Суал Мяшял системинин истисмары


Суал-98: Йцклямя – бошалтма ишляри вя йцклярин нягли. Yanar (tezalışan) yüklərin



Yüklə 1,66 Mb.
səhifə117/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   113   114   115   116   117   118   119   120   ...   138
sual cavablar (3)

Суал-98: Йцклямя – бошалтма ишляри вя йцклярин нягли. Yanar (tezalışan) yüklərin

yüklənməsi, boşaldılması və nəqli

Ъаваб:


  • Yanar (tezalışan) yüklər – benzin, kerosin, liqroin, me­tanol, texniki spirt, dixloretan və s. avtosisternlərdə və ya me­tal çəlləklərdə nəql edilir. Başqa qablarda (şüşə qablarda, ved­rələrdə və s.) yanar yükləri nəql etmək qadağandır.

  • Yanar yüklərin daşınması və saxlanılmasında is­ti­fa­də olunan tutumlar saz və germetik olmalıdır.

  • Bu məqsəd üçün istifadə olunan sisternlərin və tu­tum­ların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan təh­lü­kə­lidir!» və yanar məhlullar üçün qəbul olunmuş başqa xəbər­daredici işarələr yazılmalıdır.

  • Yanar yüklərin doldurulması və boşaldılması za­ma­nı papiros çəkmək və oddan istifadə etmək qadağandır.

  • Partlayış təhlükəli, tezalışan və zəhərli yüklərin dol­durulması və boşaldılması işinə, həmin yüklərin xüsusiyyətləri və təhlükəliliyi haqqında xüsusi təlim keçmiş fəhlələr buraxılır.

  • Çəlləkləri diyirlətmək üçün polad lingdən istifadə et­mək qadağandır.

  • Yanar məhlulla dolu olan çəlləklər avtomobilin ba­nına (kuzova) araqatı olan ramalara və ya ağac çüy bər­kit­mək­lə tıxacı yuxarı vəziyyətdə yığılmalıdır. Benzin və ya başqa neft məhsulları ilə dolu olan çəlləkləri avtomobildən yerə atmaq qadağandır.

  • Çəlləklərin nəqlində, saxlanılmasında və yük­lən­mə­sində onların düşməməsi üçün xüsusi tədbirlər görülməlidir. Dolu çəlləklər saxlanılan və nəql edilən zaman onlar günəş şüa­la­rın­dan və yerli qızmadan qorunmalıdır.

  • Yanar yükləri daşımaq üçün təyin olunmuş av­to­mo­bildə yanğını söndürmək üçün vasitələr və xəbərdarlıq siqnalı (qır­mızı bayraq) olmalıdır.

  • Təhlükəli maddələrin daşınması nəzərdə tutulan ta­ralar, ümumi istifadə üçün olan avtomobil nəqliyyatlarında təh­lükəli yüklərin saxlanması və daşınması [217] tələblərinə ca­vab verməlidir.

  • Təhlükəli maddələr olan bütün yük yerlərində yü­kün təhlükəlilik növünü (dərəcəsini), qablaşdırmanın yuxarı his­səsini, qablaşdırmada olan zərif qabların sayını göstərən yar­lıqlar olmalıdır.

  • Yükləmə –boşaltma işlərini yerinə yetirərkən yü­kün növündən və iş şəraitindən asılı olaraq müvafiq fərdi mü­ha­fi­zə vasitələrindən istifadə edilməlidir.

  • Yanar yük çəlləklərinin nəqli zamanı avto­mo­bi­lin banında (kuzovda) işçinin olması qadağandır.

  • Yanar (tezalışan) yüklərin boşaldılması və dol­du­rulması zamanı avtosistern, yaxınlıqda olan yerləbirləşdirici qur­ğuya bənd edilməlidir, əgər o yoxdursa, kənarda 0,5 m dərin­liyə torpağa sancılmış daşınma yerləbirləşdiriciyə bərkidilməlidir.

  • Avtosisterni yerləbirləşdirici qurğudan ayır­ma­ğa, yalnız doldurulma və ya boşaldılma prosesi qurtardıqdan son­ra icazə verilir.

  • Statik elektrikləşmədən qorunmaq üçün tətbiq olu­nan xüsusi təyinatlı yerləbirləşdirici qurğunun müqaviməti 100 Om-dan çox olmamalıdır.

  • Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az ol­mayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən çox ol­mamalı, məftilin bir ucu şlanqa digər ucu isə şlanqın ucluğuna bər­kidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım yaratmayan me­taldan olmalıdır.

  • Avtosisternlərə doldurma və boşaltma işləri müəy­yən maddələr üçün xüsusi təyin olunmuş nasoslardan, qü­sur­suz şlanqlardan və borulardan istifadə etməklə yerinə ye­ti­ril­məlidir.

  • Avtosisternlərin doldurulması və boşaldılması yük­göndərən və yükalan təşkilatın qüvvə və vəsaiti ilə yerinə ye­ti­rilir. Yükün avtomatikləşdirilmiş sistem vasitəsi ilə boşaldılması istisna olmaqla, yükləmə-boşaltma işlərini aparmaq üçün sürü­cü­lər­dən istifadə etmək qadağandır.

  • Avtomobildə qurulmuş nasosun köməyi ilə ye­ri­nə yetirilən doldurma və boşaltmanı istisna etməklə, təhlükəli yük­lərin avtomobilə yüklənib və boşaldılması yalnız avtomobilin mü­hərriki sönmüş olduqda yerinə yetirilməlidir.

  • Belə halda sürücü nasos idarə olunan yerdə olmalıdır.

  • Qığılcımsöndürücü quruluşla təchiz olunmuş işlənmiş qazlar borusu (boğucu boru) avtosisternin mühərri­kin­dən qabağa çıxarılmalıdır.

  • Yanar maddələr saxlanılan (benzin, kerosin və s.) tutumların doldurulma həddi tutumların həcminin 95%-dən çox olamamalıdır.

  • Doldurma və ya boşaltma üçün saxlanılmış av­to­sis­ternin işəsalma açarı söndürülməli və sürətlər qutusu neytral və­ziyyətdə saxlanılmalı, çarxların altına qabaqdan və arxadan da­yaq qoyulmalıdır.

  • Avtosisterndə lyukun açılması və dirsəyin bər­ki­dil­məsi zamanı işçilər küləkdöyən (əsən) tərəfdə dayanmalıdırlar.

  • Avtosisterni doldurarkən, rezin şlanqın ucu sis­te­rnin dibinə qədər salınmamalıdır (dibdən 200 mm məsafədən artıq olmamaq şərti ilə).

  • Doldurma və boşaltma estakadası ərazisində av­to­sisternin təmiri qadağandır.

  • Avtosistern doldurulduqdan sonra rezin şlanqın içə­risindəki maye tam boşaldılmalı və bu zaman yanar maddənin ye­rə tökülməsinə yol verilməməlidir.

  • Avtosisternin yaxınlığında yanğın baş verərsə, onu təcili təhlükəsiz yerə sürməli, bu mümkün olmadıqda sisterni su şırnağı ilə sulamaq lazımdır.

  • Ərzaq məhsullarının təhlükəli maddələrlə birgə daşınması qadağandır.

  • Yükü nəql edən zaman avtomobildə texniki na­saz­lıq baş verərsə və bu nasazlığı yerində aradan qaldırmaq müm­kün olmazsa, sürücü daşıdığı yükün xüsusiyyəti barədə xəbər­darlıq etməklə texniki kömək çağırmalı, təhlükəli mad­də­lə­rin axması halları olduqda isə bunu təcili aradan qaldırmaq üçün mü­vafiq tədbirlər görməlidir.

  • Təhlükəli yüklərin yüklənməsi və boşaldılması əra­zisində və onların daşınması zamanı papiros çəkmək, yaxud od­dan istifadə etmək qadağandır.

  • Papiros çəkməyə yalnız xüsusi ayrılmış yerlərdə icazə verilir.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə