Суал Мяшял системинин истисмары


Суал-104: Тулланыша гаршы аваданлыьын гурашдырылмасы вя истисмары



Yüklə 1,66 Mb.
səhifə122/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   118   119   120   121   122   123   124   125   ...   138
sual cavablar (3)

Суал-104: Тулланыша гаршы аваданлыьын гурашдырылмасы вя истисмары

Ъаваб:

  • Qazmada qazneftsu təzahürləri gözlənildikdə kon­duk­torda, aralıq kəmərində, həmçinin məhsuldar laylar açılan za­man istismar kəmərinin içərisində iş aparıldıqda istismar kəmərində tullanışa qarşı avadanlıq (preventor) quraşdırıl­ma­lıdır. Qoruyucu kəmərlər bir-biri ilə kəmər başlıqları ilə bağ­la­nıl­ma­lıdır. TQA-nın və kəmər başlıqlarının quraşdırılması və istis­ma­rı üzrə təlimat istehsalçı zavodlar tərəfindən verilən texniki şərt­lərə əsasən müəssisə tərəfindən işlənilir və onun texniki rəh­bərliyi tərəfindən təsdiq olunur.

  • Kəmər başlığının, preventorlar blokunun və manifoldun iş­çi təzyiqi qazmanın hər mərhələsində quyuda qazma məhlu­lun­un lay flüidi ilə və ya qaz-məhlul qatışığı ilə tam dəyişdirilməsi və açıq fontanda quyu ağzının kipləşdirilməsi şəraitində hesab­lan­mış qoruyucu kəmərin kipliyə yoxlanma təzyiqindən az olma­malıdır.

  • Quyunun kəsilişin konkret dağ-mədən-geoloжi xüsu­siy­yətindən asılı olaraq preventor yığımı, manifold, pre­ven­tor­la­rın hidravlik və drosselləmə idarəetmə pultları, separator və məş­əl (fakel) qurğuları aşağıdakı texnoloжi əməliyyatları yerinə ye­tirmək üçün seçilir:

  • qazma boruları quyuda olduqda və ya olmadıqda quyu ağ­zının kipləşdirilməsi;

  • qəbul edilmiş texnologiya üzrə quyudakı flüidin yuyulub çıxarılması;

  • qazma boru kəmərinin preventoru bağladıqdan sonra onun sıxaclarında (plaşka) oturdulması;

  • qazma kəmərinin kəsilməsi;

  • quyunu boğarkən onun vəziyyətinə nəzarət;

  • qazma kəmərinin tutulmasının qarşısını almaq üçün onun qal­dırılıb-endirilməsi;

  • quyu ağzı kip bağlanandan sonra qazma kəmərinin bir his­səsinin və ya bütövlüklə qaldırılıb-endirilməsi.

  • TQA-nın quraşdırılması və birləşdirmə sxemi qazma müəs­sisəsi tərəfindən işlənilir, sifarişçi, Azdövdağtexnəzarət Ko­mi­təsi və FQDHH ilə razılaşdırılır və müəyyən edilmiş qaydada təs­diq edilir. Bu zaman aşağıdakı müddəaları rəhbər tutmaq lazımdır:

  • Normal təzyiqli neft və su layları ilə təmsil olunmuş, öy­rə­nilmiş kəsilişi açdıqda konduktor və ya texniki kəməri bu­rax­dıq­dan sonra qazma kəmərinin endirilmiş halında (və ya onsuz) qu­yunun kipliyini təmin etmək üçün quyu ağzına iki preventor (onlardan biri universal) quraşdırılır.

  • Yüksək anomal təzyiqli neft, qaz və su horizontları aç­dıq­da quyuda biri universal olmaqla üç və ya dörd preventor qo­yulur. Quyu ağzında gözlənilən izafi təzyiq 100 kqq/sm2 (10MPa)-dan aşağı olduqda, kəsici plaşkalı preventorun qoyul­ma­sının vacibliyi layın xüsusiyyətinə əsasən (flüidin tərkibi, ke­çi­ri­ciliyi, məsaməliyi, debiti və s.) Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılaraq müəssisə tərəfindən müəyyən edilir.

  • Quyuda dörd preventor, onlardan biri kəsici plaşkalı, o biri universal preventor olmaqla, aşağıdakı hallarda quraşdırılır:

  • anomal yüksək təzyiqli və hidrogen-sulfidin həcmi miqdarı 6%-dən artıq olan layları açdıqda, həmçinin quyu ağ­zın­da hidrogen-sulfid 6%-ə qədər və izafi təzyiq 350 kqq/sm2 (35MPa)-dan artıq olduqda;

  • germetikləşmiş quyu ağzında izafi təzyiqdə, boruların endi­rilməsi və qaldırılması texnologiyasından istifadə olunduqda.

  • Qazılan quyuda quyu ağzında TQA-ın quraş­dırıl­ma­sın­da bu Qaydaların 3.7.3 bəndinin tələblərindən kənara çıxma­la­ra müəssisə tərəfindən hərtərəfli əsaslandırılmalar təqdim edil­dik­dən və Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş his­sə­si ilə razılaşdırıldıqdan sonra Azdövdağtexnəzarət Komitəsinin xüsusi icazəsi ilə yol verilir.

  • Boğücü (qluşenie) və tənzimləmə (drosselləmə) blok­larından məşələ qədər atqı xətləri xüsusi dayaqlara möhkəm bər­kidilməli, quyu ağzına nisbətən maili olmaqla istehsalat və məişət qurğularından kənara istiqamətləndirilməlidir.

  • Xətlərin uzunluğu olmalıdır:

  • qaz amili 200 m3/t-dan az olan neft quyuları üçün – azı 50 metr;

  • qaz amili 200 m3/t-dan çox olan neft quyuları, həmçinin qaz və kəşfiyyat quyuları üçün – azı 100 metr.

  • Xətlər və onlara qoyulan siyirtmələrin daxili diametrləri xaç­vari birləşmə­lərdəki daxili diametrlə eyni olmalıdır; si­yirtmələr blokundan sonra onların dia­metrinin 30 mm-ə qədər ar­tırılmasına icazə verilir. Atqı xətlərinin uclarından qazma qur­ğu­sunun obyektlərinə aid olmayan bütün kommunikasiyalara və qur­ğulara qədər olan məsafə bütün kateqoriyalı quyular üçün 100 m-dən az olmamalıdır.

  • Quyu ağzında gözlənilən təzyiq 350 kqq/sm2 (35MPa)-dan artıq olan quyularda 3 tənzimlənən drosseli olan (ikisi məsafədən, o biri isə əl ilə idarə olunan) zavodda hazır­lan­mış blok quraşdırılmalıdır.

  • Digər hallarda ikidən az olmayaraq məsafədən idarə olu­nan tənzimləyici blok qoyulur.

  • Boğucu və tənzimləmə (drosselləmə) bloklarında qo­yu­lan manometrlərin, qoruyucu kəmərin və TQA-ın birgə sınaq təz­yiqindən 30% artıq olan yuxarı hədd ölçü diapazonu ol­malıdır.

  • TQA ölkədə və xaricdə zavod şəraitində hazırlanmış qov­şaq və detallardan yığılmalıdır. FQDHH-nin razılığı ilə müəs­sisələrin istehsalat xidmət bazalarında təsdiq edilmiş texniki şərt­lərə uyğun hazırlanmış ayrı-ayrı detalların və qovşaqların isti­fadəsinə icazə verilir. Hazırlanan qovşaq və detalların pas­por­tu olmalıdır.

  • Preventorları və hidravlik sistemləri idarə etmək üçün əsas köməkçi idarəetmə pultları quraşdırılmalıdır.

  • Əsas idarəetmə pultu – quyu ağzından 10 metrdən az olmayan məsafədə, rahat və təhlükəsiz yerdə quraşdırılmalıdır.

  • Köməkçi idarəetmə pultu bilavasitə qazmaçının pultunun yanında quraşdırılır və o, məhsuldar və qazneftsu təzahürlü lay­lar açıldıqda operativ hazırlıq reжiminə qoşulur.

  • Preventorun plaşkalarını əl ilə hərəkətə gətirmək üçün nəzərdə tutulmuş şturvallar rahat yerdə quraşdırılmalı və onun partlayışdan mühafizəli çıraqlarla işıqlandırılması və sığınacağı ol­malıdır. Sığınacağın divarında şturvalın fırlanma istiqaməti, pre­ventoru bağlamaq üçün lazım olan dövrlərin sayı gös­tə­ril­məlidir.

  • Neft və qazla doymuş kollektorları açarkən buruq­da iki kürəli kranın olması vacibdir. Bunlardan biri aparıcı boru ilə onun qoruyucu keçiricisinin arasında qoyulur, digəri isə ehti­yat­da saxlanılır.

  • Anomal yüksək təzyiqli layları açdıqda buruqda 3 ədəd kran olmalıdır. Kranlardan biri aparıcı boru ilə fırlanğıc arasında, ikincisi aparıcı boru ilə onun qoruyucu keçiricisi arasında qoyulur, üçüncüsü isə ehtiyatda saxlanılır.

  • Kürəli kranların hamısı açıq vəziyyətdə olmalıdır. Kü­rə­li kranlardan əlavə buruqda, açıq vəziyyətdə qoymaq üçün tər­tibatı olan iki əks klapan olmalıdır, bunlardan biri işçi, digəri ehtiyat.

  • Preventorlar xaçvari birləşmə və əsas siyirtmə ilə birlikdə quyu ağzında quraşdırılmazdan əvvəl su ilə pasportda göstərilən işçi təzyiqə yoxlanmalıdır. Gövdənin qaynaqlı və tor­na (tokar) təmirindən sonra, preventorlar sınaq təzyiqinə yox­lanılmalıdır.

  • Kəsici plaşkalı preventorlar, stenddə plaşkaların bağlı vəziy­yətində işçi təzyiqə yoxlanılmalıdır, preventorun iş qabi­liy­yəti isə plaşkaları açıb-bağlamaqla yoxlanılmalıdır. Yoxlamanın nəticələrinə görə akt tərtib edilməlidir.

  • Preventor qurğusu quraşdırıldıqdan və ya növbəti qoruyucu kəmər buraxıldıqdan sonra, sement stəkanını qazmaz­dan əvvəl preventor qurğusu yüksək təzyiq manifoldunun son si­yirt­məsinə qədər su (və ya azotla) ilə qoruyucu kəmərin sınaq təzyiqinə yoxlanılmalıdır.

  • Atqı xətləri axırıncı siyirtmədən sonra su ilə aşağıdakı təz­yiqə sınanmalıdır:

  • 50 kqq/sm2 (5 MPa) – 21 MPa (210 kqq/sm2) qədər təzyiqə hesablanmış TQA üçün;

  • 100 kqq/sm2 (10 MPa) – 21 MPa-dan (210 kqq/sm2) artıq təzyiqə hesablanmış TQA üçün.

  • Sınanmanın nəticələrinə görə akt tərtib edilməlidir.

  • Preventor qurğusu quraşdırıldıqdan və qoruyucu kəmərlə birlikdə sınaqdan keçirildikdən, qoruyucu kəmər arxa­sın­dakı sement halqası sınaqdan keçirildikdən sonra quyunun qa­zılmasını FQDHH-nin nümayəndəsinin icazəsi olduqda da­vam etdirmək olar.

  • Plaşkalı preventorlar vaxtaşırı açılıb-bağlanmağa yox­la­nılmalıdır. Yoxlamanın dövriliyi qazma müəssisəsi tərəfin­dən müəyyənləşdirilir (həftədə bir dəfədən az olmayaraq).

  • Preventorun sıradan çıxmış hissəsini və ya pre­ven­tor yığımının hər-hansı qovşağını dəyişdikdə, quyu ağzında plaş­ka­ları dəyişdikdə, preventor qurğusu kəmərin sınaq təzyiqinə bə­ra­bər təzyiqlə əlavə olaraq sınanmalıdır.

  • Sınanmanın nəticələrinə görə akt tərtib edilməlidir.

  • Quyu ağzında qoyulan preventorun plaşkaları isti­fa­də olunan qazma borularının diametrinə uyğun olmalıdır. Yı­ğım­da kəsici plaşkalı preventor olmadıqda, aşağı preventorda bo­ğuq plaşkalar quraşdırılmalıdır.

  • Qazma boruları müxtəlif ölçülü olduqda, qəbul kör­pü­sündə xüsusi sınaqdan çıxmış, keçiricisi və kürəli kranı olan, diametri və möhkəmlik xüsusiyyətinə görə istifadə olunan qaz­ma kəmərinin yuxarı seksiyasına müvafiq olan qazma borusu ol­malıdır. Qazma borusu və kürəli kran qırmızı rənglə rəng­lənməlidir.

  • Yüksək təzyiqli (anomal lay təzyiqli) layları açılmış qu­yulara qoruyucu kəmərlər buraxıldıqda və quraşdırılmış univer­sal preventor quyu ağzındakı təzyiqə müvafiq olmadıqda, pre­ven­torlardan birinin plaşkası buraxılan qoruyucu kəmərin diametrinə uyğun plaşkalarla dəyişdirilməlidir və ya qəbul kör­pü­sündə qoruyucu kəmərə uyğun keçiricisi və müvafiq təzyi­qə sınaqdan keçirilmiş açıq vəziyyətdə kürəli kranı olan qazma borusu olmalıdır.

  • Xidmət heyətinin quyu ağzında qoyulan TQA-ya ma­neəsiz yaxınlaşması üçün buruğun altında döşəmə quraş­dı­rıl­malıdır.

  • Quyu ağzında tullanışa qarşı birləşmənin yuxarı hissəsinin bütün sxemləri, açıq fontanların ləğvi işini asan­laş­dır­maq məqsədi ilə flans makarası, sökülüb-yığılan qıf (voronka) və nov sistemi nəzərdə tutulmalıdır.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə