Суал Мяшял системинин истисмары


Суал-82: Щцндцрлцкдя эюрцлян ишляр



Yüklə 1,66 Mb.
səhifə96/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   92   93   94   95   96   97   98   99   ...   138
sual cavablar (3)

Суал-82: Щцндцрлцкдя эюрцлян ишляр

Ъаваб:

Hündürlükdə işləməyə yaşı 18-dən az olmayan, tib­bi müayinədən keçmiş və sağlamlığına görə yararlı olan, hün­dür­lük­də təhlükəsiz iş aparmaq üsullarını öyrənmiş, belə işlərin apa­rılması üçün xüsusi vəsiqəsi və həkim komissiyasının rəyi olan şəxslər buraxılırlar.

Hündürlükdə işləyənlərə həkim baxışı vaxtaşırı - ildə 1 dəfə aparılmalıdır.

Qeyd: hündürlükdə görülən işlər üzərində bilavasitə konst­ruk­siyaların quraşdırılması və ya təmir işləri aparılan yer səthin­dən, taxtapuşdan və ya işçi döşəmədən 2m və daha hündürdə yerinə yetirilən işlər hesab edilirlər.
Hündürlükdə işləri yerinə yetirməzdən əvvəl təh­lü­kə­li zonalar müəyyən edilməli, çəpərlənməli və «Təhlükəli zona», «Yuxarıda işləyirlər» xəbərdaredici nişanlar asılmalıdır. Hüdud­la­rında təhlükə baş verməsi ehtimal olunan təhlükəli zonalar sər­həddi hündürlükdən əşya düşməsinin mümkün olması ilə əla­qə­dar olaraq 20m-ə qədər hündürlük üçün - 7m, 70-m-ə qədər hün­dür­lük üçün - 10m müəyyən edilməli və ətrafındakı təhlükəli zo­na rəngli (ağ-qırmızı, sarı-qırmızı) lentlərlə işarələnməlidir.

Hündürlükdə işlərin görülməsi üçün nəzərdə tutul­muş işçi meydançalar bu Qaydaların 1.5.48 bəndinə uyğun olmalıdır.

Işçinin hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar olan işlər qoruyucu kəmərlərdən istifadə edilməklə yerinə ye­ti­rilməlidir.

Qoruyucu kəmərlər və fallar istehsalçı-zavodun is­tis­mar təlimatına uyğun olaraq statik yük verməklə ildə 2 də­fə­dən az olmayaraq sınaqdan keçirilməli və müvafiq akt tərtib edil­məlidir. Istismar təlimatında belə məlumatlar olmadıqda sı­naq 3000 N (300 kq) statik yük verməklə 5 dəqiqə müddətində ke­çirilməlidir.

Yanğın-partlayış təhlükəli istehsalatlarda (neftin ha­zırlanma qurğularında, rezervuarlar parkında və s.) taxta dö­şə­mələrin tətbiqi qadağandır.

Avadanlıqlar, aparatlar və qurğular tamamilə dayan­dırıl­dıq­dan sonra, təmir zamanı taxtabəndlərdə işləyəndə qalınlığı 40mm-dən az olmayan taxtalardan ibarət döşəmənin müvəqqəti quraşdırılmasına yol verilir.



Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə