Суал Мяшял системинин истисмары


Суал-83: Ишчиляря олан тялябляр, онларын юйрядилмя вя тялиматландырма



Yüklə 1,66 Mb.
səhifə97/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   93   94   95   96   97   98   99   100   ...   138
sual cavablar (3)

Суал-83: Ишчиляря олан тялябляр, онларын юйрядилмя вя тялиматландырма

Ъаваб:

  • Neftqazçıxarma (qazma) sənayesində işlərə yaşı 18-dən az və 62-dən çox olmayan, tibbi müayinədən keçmiş və ya tib­bi əks göstərişi olmayan şəxslər buraxılırlar. Qalan hallarda (ya­şı 62-dən çox olduqda) tibbi müayinənin müsbət nəticəsinə gö­rə işçilərin ağır və zərərli işlərdən başqa digər işlərdə iş­lə­mə­sinə icazə verilir.

  • Müəssisəyə yeni işə qəbul olunmuş işçilər və həm­çi­nin başqa işə yeni bir sənət üzrə keçirilənlər əvvəlcədən təh­lü­kə­siz­lik texnikasına dair öyrədilməli və təlimatlandırılmalıdırlar. Bu haqda müvafiq jurnalda həm təlimatlan­dırılanın, həm də təli­mat­çının imzası ilə qeydlər aparılmalıdır.

  • Işçilərin sərbəst olaraq işə buraxılması üçün öyrədil­mə­nin, təlimatlandırmanın keçirilməsinin, biliyin yoxlanıl­ma­sı­nın və işə buraxılmanın təşkili və qaydası [96, 36] tələblərinə uy­ğun olmalıdır.

  • Obyektlərdə işə, təhlükəsizlik texnikası üzrə təlimat­lan­dırılmış, istehsalat təlimi keçmiş və müəssisə üzrə verilmiş əm­rə əsasən həmin struktur bölmə üçün təyin olunmuş komissiya tə­­rəfindən bilikləri yoxlanılmış işçilər buraxılırlar. Komissiyanın səd­ri, təhlükəsizlik texnikasına cavabdeh bölmənin texniki rəh­bə­­ri təyin olunur. Komissiyanın tərkibinə təhlükəsizlik texnikası, me­xanika, energetika xidmətlərinin mühəndis-texniki işçiləri, us­ta və ya obyektdə bu işlərə məsul olan rəhbər daxil olmalıdır.

  • Işçilərə, onlardan iltizamnamə almaqla, rəhbərlik tə­rə­findən peşələr üzrə təhlükəsizlik texnikasına dair təlimatlar ke­çi­rilməlidir.

  • Qazma, mənimsəmə və quyuların təmiri, geofiziki və həm­çinin neft və qazın hasilatı və hazırlanması işlərinə rəhbərlik et­mək üçün həmin sahələr üzrə müvafiq təhsili olan (mütəxəssis) və təhlükəsizlik texnikası üzrə bilikləri yoxlanılmış şəxslər bu­ra­xı­lırlar. Bu tələb həmçinin xarici ölkələrdən olan mütəxəssislərə də aiddir.

  • Fəhlə peşələri üzrə işləyən ali və orta ixtisas təhsilli mü­təxəssislərin, o cümlədən ali və orta ixtisas təhsil müəssi­sə­lə­ri­nin praktikantlarının, sərbəst olaraq işə buraxılması üçün, fəhlə pe­şələri üzrə müvafiq vəsiqələri olmalıdır.

  • Əsas peşələrin fəhlələri, tələb olunan səviyyədə öy­rə­dil­­dikdən, iş yerində təcrübə keçdikdən, bilikləri yoxlanıldıqdan, is­tehsalat təlimi keçdikdən sonra və müəyyən işlərin yerinə ye­ti­ril­məsi hüququnu verən vəsiqəsi olduqda onlara sərbəst işləməyə ica­zə verilir.

  • Kompleks briqadaların işçilərinin (işin xüsusiyyətinə gö­rə bir neçə peşə üzrə iş görən) müvafiq ixtisasları (kvali­fi­ka­si­ya­sı) olmalı və həmçinin əsas və əlavə (əvəzçi) peşələr üzrə icazəsi ol­malıdır.

  • Müəssisənin işçiləri fərdi mühafizə vasitələrindən (FMV) təyinatı üzrə düzgün istifadə etməyi bacarmalı, həyəcan siq­nalları üzrə hərəkət (davranış) qaydalarını bilməli və bədbəxt ha­disələr zamanı xəsarətalanlara həkiməqədər ilk yardım etmə­yin üsul və qaydalarını mükəmməl bilməli və onları tətbiq etməyi ba­carmalıdır.

  • Işçilərin təhlükəsiz iş görülməsinə dair biliklərinin yoxlanılması hər il keçirilməlidir.

  • Yeni texnika, texnologiya, avadanlıq və ya təh­lü­kə­siz­lik texnikası qaydaları tətbiq edildikdə, həmçinin xəsarətalmaya sə­bəb olmuş və ya olmamış fövqəladə hadisə baş verdikdə mü­va­fiq işçilərə təhlükəsizlik texnikası üzrə növbədənkənar təlimat ke­çirildikdən sonra onların bilikləri yoxlanılmalıdır. Bu haqda mü­va­fiq жurnalda qeydlər aparılmalıdır.

  • Müəssisələrdə işçilər vaxtaşırı olaraq (Azərbaycan Res­publikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müd­dətdə) yerinə yetirdikləri işlər və peşələr nəzərə alınmaqla tib­­bi müayinədən keçməlidirlər.

  • Elektrik qurğuları və avadanlıqlarına xidmət edən iş­çilər «Istehlakçıların elektrik qurğularının texniki istismar Qay­da­ları»nda və «Istehlakçıların elektrik qurğularının istis­ma­rın­da təhlükəsizlik texnikası Qaydaları»nda nəzərdə tutulmuş həcmdə və müddətdə təlimatlandırılır və onların bilikləri yox­la­nı­lır.

  • Elektrotexnoloжi qurğulara xidmət edən və elekt­rik­ləş­dirilmiş aqreqatları işə salan və açan (dayandıran) və həm­çi­nin elektrik alətləri ilə işləyən işçilər təhlükəsizlik texnikasına dair müvafiq təlimat keçməli və onların elektrik təhlükəsizliyi üz­rə ən azı II qrupu olmalıdır.

  • Köməkçi avadanlıqların (transformatorlar, tezliyi də­yi­şən­lər, mühafizə-açıcı quruluşları və s.) şəbəkəyə qoşulmasını və açıl­masını qrupu III-dən az olmayan elektrotexniki heyət yerinə ye­tirməlidir.

  • Qazanxanalara, yükqaldırıcı kranlara, təzyiq altın­da işləyən qablara və digər spesifik avadanlıq və qurğulara xid­mət edən işçilər müvafiq Qaydaların tələblərində nəzərdə tutul­du­ğu həcmdə və müddətdə təlimatlandırılır və bilikləri yox­lanı­lır.

  • Neft, qaz və qaz - kondensat quyularının qazılması və istismarı, layihələndirilməsi və tikintisi, neft, qaz və qaz - kon­den­satın nəqli və saxlanılması ilə məşğul olan müəssisələrin və həm­çinin yardımçı müəssisələrin rəhbərlərinin və mühəndis-tex­ni­ki işçilərinin bu Qaydaların və bununla yanaşı müvafiq nor­ma­tiv sənədlərin tələblərini bilmələrinə dair bilikləri yoxla­nıl­ma­lıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə