Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə119/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   115   116   117   118   119   120   121   122   ...   138
sual cavablar (3)

Суал-100: Torpaq işləri

Ъаваб:

Bu sənəd aşağıdakılara şamil edilir:



  • torpaq işlərinin üsulu;

  • torpaq işləri və üçüncü tərəfin kommunikasiya xəttləri, boru kəmərləri (qaz, su, neft və s.) və qurğularının qorunması;

  • çirkləndirilmiş torpaqların qazılması;

  • torpağın yerinə qaytarılması üzrə fəaliyyətlər.



  • Torpaq işləri müvafiq layihə və işçi sənədlərə (işlərin ye­rinə yetirilmə layihəsi, torpaq işlərinin mexanikləşdirilmiş üsul­la aparılması və ya xüsusi tərtib edilmiş texnoloji xəritələr) uy­ğun yerinə yetirilməlidir. Göstərilən sənədlərdə təhlükəli zo­na­lar nəzərə alınmalıdır.

  • Işlək yeraltı kommunikasiya zonalarında torpaq iş­lə­ri­nin aparılması bu kommunikasiyanı istismar edən təşkilatlarla ra­zılaşdırılmalı və əmək şəraitinin təhlükəsizliyini təmin edən təd­birlər hazırlanmalıdır. Həmin yerlər müvafiq işarə və ya ya­zı­la­rı olan lövhələrlə nişanlanmalıdır.

  • Bilavasitə fəaliyyətdə olan yeraltı kommu­ni­ka­si­ya­la­rın yaxınlığında torpaq işləri, işin rəhbərində təsdiq olunmuş iş pla­nı və plan-sxem olduqda, cavabdeh şəxsin nəzarəti altında və kom­munikasiya sahibi olan təşkilatın nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

  • Bu işlərin aparılmasında yalnız beldən istifadə edilməlidir. Zər­bə alətlərindən (lingdən, külüngdən, pazlardan, pnevmatik alət­lərdən və s.) istifadə etmək qadağandır.

  • Əgər iş prosesində plan-sxemdə göstərilməyən yeraltı kom­munikasiya (elektrik kabeli, boru xətti, kanalizasiya və s.) aş­kar edilərsə, onda iş dayandırılmalı və bu haqda işin rəhbərinə xə­bər verilməli və eyni zamanda bu kommunikasiyanın zədə­lən­mə­məsi üçün tədbirlər işlənməli və kommunikasiya yerləşən yer­lər nişanlanmalıdır. Növbəti işlər əlavə plan (və ya əlavələr edil­dikdə) və yeni plan-sxem alındıqdan sonra işin rəhbərinin nə­za­rə­ti altında yerinə yetirilməlidir.

  • Qaz təzahürü aşkar olunduqda torpaq işləri dərhal da­yandırılmalı, zonaya insanların daxil olmaması üçün xüsusi ni­şan­lar qoyulmalı və bu barədə işin rəhbəri və ya müəssisənin rəh­bər­liyi xəbərdar edilməlidir.

  • Torpaq işləri apararkən partlayış qorxusu olan material aş­kar olunarsa, işlər dayandırılmalı, müvafiq təşkilatlardan icazə al­dıq­dan sonra torpaq işləri yenidən davam etdirilməlidir.

  • Işin rəhbərinin hava elektrik xətləri, kabellər və elek­trik qurğularının başqa cərəyan daşıyan hissələri yaxınlığında işə baş­lamazdan əvvəl bu işlərin təhlükəsiz şərtlərini təyin edən və təşkilatın baş mühəndisi və baş energetiki tərəfindən imzalanmış müvafiq icazə sənədi olmalıdır.

  • Şaquli divarlı, bərkidilməmiş, qayalıq olmayan və don­mamış qruntlarda qrunt suları səviyyəsindən yuxarıda və ya­xın­lıqda yeraltı qurğular olmadıqda iri çala (hövzə) və xən­dək­lərin aşağıdakı dərinliyə qədər qazılmasına icazə verilir:

  • 1,0m - tökmə torpaqda, qumda və iri qırıntılı qruntlarda;

  • 1,25m - qumlu torpaqlarda;

  • 1,50m - gilli torpaqlarda və gildə.

  • Möhkəm olmayan qruntlarda qrunt sularından yu­xa­rı səviyyədə (kapilyar qalxmanı nəzərə almaqla) və ya süni su­rət­də su azaldılması vasitəsi ilə qurudulmuş qruntlarda divarları bər­kidilməmiş çala və xəndəklərin qazılması dərinliyi və di­var­la­rı­nın (yamaclarının) dikliyi cədvəl 3-ə uyğun olmalıdır:

Cədvəl 1


Qruntların növləri

Yamacın sıldırımlığı (onun hündürlüyünün doldurul­masına nisbəti) çalanın dərinliyi, m-dən artıq olmadıqda




1,5 m 3 m 5 m

Bərkidilməmiş tökmə

Qumlu və çınqıllı

Qumlu torpaq

Gilli torpaq

Gil

Narın süxur çöküntülə və çöküntüyə bənzər



1: 0,67 1:1 1:1,25

1: 0,5 1:1 1:1

1:0,25 1:0,67 1:0,85

1:0 1:0,5 1:0,75



1:0 1:0,25 1:0,5
1:0 1:0,5 1:0,5


Qeyd: Müxtəlif növlü qruntların laylanması (qat-qat yı­ğıl­ması) zamanı yamacın sıldırımlığı bütün laylar üçün ən yumşaq qrunta nisbətən təyin edilir.


  • Xəndəklər qazılan zaman oradan çıxarılmış tor­pa­ğın, tikinti materiallarının, maşın və mexanizmlərin xəndəyin kə­na­rı boyu yerləşdirilməsi, habelə maşın və mexanizmlərin xən­də­yin kənarı boyunca torpağın uçulma prizması zonasında hərə­kə­ti qadağandır.

  • Xəndəyin kənarından olan məsafə quru möhkəm tor­paq­lar­da 0,5m-dən, tökmə və nəm torpaqlarda - 1m-dən az olma­ma­lıdır.

  • Göstərilən zonada həmçinin hava elektrik ötürücü, rabitə xət­lərinin və s. quraşdırılmasına icazə verilmir.

  • Xəndəyin ətrafında maşın və mexanizmlərin təhlü­kə­siz hərəkət etmələri üçün eni 4,5m-dən az olmayan keçidlər ol­malıdır.

  • Fəhlənin xəndəyə düşməsi üçün məhəccəri olan as­ma nərdivan və ya eni 0,75m olan pilləkən nəzərdə tutulmalıdır.

  • Tikinti meydanında qanovdan, xəndəkdən və yer sət­hində olan boru kəmərləri üstündən keçmək üçün eni 0,6m, mə­həc­cərinin hündürlüyü 1,0m olan keçid körpücükləri quraş­dı­rılmalıdır.

  • Torpaq işləri əl ilə görüldükdə işləyənlər arasındakı məsafə 2m-dən az olmamalıdır.

  • Tikinti meydanında təhlükəli vəziyyət yaranarsa, (torpağın sürüşməsi, əsasın çökməsi, elektrik xətlərinin qırılması və s.) dərhal təhlükəli sahəni tərk etməli, işin rəhbərinə baş ver­miş hadisə barədə xəbər verməli. Təhlükəli yerlər çəpərlənməli və ya kiçik bayraqlarla, işarələrlə və s. nişanlanmalıdır.

  • Yerqazan maşınların işçi mexanizmlərinin fəaliyyət zo­nalarında (ekskavator, buldozer, skreperlər və s.) başqa işlərin apa­rılması və işçilərin olması qadağandır.

  • Ekskavatorun hərəkətdə olan hissələrinin fəaliyyət zona­sın­da, ekskavatorla torpaq tökülən yer arasında tək kovşlu eks­ka­vator işlərkən onların 5 metrliyində işçilərin olması qa­dağandır.

  • Torpaq işlərini partlayışla apardıqda müvafiq SNiP-lərin tələblərinə riayət edilməlidir.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə