Суал Мяшял системинин истисмары



Yüklə 1,66 Mb.
səhifə102/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   98   99   100   101   102   103   104   105   ...   138
sual cavablar (3)

buldozerlər

Ъаваб:

  • Quyuların mənimsənilməsi, əsaslı və cari təmiri üçün qur­ğular və traktor-qaldırıcılar təhlükəsiz şpil makarası (şpi­le­va­ya katuşka) ilə təchiz olunmalıdırlar. Makara olmadıqda valın ucu örtüklə bağlanmalıdır. Traktor-qaldırıcı səs siqnalı ilə, sü­rü­cü­nün arxa tərəfindəki pəncərə şəbəkə və dayaqlarla təchiz olun­ma­lıdır.

  • Traktorlarda gecə vaxtı işləmək üçün arxa və qabaq işıq­landırıcı fənərlər olmalıdır.

  • Traktorçu traktor-qaldırıcını yerindən hərəkət et­dir­məyə başlamazdan əvvəl, onun hərəkət yolunda adamların ol­ma­masına və kənar əşyalara ilişmədiyinə əmin olmalıdır. Trak­tor–qaldırıcı hərəkətə gətirilməzdən əvvəl səs siqnalı ilə ətraf­da­kı­lar xəbərdar edilməlidir.

  • Qış vaxtı traktorun yana sürüşməsinin qarşısını al­maq üçün onun tırtıllarında xüsusi tərtibatlar qoyulmalıdır.

  • Traktorların kabinəsinin baxış pəncərələri traktor­çu­nu yaxşı görünmə ilə təmin etməli və şüşətəmizləyəni olmalıdır. Traktor- qaldırıcıların kabinəsində qabaq, yan və arxa pəncərə­lər­dən savayı üstündə də baxış pəncərəsi olmalıdır. Traktor- dar­tı­cının kabinəsinin arxa pəncərəsi, həmçinin traktor-qaldırıcının ar­xa və yuxarı pəncərələri dəmir barmaqlıqlarla mühafizə olun­ma­lıdır.

  • Traktor- qaldırıcı işə başlamazdan əvvəl mühərrikin və qaldırıcı bucurqadın işi yoxlanılmalıdır.

  • Bu zaman əsas diqqət əyləc sisteminin və traktorun işlək his­səsinin sazlığına yetirilməlidir.

  • Yanacaq-sürtgü materiallarının ehtiyat tutumları trak­tor- qaldırıcının dayandığı yerdən 20m-dən az olmayan mə­sa­fədə yerləşdirilməlidir.

  • Traktor -qaldırıcının işlənmiş qazlar borusu səs bo­ğu­cu və qığılcımsöndürücü ilə təchiz edilməli və yuxarıya elə qal­dı­rıl­malıdır ki, işlənmiş qazlar kabinəyə daxil olmasın.

  • Ekskavator dağın döşü ilə (yamacla) hərəkət edən za­man onun aşmasının qarşısını almaq üçün hərəkət marşrutu düz­lənməlidir.

  • Qazmağa başlamazdan əvvəl ekskavator əvvəlcədən ha­zır­lan­mış hamar meydançaya qoyulmalı və onun tırtılları (çarxları) əy­ləclənməlidir.

  • Iş vaxtı, çalov (kovş) qruntdan çıxarılmayana qədər plat­formanın döndərilməsi, həmçinin ilməklərin köməyi ilə yan­da yerləşmiş yükün dartılması qadağandır.

  • Əgər ekskavatorun idarəetmə banının arxa divarı ilə xən­dəyin yanı və ya tikili arasındakı məsafə qolun istənilən və­ziy­­yətində 1 m-dən az olarsa, ekskavatorda işlər dayan­dırıl­malıdır.

  • Ekskavator işləyən zaman qazıntı aparılan tərəfdə hər hansı başqa işlərin yerinə yetirilməsinə və ekskavatorun hə­rə­kət radiusu üstəgəl 5 m məsafədə adamların olmasına icazə ve­rilmir.

  • Ekskavatorla qrunt yük avtomaşınına yüklənən za­man qrunt sürücünün kabinəsinin üstündən deyil, yalnız yan və arxa tərəfdən verilməlidir.

  • Ekskavator işləyən zaman adamların (sürücünün) yük av­to­ma­şınının kabinəsində, yaxud avtomaşınla ekskavatorun ara­sın­da olmaları qadağandır.

  • Ekskavator dayandırılan zaman qolu ekskavatorun oxu boyunca yerləşdirilməli, çalovu (kovşu) isə yerə endiril­mə­lidir. Ekskavatorçu qruntla dolu çalov (kovşun) yuxarı qaldı­rıl­mış vəziyyətdə olduqda ekskavatordan düşməməlidir.

  • Tikinti meydançası hüdudları daxilində, eks­ka­va­to­run hərəkət etdiyi yol əvvəlcədən düzləndirilməli, zəif qruntlarda isə inventar sipərlərlə möhkəmləndirilməlidir.

  • Birçalovlu ekskavatorun hərəkəti zamanı onun qolunu mütləq hərəkət istiqamətində qoymalı, çalovu isə yerdən 0,5-0,7 m qaldırmalı.

  • Ekskavatorun yüklənmiş çalovla hərəkət etməsi qa­da­ğandır.

  • Tırtıllı ekskavatorun körpülərin, kə­si­şən yolların üstündən salınan körpülərin və s. üzəri ilə hərəkət et­mə­sinə yalnız müvafiq təşkilatlardan icazə alındıqdan sonra yol verilir.

  • Ekskavatorun kiçik çayların dayaz yerlərində hə­rə­kət etdirilməsi məsul iş rəhbərinin hərəkət yolunu yoxlama­sın­dan sonra, onun icazəsi ilə yerinə yetirilməlidir.

  • Ekskavator işləyən zaman aşağıdakılara əməl edil­mə­lidir:

-xəndəyin kənarında çalovlu qolun təhlükəli hərəkət zo­na­sında olmamalı;

-ekskavatorçunun siqnalını izləməli;

-ekskavator qruntun dağılma (uçma) prizması hüdud­ların­da işləyən zaman xəndəyin kənarına yaxınlaşmamalı.


  • Xəndəyin qazılması üzrə işlərin müvəqqəti dayan­dı­rıl­ması və ya ekskavatorun təmiri zamanı, çalov qal­dı­rıl­malı, ekskavator isə xəndəyin qırağından 2 m-dən az ol­ma­ya­raq, dağılma prizması zonası hüdudlarından kənarda dayan­dı­rıl­­ma­lıdır. Bu zaman ekskavator əyləclənməli, tırtılların (çarx­ların) al­tı­na dayaq (altlıq) qoyulmalıdır.

  • Buldozeri dayandıran zaman, onun laydırını yerə en­dirmədən buldozerçinin buldozeri tərk etməsi qadağandır.

  • Xəndəyin doldurulması zamanı, buldozerin xəndəyə sü­rüşüb düşməsinin qarşısını almaq üçün laydırın xəndəyin kə­na­rı ilə hərəkətinə yol verilməməlidir.

  • Buldozerin sürüşməsinə və maşının aşmasına imkan ver­məmək üçün onun yağışlı havada gilli qruntlarda işləməsinə ica­zə verilmir.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə