Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə93/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   89   90   91   92   93   94   95   96   ...   138
sual cavablar (3)

Yüklərin əllə yüklənməsi və boşaldılması,

  • ağır yüklərin əl arabası ilə daşınması

  • Əllə yüklərin yüklənib-boşaldılmasında və daşın­ma­sında (qısa məsafəyə) hər bir fəhləyə düşən yük norması aşa­ğıda göstərilən həddən çox olmamalıdır:

    -kişilər üçün – 50 kq;

    -qadınlar üçün – 15 kq;

    -həddi-buluğa çatmayan (yaşı 16-dan 18-ə qədər) oğlanlar üçün – 15 kq;

    -həddi-buluğa çatmayan qızlar üçün – 10 kq.



    • Qadınlar və həddi – buluğa çatmayanlara yalnız aşa­ğıdakı yüklərin yüklənib—boşaldılmasına icazə verilir:

    -səpələnən yüklərin;

    -yüngül çəkili yüklərin – (1.14.2.1 uyğun olaraq), boş qab­ların;

    -taxta materiallarının (nazik taxta və tirlər).


    • Əl ilə yüklərin daşınmasına yalnız məsafəsi 60 m-dən, yüksəkliyə qaldırmaq üçün isə yük qaldırılan meydança pilləkənlə təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda icazə verilir.

    • Yük daşınan pilləkənlərin və trapların eni 1 m-dən az olmamalı və onların hər iki tərəfdən məhəccəri olmalıdır.

    • Iş bir neçə fəhlənin köməyi ilə yerinə yetirilərsə, işin təh­lü­kə­siz aparılmasının qanun–qaydasını bilən təcrübəli şəxsdən bri­qa­dir seçilməlidir.

    • Işə başlamazdan əvvəl briqadir briqada üzvlərinə işin təhlükəsiz aparılması barədə təlimat verməlidir.

    • Briqadir işin düzgün və təhlükəsiz aparılmasına ca­vabdehdir.

    • Müəyyən bir ağırlıq qaldırılan, aparılan və en­di­ri­lən zaman, briqadir elə yerdə dayanmalıdır ki, göstəriş verəndə bü­tün briqada üzvlərini, briqada üzvləri isə onu görə bilsin.

    • Göstəriş uca və aydın səslə verilməlidir. Yük qal­dı­rılan, aparılan və endirilən zaman diqqətli olmaq lazımdır ki, ya­­xınlıqda kənar şəxslər olmasın.

    • Yük əl arabasında daşınarkən aşağıdakı şərtlərə riayət edilməlidir:

    -əl arabasına yığılan yük taraz yığılmalıdır;

    -əl arabası yükqaldırma qabiliyyətindən artıq yüklən­mə­məlidir.



    • Əl arabasının döşəməsi saz taxtadan və ya dəmir lövhədən olmalıdır.

    • Əl arabası ilə tək (bir) qırılmayan yükü boşal­dar­kən, işi ehtiyatla görmək lazımdır ki, özünə və ya yaxınlıqda olan şəxsə xətər gəlməsin.

    • Əl arabasından boşaldılmış yük qabaqcadan ay­rılmış yerə səliqə ilə yığılmalıdır.

    • Yükləmə-boşaltma işlərinin və ağır yüklərin

    • daşınmasının mexanikləşdirilməsi

    • Elektrik, hidravlik və yaxud pnevmatik intiqallı kran və qaldırıcılar, işin təhlükəsizliyini təmin edən avtomatik qur­ğularla (yükqaldırmanı məhdudlaşdıran, hədd dayandırıcısı) təc­hiz olunmalıdır.

    • Mexaniki avadanlıqlarda işləməyə bu sahədə iş təc­rübəsi olan şəxslər buraxılır.

    • Bütün yükqaldırıcı mexanizmlərin pasportu olma­lıdır. Bu mexanizmlərin, onların gözəçarpacaq yerində bərkidil­miş, yükgötürmə həddləri haqqında məlumat qeyd olunmuş lövhəsi olmalıdır.

    • Qaldırıcı kranların, bucurqadların və digər qal­dı­rı­cı mexanizmlərin, yüklərin öz-özünə düşməsinin qarşısını alan qur­ğuları və etibarlı əyləci (tormozu) olmalıdır. Işə başlamaz­dan əvvəl əyləcin sazlığı yoxlanılmalıdır.

    • Işdən kənar vaxtda bütün yükqaldırıcı mexanizm­lər elə vəziyyətdə olmalıdır ki, kənar şəxslərin onları işə salması müm­kün olmasın. Bunun üçün kranın işəsalma qurğusu işdən ay­rılmalı və qıfılla bağlanmalı, kran işləməyən halındakı vəziy­yə­ti­nə gətirilməlidir. Kran yük altında qalmamalıdır.

    • Qaldırılan yükün çəkisi (takelaж qurğuları və ta­ra­nı nəzərə almaqla) qaldırıcı mexanizmin maksimal yükqaldırma qa­biliyyətindən artıq olmamalıdır.

    • Işçiləri yükqaldıran mexanizm və kranlardan is­ti­fa­də etməklə bir yerdən başqa yerə köçürmək qadağandır.

    • Avtokranın sürücüsü və cavabdeh şəxs kranın qə­za­sız işinə, ilməkçi və yükvuran fəhlələrin əməyinin təhlü­kə­siz­li­yi­nə, həmçinin kranın yanğından mühafizəsinə və yüklərin təh­lü­kə­siz yüklənib-boşaldılmasına, daşınmasına cavabdehdir.

    • Iki kranla yüklərin qaldırılmasına yalnız kranları is­tismar edən müəssisənin mühəndis-texniki işçisinin rəhbərliyi al­tında icazə verilir.

    • Yükləri domkratla qaldırmaq üçün domkratın və yü­kün altına mütləq taxtadan yastı araqatı qoymaq lazımdır.

    • Dayanıqsız yüklər, onların etibarlı tutulmasını təmin edə bilən və yükqaldırma həddi göstərilən, xüsusi ilmək­lər­lə ilməklənməlidir.

    • Mexanikləşdirilmiş vasitələrlə yükləmə və bo­şalt­ma işləri aparılan zaman qadağandır:

    -sürücünün kabinəsinə yüklərin gətirilməsi və aparılması;

    -yüklərin istiqamətləndirilməsi və onun səmtləşdirilməsi məq­sədi ilə avtokranın banında fəhlələrin olması;

    -sürücünün avtomobilin kabinəsində olması (əgər kabinə xü­susi mühafizə örtüyü ilə örtülməyibsə), eləcə də, avtomobilə tex­niki xidmət və onun təmir edilməsi;

    -yükqaldırıcı mexanizmin yükqaldırma qabiliyyətindən ağır olan yüklərin qaldırılması;

    -iki yük arasındakı dar yerdə, donmuş və ya torpaq altında qal­mış yükü, eləcə də, kranın oxu altında olan yükü dartmaq məq­sədi ilə yükqaldırıcı mexanizmdən istifadə edilməsi;

    -asılmış halda olan yüklərin, yüklər daşınan zaman qal­dı­rı­cı qurğuların və ya ilməklərin vəziyyətinin düzəldilməsi;

    -mexanizmlərinin təmiri, yağlama işlərinin aparılması;

    -yükün üstündə adam olduqda onu qaldırmaq və yerini də­yiş­mək.



    • Paket halında yığılmış yüklər elə ilməklənməlidir ki, onları yüksəkliyə qaldırarkən, ayrı-ayrı hissələrinin və ya yük­lə­rin bütünlükdə düşməsi halları istisna olunsun. Uzunölçülü yük­ləri mütləq travers tətbiq etməklə iki ilməklə bağlamaq la­zım­dır.

    • Yük qaldırılarkən və yerə endirilərkən qa­da­ğan­dır:

    -yük bərkidilmiş burazdan tutmaq;

    -qaldırılan yükün altında və ya onun hərəkəti istiqamətində olmaq;

    -divarla yük arasında olmaq.


    • Açıq havada yükqaldırıcı kranla işləyərkən 11m/san və daha çox küləkli havada yükləmə-boşaltma işləri tam da­yandırılmalıdır.

    • Yüklərin yerdəyişməsi ilə bağlı yükqaldırıcı me­xa­nizmlər vasitəsi ilə yerinə yetirilən yükləmə-boşaltma işləri və di­gər işlər zamanı krançılar bu əməliyyatları yalnız siqnal üzrə ye­rinə yetirməlidirlər.


    Yüklə 1,66 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   89   90   91   92   93   94   95   96   ...   138




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə