Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə95/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   91   92   93   94   95   96   97   98   ...   138
sual cavablar (3)

Qapalı Sahə Nümunələri

Qapalı sahənin ümumi tərifi göstərir ki, aşağıda qeyd olunanlar da daxil olmaqla sahələrin bir çox növləri qapalı və bu səbəbdən də təhlükəli hesab oluna bilər:



  • böyük boru kəmərləri

  • çənlər

  • tutumlar

  • separatorlar

  • keçidlər

  • kollektorlar

  • şurflar

  • bacalar

Digər Qapalı Sahə Nümunələri

Eyni zamanda tərifə çirkləndiricilərin təhlükəli səviyyədə toplaşa bildiyi və ventilyasiyanın məhdud olduğu və aşağıdakıları əhatə edə bilən hər hansı bir sahə də daxildir:



  • qazılmış çalalar (adətən 1,2 metrdən dərin)

  • ağzı açıq çənlər

  • bağlı və ya ventilyasiya olunmayan otaqlar

  • çirkab quyuları və suburaxma boruları

  • pis ventilyasiya olunan hər hansı bir digər sahə

Təhlükələr

Qapalı sahələrə giriş və orada işlə bağlı təhlükələr işçinin bədən xəsarəti almasına, xəstələnməsinə və ya ölümünə səbəb ola bilər. Adətən qapalı sahələrdə rast gəlinən təhlükələrə aşağıdakılar daxildir:



  • hidrogen sulfid (H2S), benzol və karbohidrogen qazları kimi təhlükəli konsentrasiyalardakı zəhərləyici maddələr

  • yanğın və ya partlayış potensialına malik alışan qazlar, buxarlar və məhlullar; aşağı partlayış həddi (APH) 10%-dən çox və ya qaynaq işi tələb olunduğu halda 0% (APH)

  • Qapalı sahədə qaynaq, kəsmə, fırça və ya püskürtmə vasitəsilə rəngləmə, yapışqan və həlledici maddələrdən istifadə edilməsi kimi görülən işlərlə əlaqədar yaranan qaz, buxar və ya tüstülər

  • boğulma ilə nəticələnən oksigenin olmaması və ya çatışmazlığı (19,5%-dən az həcmdə oksigen olan hava oksigen çatışmayan hava hesab olunur).

  • oksigenlə zənginləşdirilmiş hava (oksigenin miqdarı 23%-dən artıq)

  • elektrik şoku və ya portativ işıqlar, alətlər və ya əlaqədar elektrik avadanlıqlarından od tutan alışan qazlar

  • qeyri-adekvat şəkildə hərəkətə gətirilən qarışdırıcı cihazlar, konveyerlər və s. kimi mexaniki avadanlıqlardan alınan xəsarət

  • aşındırcı və ya qıcıqlandırıcı maddələrlə birbaşa təmas

  • keçidlər, borular və s. vasitəsilə digər sahələrdən daxil olan çirkləndiricilər

  • pirosulfit ehtiyatları

  • statistik elektrik enerjisindən alışma

  • ionlaşdırıcı şualanma mənbələri (məs: səviyyəölçənlər, Təbii halda rast gəlinən radioaktiv materiallar)

Kommunikasiya problemləridə daxil olmaqla Təhlükəsizliklə bağlı ümumi Təhlükələr və aşağıda qeyd olunanlar kimi fiziki təhlükələr:

- normadan artıq temperatur, səs-küy, vibrasiya, düşən obyektlər, qeyri-müvafiq görünmə dərəcəsi və s.

- qazılmış çalaların üçma ehtimalı.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə