Siz sabah gündüz saat birdə Vaxtanqov küçəsi 12a ünvanına
gəlin, bizim məktəbimiz oradadır. Mən bayıra çıxaram.
Bütün səhərisi günü xatırlayırdım ki, görüşüm var. Gö-
rüş yox, - belə deyək, - tanışlığın davamı. Bununla belə,
naməlum oğlanın gözəl olmayan siması (mənə belə gəlirdi)
başımdan çıxmırdı.
Saat birdə yerə kimi uzanan məşq ətəyində Şukin mək-
təbinin geniş uzunsov artırmasına çıxdım. Mən özümü səh-
nədəki kimi hiss edirdim. Bahar küləyi saçlarımı və geniş
qaraçı ətəyimi yelləyirdi. “Xalq artisti pərəstişkarına güzəş-
tə gedir” – yağlı boya ilə şəklim çəkilsəydi, belə adlanar-
dı. Amma “pərəstişkar”ın nədənsə əlində çiçəklər yox idi.
Məyusluğumu gizləməyə çalışdım və buna görə də birinci
dilləndim:
- Cavan oğlan, yanıma gəlin.
O gülümsədi:
- Doğrudan da, biz axı teatrda tanış olmadıq. Mənim
adım Alekseydir.
Donub qaldım.
Hələ uşaqlıqdan, altı yaşımdan Alyoşa kişi adını sevir-
dim. O vaxtlar ata-Çuxrayın “Əsgər haqqında ballada” filmi
çıxmışdı. Filmdə Alyoşa Skvartsov rolunu yaraşıqlı Vladi-
mir İvaşov oynayırdı. Sonralar Peçorin rolunu da oynayan
İvaşov Svetlana Svetliçnayanın əri idi. Zərif Alyoşa adına
vurğunluğum uşaq andıma çevrilmişdi: böyüyəndə ərim
hökmən Alyoşa olacaq. İşə bax, o vaxta kimi həyatımda bir
nəfər də Alyoşa olmamışdı. Və birdən – birə bu, gözəl olma-
yan, çiçəklərsiz Alyoşa qarşıma çıxmışdı.
Biz “Çarodeyka”ya qəhvə içməyə yollandıq və vaxtın
necə keçdiyini duymadıq. Həm o, həm də mən dərsə qayıt-
malı idik. Danışdıq ki, saat 19-da Qoqolun heykəli yaxınlı-
ğında görüşək.
16
TALEYÜKLÜ 45 SANİYƏ
Tərslikdən bu axşam işim çox idi. “Mosfilm”ə gedərək
fotolarımı verməli idim. Mən nəhayət, aktyor kimi qeydə
alınmışdım.
Bir sözlə, vaxtında çatmalı olduğum görüşə yaman ge-
cikirdim. Köhnə Arbatla mənə doğru gələn insanların ara-
sından sivişib keçir, maşın və trolleybusların sədlərini dəf
edirdim. Arbat o vaxt piyada zonası deyildi, kifayət qədər
gur, ikitərəfli hərəkətin olduğu küçə idi.
Qoqolun heykəlinin yaxınlığına çatanda saatın əqrəblə-
ri səkkizə on beş dəqiqə qaldığını göstərirdi.
Uzun, açıq qəhvəyi rəngli plaşda, amma əllərində bu
dəfə çiçək tutan Aleksey arxası mənə dayanmışdı və saa-
tına baxırdı. Mən əks tərəfdən ona yaxınlaşmışdım. Artıq
getməyə hazırlaşdığını gördüm.
Sonra mənə danışdığı kimi, böyük, dəyirmi şəhər saatı-
nın əqrəbləri səkkizə on beş dəqiqə qaldığını göstərdikdə
getməyə söz veribmiş. Mən məhz bu son saniyələrdə onun
yanına qaçdım.
- Mən getməyə hazırlaşırdım, - tam səmimi dedi.
- Bağışla, mən gecikdim, amma gecikmək istəmirdim, -
mən də səmimi etiraf etdim.
- Sən mənə bir öpüş borclusan.
- Ola bilsin, nə vaxtsa borcumu qaytardım.
Mən artıq şıltaqlıq edirdim və anlayırdım ki, o, in-
ciməyəcək.
- Bilirsən, bizim məktəbdə tezliklə tamaşa olacaq. Fran-
sız gecəsi. Səni dəvət edirəm. Mən Rasinin “Horasi” faciə-
sində Sabinanın monoloqunu deyəcəyəm. “Je suis romai-
ne, helas, puisque Horace est romain, J’en ai reçu ce titre
En recevant sa main”. “Romada vətənimi unutsaydım, iz-
divac mənim üçün sərt qul həyatı olardı”, - deyə davam
etdim.
17
Tallin. Köhnə şəhər. 1973-cü il. O, hələ hiss etməyib,
mən isə bilirəm ki, biz tezliklə evlənəcəyik.
Öz taleyimlə teatrda qarşılaşdım. Bu başqa harada ola bilərdi ki?
18
- Fransızca daha nə bilirsən?-gülümsəyərək Alyoşa
məndən soruşdu.
- Al, daha sadə:
Adele est malade.
Sa mere est la,
Elle est triste,
Elle aime Adele.
Bu uşaq şeiri tərcümədə belə səslənir: “ Adel xəstədir,
anası yanındadır, o, qəmlidir, Adeli sevir”. Ola bilsin ki,
bu şeir sadə olardı, əgər onu mən – teatr institutunun tələ-
bəsi deməsəydim. Mən təntənə və kədərlə dedim. Elə çıxdı
ki, Adel ölümcül xəstədir. Anası da ona görə kədərlidir
ki, qızının ölüm ayağında olduğunu bilir. Və qızını bütün
hüznlü qəlbi ilə sevir.
Bununla belə, gələcək ərim mənə qulaq asaraq əylənir-
di. Nə qəmlənir, nə kədərlənirdi, mənim fransızcam da
onu heyran etmirdi!
- Yaxşı, - sevincək dilləndi. – Mən də sənə fransızca şeir
və öz tərcümələrimi oxuyum.
Və Pol Elyuardan başladı.
Dərhal anladım ki, onun fransızcası bizimkindən fərq-
lidir. Musiqi məktəbinin şagirdi peşəkarın ifasını bu cür
duyur. Oğlan uşaqları futbol meydançasına bir dəqiqəliyə
ustad futbolçu çıxanda heyranlıqdan belə donub qalırlar.
Mən dərhal vuruldum. Əsası odur ki, o, məni əhatə
edən bütün gənclərdən fərqli idi. Mənim əsas vəzifəm öz
ani vurğunluğumu göstərməmək, gizləmək oldu.
Amma mənə meydan oxunurdu. Onun altı il ərzində
valideynlərilə birgə yaşadığı Parisdən gətirdiyi qüsursuz
fransızcasına mən mahnı ilə cavab verməyi qərara aldım.
- Bəli, mənim fransızcam pisdir, - dedim. – Amma bi-
rincisi, mən onun ideal olduğunu iddia etmirəm. Elə sən
də onu dinləmək üçün birinci sırada oturmağa pul ödəmə-
misən. Gəl, sənə qədim rus toy mahnısı oxuyum.
Mahnı onu heyran etdi. Az öncə, onun fransızcası məni
belə heyran etmişdi. Həmin görüşdə biz artıq teatrdan Pol
Elyuarın şeirlərinə kimi hər şeydən danışdıq. Ayrılmaz-
dan öncə isə özüm üçün də gözlənilmədən dedim:
- Alyoşa... siz təəssüf ki, mənim ərim olacaqsınız...
- Nə danışırsan, ağlın çaşıb? – mənə, romantik qıza ca-
vabı belə oldu.
- Bəs nə üçün dərhal “sən” deyə müraciət edirsiniz? –
özümdən çıxdım.
- Bəs sən? Nəyə görə təəssüflə?
- Çünki siz qətiyyən yaraşıqlı deyilsiniz. Mən elə bilir-
dim ki, ərim çox qəşəng olacaq, - qəsdən onu acıqlandırır-
dım.
Amma o, acıqlanmadı. Sanki hər ikimiz bütün bu mə-
nasız öcəşmələrdən həzz alırdıq.
Nikahlar doğrudan da göylərdə kəsilir. Həmin isti ap-
rel gecəsində, iyirmi yaşımın tamam olmasına bir neçə
gün qalmış yuxarıda, səmada bizim də ittifaqımız baş tut-
du. Hərçənd yer üzündə bizim toyumuza hələ çətin iki il
yarım qalırdı. Nağılvari Tallində, payızda, köhnə şəhərdə
biz necəsə təsadüfən bizim küçəmizə - məhəbbət küçəsinə
çıxdıq... Yayda dənizin, yağışdan sonra iynəyarpaqlı şam-
ların ətri gələn Yurmalaya səfərlərimiz oldu... Mübahisə
və ayrılıqlar da oldu. Həmişəlik ayrılıqlar, boşluqla dol-
durulmuş tənhalıq ayları, sonra isə bizim və yalnız bizim
Məhəbbət Küçəmizdə elə o cür yenidən əbədi birləşmələr.
Dostları ilə paylaş: |