Суал Мяшял системинин истисмары


Суал-84: Чяпярляр (юртцкляр, сипярляр)



Yüklə 1,66 Mb.
səhifə99/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   95   96   97   98   99   100   101   102   ...   138
sual cavablar (3)

Суал-84: Чяпярляр (юртцкляр, сипярляр)

Ъаваб:

  • Avadanlıqların, aparatların, mexanizmlərin və alət­lə­rin açıq hərəkət edən və fırlanan hissələri çəpərlənməli və ya ör­tük­lə bağlanmalıdır. Belə avadanlıqlar çəpər olmadıqda və ya açıq olduqda onların işə düşməsinin qarşısını alan bloklayıcı sis­tem­lə təchiz edilməlidirlər.

  • Çəpər tez yığıla bilən və quraşdırma üçün rahat ol­ma­lıdır.

  • Çəpərin və ya örtüyün konstruksiyası və bər­ki­dil­mə­si işçilərin təhlükəli hissələrə təsadüfən toxunmasını istisna et­məlidir.

  • Ionlaşdırıcı şüalanma mənbəyi olan avadanlıq və ar­matur 124-ün tələblərinə müvafiq mühafizə ekranı ilə təchiz edil­məlidir.

  • Neftqazçıxarma obyektlərinin bütün potensial təh­lü­kəli yerlərində (açıq tutumlar, transmissiyalar və s.), oraya bü­tün istiqamətlərdən yolu bağlayan çəpərlər olmalıdır.

  • Çəpərin qapısının açılmasını və ya onun götürülməsini ava­dan­lıq və ya mexanizm tam dayandıqdan sonra etmək olar. Ava­dan­lığın və ya mexanizmin işə salınmasına yalnız çəpər yerinə qo­yulduqdan və onun bütün sökülüb-yığılan hissələri etibarlı bər­kidildikdən sonra icazə verilir.

  • Məhəccərli çəpərin hündürlüyü 1,25m-dən (intiqalı kə­mərdən olan avadanlıqlar üçün 1,5m-dən) az olmamalı, çə­pə­rin aşağı kəmərinin (zolağının) hündürlüyü 0,15m olmalı, ayrı-ay­rı kəmərlər (zolaqlar) arasındakı məsafə 0,40m-dən, dirəklər ara­sındakı məsafə isə 2,5m-dən artıq olmamalıdır.

  • Kəmər intiqallı avadanlıqlarda məhəccərli çəpərlər tətbiq edi­lərkən, intiqal kəməri qırılan zaman yaranacaq təhlükənin qar­şısını almaq məqsədilə hər iki qasnağın (şkiv) xarici tərəfində me­tal sipərlər quraşdırılmalıdır.

  • Əgər təhlükəli zonadan 0,35m-dən artıq məsafədə çəpər qoy­maq mümkündürsə, onda avadanlıq və mexanizmlərin hə­rə­kət edən hissələrinə girişi bağlamaq üçün məhəccərli çəpərdən is­ti­fadə etməyə icazə verilir.

  • Avadanlıqların hərəkət edən elementlərinin tor­şə­kil­li çəpərinin hündürlüyü 1,8m-dən az olmamalıdır. Hündürlüyü 1,8m-dən az olan mexanizmlər tam olaraq (üstdən də) çə­pər­lən­mə­lidir. Torun gözcüklərinin ölçüləri 30x30mm-dən artıq, məf­ti­li­nin diametri isə 2 mm-dən az olmamalıdır. Torşəkilli çəpərin me­tal çərçivəsi (karkası) olmalıdır.

  • Kənarı, hərəkət edən və yaxud fırlanan detallardan 0,1 m aşağı və döşəmənin səviyyəsindən 0,5 m yuxarı olarsa, aşa­ğı hissəsi açıq olan örtüklərdən istifadə etməyə icazə verilir.

  • Qayış ötürməsinin çəpərinin hündürlüyü 1,5 m-dən az olmamalı və hər iki qasnağın xarici tərəfdən metal sipərləri ol­malıdır.

  • Tez-tez nəzərdən keçirilməsi və xidmət göstərilməsi tə­ləb olunan bəndlərin sökülə bilən çəpərləri və ya tezçıxarıla bi­lən lyukları olmalıdır.

  • Dişli və zəncirli ötürmələr rahat yığılıb-sökülən, çı­xa­rılan hissələri və tərtibatları olan bütöv metal sipərlərlə (ör­tük­lər­lə) örtülməlidirlər.

  • Mexanizmlərin və aqreqatların hərəkət edən hissə­lə­rinin çıxıntılı detalları (o cümlədən valların işgilləri) və hərəkət edən birləşmələr bütün hərəkətləri boyu örtüklə bağlan­malı­dırlar




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə