Суал Мяшял системинин истисмары


Суал-85: Пиллякянляр вя мейданчалар



Yüklə 1,66 Mb.
səhifə100/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   96   97   98   99   100   101   102   103   ...   138
sual cavablar (3)

Суал-85: Пиллякянляр вя мейданчалар

Ъаваб:

  • Marş plləkənlərinin mailliyi 600-dən çox (rezer­vuar­lar­da 500-dən çox) olmamalı, adi pilləkənlərin eni 0,65 m-dən, ağır­lıq daşınan pilləkənlərin isə–1 m-dən az olmamalıdır.

  • Pillələr arasındakı hündürlük üzrə məsafə 0,25 m-dən çox ol­mamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-50 olmalıdır.

  • Pillələrin hər iki tərəfinin, hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyələri olmalıdır.

  • Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri ol­malıdır.

  • Marş pilləkənlərinin orta tamasası olmaqla iki tə­rəf­li 1 m hündürlüklü məhəccəri olmalıdır. Dirəklər arasındakı mə­sa­fə 2 m-dən çox olmamalıdır.

  • Marş pilləkənlərinin quruluşu, üstündə hərəkət edər­kən onun əyilməsini və yerdəyişməsini istisna etməli və 2000N (200 kq) yükə davam gətirməlidir.

  • Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m-dən az olmamalı, radiusu 0,35-0,40 m olan qoruyucu qövsləri ol­ma­lı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərki­dil­mə­li­dir. Qövslər arasındakı məsafə 0,80 m-dən çox olmamalıdır. Qöv­sün pillələrdən ən aralı nöqtəsi 0,70-0,80 m həddində ol­ma­lıdır.

  • Nərdivanlar şaqul üzrə bir-birindən 6 m-dən çox olmayan mə­safədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir.

  • Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı mə­sa­fə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır.

  • Tunel tipli nərdivanlar və pilləkənlər 2500 N (250kq) yükə davam gətirməlidir.

  • Tunel tipli nərdivanların və pilləkənlərin yan his­sə­lə­ri (tetiva), keçid meydançasına çıxış yerində onun üzərində 1m hün­dürlüyündə məhəccərlə qurtarmalıdır. Məhəccərlər mey­dan­ça­ya tərəf əyilməli və ona möhkəm bərkidilməlidir.

  • Hündürlükdə yerləşən işçi meydançaların döşəmə sət­hi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı 40mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən uzu­nu­na tamasalı) məhəccəri, döşəmədən 1 sm-dən çox olmayan hün­dür­lükdə yerləşən hündürlüyü 0,15 m-dən az olmayan yan ha­şi­yə­si (bortu) olmalıdır.

  • Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çökün­tü­lə­rinin axıb getməsini təmin edən metal döşəmələri olmalıdır.

  • 1 m-dən çox olmayan hündürlükdə yerləşən mey­dan­çaların hündürlüyü 1 m olan məhəccərli çəpəri olmalıdır. Mə­həc­cərlərin dayaqları arasındakı məsafə 2 m-dən çox olma­ma­lı­dır. Dayaqlar, aralarındakı məsafə 0,4 m olan üfqi tamasa­lar­la bir-birinə birləşdirilməlidir.

  • Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və dö­şə­mə­dən 1 sm-ə qədər hündürlükdə yerləşən yan haşiyəsi olmalıdır.

  • Meydançalar və pilləkənlər müntəzəm olaraq qardan, buzdan və çirkdən təmizlənməlidir.

  • Yanğın və partlayış təhlükəli obyektlərdə (neftin ha­­zırlanması qurğularında, rezervuar parklarında və s.) taxta dö­şəməli meydançalardan istifadə etmək qadağandır.

  • Işçinin (xidmət üçün) 0,75 m-ə qədər hündürlüyə qalx­ması tələb olunan obyektlər (yerlər) pillələrlə, 0,75-dən artıq hün­dürlükdə isə məhəccərli pilləkənlərlə təchiz edilməlidir.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə