Суал Мяшял системинин истисмары


Суал-107: Neftin, qazın və kondensatın yığılması, hazırlanması və nəqli



Yüklə 1,66 Mb.
səhifə125/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   121   122   123   124   125   126   127   128   ...   138
sual cavablar (3)

Суал-107: Neftin, qazın və kondensatın yığılması, hazırlanması və nəqli

Ъаваб:

Ümumi tələblər

  • Neftin və qazın yığılmasının, hazırlanmasının və nəqlinin texnoloji prosesləri, onların texniki təchizatı, idarəetmə və tənzimləmə sisteminin seçilməsi, yoxlama, idarəetmə və qəzadan mühafizə vasitələrinin quraşdırılma yerləri layihələrdə nəzərdə tutulmalı və xidməti heyətin və əhalinin təhlükəsizliyini təmin etməlidir.

  • Neftin, qazın və kondensatın yığılması, hazır­lan­ması və nəqli obyektlərinin qapalı sahələrində (otaqlarında) ha­va mühitinə nəzarət sistemi, avadanlığın dayandırılma sistemi ilə (siyirtmələrin bağlanması da daxil olmaqla) əlaqəli (bağlı) olmalıdır.

  • Bütün otaqlar daim işləyən çəkib–sorma ventilyasiyasına malik olmalıdırlar. Havadəyişmə [70]-ə uyğun hesablanmalıdır.

  • Göstərilən obyektlərin əsas texnoloji parametrləri və hava mühitinin vəziyyəti haqqında məlumatlar idarəetmə məntəqəsinə çıxarılmalıdır.

  • Idarəetmə sistemləri obyektlərin dayandırılması xəbərdaredici siqnal qurğularına və dispetçer məntəqəsi ilə iki tərəfli rabitəyə malik olmalıdır.

  • Hər bir dispetçer məntəqəsindən idarə olunan ob­yekt, eyni zamanda bilavasitə obyektdə əl ilə idarə edilmə sis­teminə malik olmalıdır.

  • Neft və qazın yığılma sistemi qapalı olmalı, basma, tədqiqat və hasilat quyularının quyu ağzı isə kip olmalıdır.

  • Neft və qazın yığılması və hazırlanması obyekt­lə­rin­də, nasos və kompressor stansiyalarında siyirtmələrin, aparatların sıra sayı, axınların istiqaməti, onların sıra sayının layihə texnoloji sxeminə tam uyğunluğu göstərilməklə müəs­si­sə­nin texniki rəhbərinin təsdiq etdiyi texnoloji sxem olmalıdır. Texnoloji sxem mümkün qəzaların ləğvi planının bir hissəsidir.

  • Texnoloji prosesdə, sxemdə, reqlamentdə, apa­rat­la­rın tərtibatında və yanğından mühafizə sistemində dəyişik­lik­lər, ancaq texnoloji prosesi işləyib hazırlayan təşkilat və layihəni iş­ləyib hazırlayan layihə təşkilatı ilə razılaşdırılmış normativ-tex­niki və layihə sənədləri olduqda aparıla bilər.

  • Təsdiq olunmuş layihə olmadan yenidənqurmaya və tex­no­lo­ji sxemin elementlərinin dəyişdirilməsinə yol verilmir.

  • Kükürdlü neftlə təmasda olan və işlək texnoloji sxem­də istifadə olunmayan avadanlıq dayandırılmalı, içindəki məh­sul boşaldılmalı, yuyulmalı (buxara verilməli), təsirsiz qazla dol­durulmalı və qapayıcı quraşdırılmaqla işlək sxemdən izolə edil­məlidir. Qapayıcıların quraşdırılması haqqında məlumat qa­pa­yıcıların quraşdırılması - çıxarılması jurnalında qeyd edil­məlidir.

  • Texnoloji aparatlarda, məhsulda, çənlərdə və digər tutumlarda hidrogen-sulfid olduqda və ya yanğın, partlayış zamanı zərərli maddələrin əmələ gəlməsi ehtimalı olduqda, tu­tum­ların germetikliyi pozulduqda və digər qəza vəziy­yət­lərində, iş­çilər bu maddələrin təsirindən qorunmaq üçün müvafiq fərdi mü­hafizə vasitələri ilə təmin olunmalıdır.

  • Neftin və qazın yığılması, hazırlanması və nəqli obyektləri aşağıdakılarla təchiz edilməlidir:

-qapalı otaqlarda partlayış təhlükəli qaz konsent­ra­siya­la­rına nəzarət siqnalizatorları ilə;

-yanğın siqnalizasiyası vericiləri (datçik) ilə;

-separatorlarda, durulducu çənlərdə və rezervuarlarda mayenin səviyyəsinin və təzyiqinin vəziyyətinə avtomatik nəzarət sistemi ilə;

-xəttayırıcı qurğular sistemi ilə və ya avtonom, yaxud mə­sa­fədən idarə olunan avtomatlaşmış qapayıcı armaturlarla.



  • Neftin və qazın yığımı, hazırlanması və nəqli obyektlərində qəza vəziyyəti yarandıqda texnoloji proseslər dərhal dayan­dırıl­malıdır.

  • Texnoloji avadanlıqların qoruyucu klapan­la­rın­dan çıxan maddələr tutuma yönəldilməlidir.

  • Kommunikasiyaların və quyuların üfürülməsi, bo­şal­­dılması və vurulması mayenin nasosla vurulması ilə üfürmə blo­ku vasitəsilə yerinə yetirilməlidir. Üfürmə qazı qazayırıcıya yö­nəldilməlidir.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə