Суал Мяшял системинин истисмары


Суал-91: Анбарлара олан тялябляр, Цмуми тялябляр (Кимйяви маддяляр



Yüklə 1,66 Mb.
səhifə107/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   103   104   105   106   107   108   109   110   ...   138
sual cavablar (3)

Суал-91: Анбарлара олан тялябляр, Цмуми тялябляр (Кимйяви маддяляр

анбарлары).

Ъаваб:

  • Anbarın xidməti heyəti kimyəvi maddələrin və re­ak­tivlərin saxlanılması üzrə təhlükəsizlik tələblərini bilməlidir.

  • Anbarlarda kimyəvi maddələrin ən xarakterik xü­su­siyyətləri (oddan təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) gös­tə­ril­məklə onların yerləşdirilmə planı işlənilməlidir.

  • Eyni fiziki-kimyəvi və yanğın təhlükəli xüsusiyyətli kim­yəvi maddələr bir yerdə saxlanılmalıdır.

  • Bu məqsədlə anbarlar bir-birindən yanmayan bütöv divar­lar­la (arakəsmələrlə) izolə edilmiş ayrıca otaqlara bölünməlidir.

  • Kimyəvi maddələr anbarlarında kimyəvi mad­də­lə­rin saxlanılması ilə əlaqəsi olmayan işlərin aparılması qadağandır.

  • Güclü təsiredici zəhərli maddələrin saxlanılmasına, yal­nız onlar üçün mövcud olan xüsusi qaydalara ciddi riayət edil­mək­lə yol verilir.

  • Kimyəvi maddələrlə bağlı işlər səliqəli aparılmalıdır ki, qablaşdırma materialı zədələnməsin.

  • Içərisində kimyəvi maddə olan hər bir taranın yazısı və ya adı göstərilən birkası olmalıdır.

  • Hava, su, yanar maddələrlə kontaktda olarkən öz-özü­nə alışmaya meylli və ya partlayış təhlükəli qarışıq əmələ gə­ti­rə bilən kimyəvi reaktivlər, bu tip kontaktda olma imkanı, həm­çi­nin həddən artıq yüksək temperatur və mexaniki təsir tam is­tis­na olmaqla xüsusi şəraitdə saxlanılmalıdır.

  • Güclü təsirə malik oksidləşdiricilər (maqnezium-xlorat, kal­si­um xlorat-xlorid, hidrogen piroksid və s.) digər kimyəvi maddə və reaktivlərdən tam izolə edilməklə saxlanılmalıdır.

  • Kimyəvi maddələrin çəkilib qablaşdırılması xüsusi otaq­larda aparılmalıdır. Dağılmış və ətrafa səpələnmiş maddələr təcili yığışdırılmalı və zərərsizləşdirilməlidir. Qablaşdırma ma­te­rial­ları (kağız, yonqar, lif, pambıq) xüsusi otaqlarda saxlanıl­malıdır.

  • Yanğın zamanı əriyə bilən kimyəvi maddələr sax­la­nı­lan otaqlarda ərintinin sərbəst axmasının qarşısını alan qurğu (bort­lar, panduslu kəndarlar) nəzərdə tutulmalıdır.

  • Şüşə qablar, çəlləklər, reaktivli barabanlar açıq mey­dançalarda hər birində 100 ədəddən çox olmayan qruplar ha­lında yerləşdirilməli və bu qruplar arasındakı məsafə 1m-dən az olmamalıdır. Hər bir qrupda məhsul yalnız müəyyən növ üzrə sax­lanılmalı və bu da uyğun işarəli yazılarla qeyd olunmalıdır. Mey­dançalar yaxşı hamarlanmalı və səddlərlə çəpərlənməlidir. Açıq meydançalardakı reaktiv dolu şüşə qablar günəş şüalarının tə­sirindən qorunmalıdır.

  • Azot və kükürd turşusunun saxlanılmasında on­la­rın taxta, çubuq və digər üzvü mənşəli maddələrlə təmasda olma­sı­nın qarşısı alınmalıdır.

  • Turşular saxlanılan anbarlarda, təsadüfən tökülən tur­şunun dərhal neytrallaşdırılması üçün hökmən hazır təbaşir, əhəng və ya soda məhlulu saxlanılmalıdır. Turşuların saxlanılma yer­ləri nişanlanmalıdır.

  • Yükləmə-boşaltma işlərində istifadə olunan av­to­nəq­liyyatın işin sonunda anbarların ərazisində saxlanılması qa­dağandır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə