalıdır.

  • Atmosfer çöküntüləri və günəş şüalarının təsirindən ba­lon­la­rı qorumaq şərti ilə onların açıq meydançalarda da saxla­nıl­ma­sı­na icazə verilir.

  • Yanar qaz balonları saxlanılan anbarların dö­şə­mə­lə­ri zərbə zamanı qığılcım verməyən materialdan olmalıdır.

  • Qrup halında balonların divarla arakəsməsi ol­ma­dan yerləşdirilməsinə yalnız yanmayan bütöv divarlı (qapı və pən­cərəsi olmayan divar) binalarda icazə verilir.

  • Qrup halında balonlar şkaflarda və ya yanmayan ma­te­rial­lar­dan hazırlanmış xüsusi budkalarda saxlanılmalıdır.

  • Sıxılmış, mayeləşdirilmiş, həll olunmuş qazların sax­lanılması üçün ayrılmış balonlar [9]-n tələblərinə cavab ver­məlidir.

  • Balonların xarici səthi hər bir qaz üçün müəyyən edilmiş rəngə uyğun rənglənməlidir.

  • Balonların müəyyən edilmiş normadan artıq sıxıl­mış, mayeləşdirilmiş və həll olunmuş qazlarla doldurulması qa­dağandır.

  • Yanar qaz balonları (hidrogen, asetilen, propan, etilen və s.) oksigenli balonlardan, sıxılmış hava və digər oksid­ləş­diricilərdən, həmçinin zəhərli qazlardan ayrı saxlanılmalıdır.

  • Oksigenli balonlar yağlarla və yağlı materialı olan ar­maturlarla təmasda olmamalıdır. Oksigenli balonların əllə da­şın­ması zamanı ventildən tutmaq qadağandır.

  • Sıxılmış qaz stansiyalarının partlayış təhlükəli otaq­la­rında və yanar qaz balonları saxlanılan otaqlarda təhlükəli qaz qa­tılığının yaranması barədə siqnal verən cihazlar quraşdırılmalıdır.

  • Göstərilən cihazlar olmadıqda otağın havasının növbədə bir dəfədən az olmayaraq qaz analizi aparılmalıdır.

  • Analiz üçün hava nümunələri otağın aşağı və yuxarı his­sə­lə­rin­dən götürülməlidir. Otaqda təhlükəli qaz qatılığı aşkar olu­nar­sa, otağın havasının dəyişdirilməsi üçün tədbirlər görülməli, onun qazlanması səbəbləri aydınlaşdırılmalı və aradan qaldırıl­malıdır.

  • Düzülmə zamanı balonların bir-birindən zərbə al­ma­sına, balon qapaqlarının döşəməyə düşməsinə yol veril­mə­mə­lidir.

  • Yanar qaz balonlarında sızma aşkar olunarsa, hə­min balonlar təcili olaraq anbardan kənarlaşdırılmalıdır.

  • Yanar qaz balonları istilik mənbələrindən 1m-dən az olmayan məsafədə saxlanılmalıdır.

  • Yanar qaz balonları saxlanılan anbarlara ayaq­qa­bı­sının altlığına (dabanına) metal mismar və ya nal vurulmuş şəxs­lərin daxil olması qadağandır.

  • Balonların günəş şüalarının birbaşa təsirindən qo­run­ması üçün anbarın pəncərə şüşəsi ağ rənglə rənglənməli və ya gü­nəşdən qorunma qurğuları ilə təchiz olunmalıdır.

  • Balonlar saxlanılan anbarlardan radiusu 10 m-dən ya­xın məsafədə yanar materialların saxlanılması və odlu işlərin apa­rılması qadağandır.

  • Başmaqlı yanar qaz balonları anbarlarda şaquli (dik) vəziyyətdə saxlanılmalıdır. Balonların aşmaması üçün, on­lar xüsusi yuvalara yerləşdirilməli və ya çəpərlənməlidir.

  • Başmağı olmayan balonlar taxta çərçivələrdə və ya stellaжlarda üfiqi vəziyyətdə saxlanılmalıdır.

  • Balonlar sıra ilə yığılarkən, onların hündürlüyü 1,5 m artıq ol­mamalı, bütün ventillər qoruyucu qapaqlarla bağlanmalı və ha­mısı bir tərəfə yönəldilməlidir.

  • Yanar qaz balonları saxlanılan anbarların təhlü­kə­siz qaz qatılığını təmin edən məcburi ventilyasiyası olmalıdır.

  • Ventilyasiyası nasaz anbarların istismarı qadağandır.

  • Qaz balonları olan anbarlarda digər maddə, ma­te­rial və əşyaların saxlanılması qadağandır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə