Суал Мяшял системинин истисмары


Суал–79: Кямяр хяттляри, трап, тутум вя сепараторларын щидравлик сынаьы вя



Yüklə 1,66 Mb.
səhifə92/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   88   89   90   91   92   93   94   95   ...   138
sual cavablar (3)

Суал–79: Кямяр хяттляри, трап, тутум вя сепараторларын щидравлик сынаьы вя

цфцрцлмяси заманы т/т тялябляри

Ъаваб:

Суал–80: Йцкгалдырма ямялиййатлары

Ъаваб:

Ümumi tələblər

  • Yükləmə-boşaltma işləri və yüklərin nəqli [215] uy­ğun yerinə yetirilməlidir.

  • Yükləmə-boşaltma işləri müəssisənin rəhbərliyi tə­rə­findən əmrlə təyin edilmiş, bu işlərin təhlükəsizliyinə cavabdeh şəx­sin rəhbərliyi altında yerinə yetirilməlidir.

  • Yükün ağırlığı 50 kq-dan çox olan hallarda yük­lə­mə-boşaltma işləri bir qayda olaraq kranların, yükləyici və kiçik me­xanizasiya vasitələrinin köməyi ilə yerinə yetirilməlidir.

  • Yüklərin yüklənib-boşaldılması zamanı avtomobil sü­rücülərini yükləyici kimi işlətmək qadağandır.

  • Qaldırıcı kranın tətbiqi ilə yükləmə-boşaltma iş­lə­ri­nə rəhbərlik edən şəxs elə yerdə olmalıdır ki, krançının onu yax­şı görməsi təmin olunsun.

  • Iki və daha çox ilməkçi tərəfindən aparılan yük­lə­mə-boşaltma işlərində krançı yalnız təyin olunmuş (baş) il­mək­çi­nin işarəsindən sonra yükü qaldırıb-endirə və ya yerini dəyişdirə bilər.

  • Mexanizm və ya qurğu ilə qaldırılmış yük altında və onun hərəkəti istiqamətində adamların olması qadağandır.

  • Mexanikləşdirilmiş qurğular işlədilən yerlərdə kə­nar şəxslərin olması qadağandır.

  • Nasaz mexanizm və qurğulardan istifadə etmək qa­dağandır.

  • Yükün yuxarıdan yalnız sıra ilə və yaxud topa ilə yı­ğılmasına icazə verilir.

  • Yükləmə-boşaltma, ağır yüklərin daşınması və on­ların nəql edilməsi işlərini yerinə yetirən fəhlə bədbəxt hadi­sə­lər zamanı ilk tibbi yardım göstərilməsi qaydalarını və üsul­la­rı­nı mükəmməl bilməli və onları tətbiq etməyi bacarmalıdır.

  • Yük daşıyan bütün nəqliyyat vasitələrinin tüstü bo­ruları qığılcım söndürənlə təchiz olunmalıdır.

  • Yükləmə-boşaltma işləri adətən gündüz vaxtı apa­rılmalıdır. Sutkanın qaranlıq vaxtı (gecə) yükləmə-boşaltma iş­ləri yerinə yetirilərsə, iş yeri lazımınca işıqlandırılmalı və bu iş­lər cavabdeh şəxsin rəhbərliyi altında aparılmalıdır.

  • Yükləmə-boşaltma meydançaları hamar olmalı və onların mailliyi 50–dən çox olmamalıdır.

  • Yükləmə-boşaltma işləri ilə məşğul olan işçilərin təhlükəsiz hərəkət etmələri və həmçinin, nəqliyyat və xüsusi tex­ni­kinin sərbəst manevr etməsi və yerləşməsi üçün meydança mü­va­fiq ölçülərə malik olmalı, döşəməsi isə yerinə yetirilən işlərin tə­ləblərinə uyğun olmalıdır.

  • Meydança qış vaxtı buzdan, qardan tə­miz­lən­məli, lazım gələrsə, qum,kül, şlak tökülməlidir.

  • Yükləmə-boşaltma meydançalarının göstərici işa­rələrlə təchiz olunmuş giriş, çıxış və dönmək üçün yolları ol­ma­lıdır.

  • Eyni vaxtda bir neçə nəqliyyat vasitəsi yüklənib-bo­şaldılarsa, onların arasındakı məsafə 1 m-dən az olmamalıdır.

  • Yüklərin nizamsız vəziyyətdə və divara (tikiliyə və ya hər hansı bir qurğuya və s.) söykənmiş halda saxlanması (yı­ğılması) qadağandır.

  • Banın (kuzovun) bortlarının hündürlüyündən ar­tıq çıxan ədədlə daşınan yüklər saz kəndirlə etibarlı bərkidil­mə­li­dir. Bu məqsəd üçün metal kanat və məftildən istifadə etmək qadağandır.

  • Anbarlarda saxlanılan yükləri nəqliyyat vasi­tə­si­nə rahat və təhlükəsiz yükləmək və ya boşaltmaq üçün, anbar­la­rın qarşısındakı platformalar (estakadalar) nəqliyyat vasitəsinin banının (kuzov) döşəməsi səviyyəsində olmalıdır.

  • Yüklər avtomobilin kuzovuna aşağıdakı tələb­lə­rə riayət edilməklə yığılmalıdır:

-qarışıq yüklər avtomobilin bortları hündürlüyünü aş­ma­maq­la kuzovun bütün sahəsi üzrə bərabər paylanmaqla yerləş­diril­məlidir;

-bortun hündürlüyünü aşan tək-tək yüklər etibarlı bər­ki­dil­məlidir;

-yığılmış (yüklənmiş) yüklərin hündürlüyü yol boyu qarşıya çı­xan körpülərin, tunellərin və darvazaların keçid hissələrinin qa­ba­rit ölçülərini aşmamalıdır.


  • Qabarit ölçülü olmayan yüklərlə, borularla, tir­lər­lə (şablon), torşəkilli, zəhərli və yanar materiallarla yüklənmiş av­tomobilin kuzovunda və qoşqu meydançalarında, həmçinin yük daşıyan ikitəkərli arabada adamların olması qadağandır.

  • Zirzəmi və yarımzirzəmi olan yerlərdə hün­dür­lü­yü 1,5 m-dən çox olan pilləkəndən yükləri boşaltmaq (yükləmək) üçün trap, lyuk, yükü qaldırıb-endirmək üçün isə qaldırıcı me­xanizm olmalıdır.

  • EVX altında yükləmə-boşaltma iş­lərini görmək və ya hər hansı bir yükü orada anbarlaşdırmaq (hətta müvəqqəti olsa belə) qadağandır.


  • Yüklə 1,66 Mb.

    Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə