292
Budur, o danışır ki, əri daşınmaz əmlak satışı biznesi ilə
məşğul olub, sonra daşınmaz əmlak bazarı iflas edib və o,
maliyyə konsaltinqi ilə pul qazanmalı olub.
Müxbir qız uyğunsuzluğu hiss edərək dərhal sual edir:
- Yəni, öz biznesində iflasa uğrayanlar, konsaltinqlə məş-
ğul olur və başqalarına məsləhət verir?
Xakamada pərt olmadan soyuqqanlılıqla cavab verir:
- Əgər bu mənə aiddirsə, yaxşı fitnəkarlıqdır, amma gəlin
işdən danışaq.
Onun işi necə yaşamaq haqqında ustad dərsləri oldu. O,
qadınlara necə yaşamağı, necə ailə qurmağı, kişilərlə necə
münasibət qurmağı öyrədir.
Müxbir qızın sualı:
- Sizin həyatınızda kişi hansı yeri tutur?
Cavab verir:
- İkinci.
Müsahibədən fraqmenti tam vermək istəyirəm.
Müxbir: - Sonra?
İ.: - Mənim özümü reallaşdırmamdan sonra. Mən özüm,
kişi, uşaqlar və s. Axı kişilərdə də belədir. Qadın bütün hal-
larda ikinci yerdədir. Məndə də həmin sirrdir – özünü daha
artıq sevmək, nəinki karyeranı,
şəxsi uğuru, kişiləri və s.
Müxbir: - Bəs neçə əriniz olub:
İ.: - Bu dördüncüdür.
Bununla bağlı yadıma Brejnev dövründə çox tez-tez danı-
şılan bir əhvalat düşdü. Olmuş əhvalatdır.
Leonid İliçin çox gözəl saçları tökülməyə başlayanda,
dazlaşmaqdan qorxduğundan, bu məsələ ilə bağlı ən yaxşı
mütəxəssisləri tapmağı əmr edir.
Sovet İttifaqından bütün başbilənlər gəlirlər. O, mütəxəs-
sislərin gözlədiyi istirahət otağına girir və birdən görür ki,
onların hamısı ya keçəldir, ya da seyrək saçları var. O, çaşqın
halda deyir - “Bə-ə-ə-li”. “Yoldaşları çaya qonaq edin”, -
köməkçilərinə deyir və otaqdan çıxır.
Müasirlərinin qocalıq marazmı ilə ittiham etdikləri əziz
Leonid İliç keçəlin başda saç saxlamağı öyrədə bilməyəcə-
294
KİŞİ VƏ QADIN:
MƏHƏBBƏT, YOXSA MÜQAVİLƏ
ƏSASINDA?
Bir dəfə məni “Qovorit Moskva” radiostansiyasına dəvət et-
dilər. Verilişin mövzusu belə idi: “Nikahı necə qorumaq olar?”.
İki kişi – psixoloq, “İfritəşünaslıq və cazibə məktəbi” mərkəzi-
nin direktoru və veriliş müəllifi ilə polemikaya girməli oldum.
Söhbət maraqlı alındı, amma İnternetdə nədənsə tam yer-
ləşdirilməyib.
Əvvəlcə elə bildim ki, bu, sadəcə təsadüfdür, amma son-
ra anladım ki, hər bir təsadüf qanunauyğunluğu əks etdirir.
Mənə göründüyü kimi, sonuncu passajın (aşağıda onu tama-
milə verəcəyəm) olmaması çox şeyi izah edir. Beləliklə, “Qo-
vorit Moskva”.
- Bizim bugünkü verilişimizin mövzusu belədir: “Ər-evdar
qadın, arvad – üçü birində: ev qulluqçusu, dayə və seks maşı-
nı. Nigahı necə qorumalı?”
İqor İqorevin qonağı aktrisa, ssenarist, prodüser, Aleksey
Puşkovun (TV-Sentr) həyat yoldaşı Nina Puşkova; psixoloq,
“Rakovski psixoloji mərkəzinin” direktoru Vladimir Rakovski.
İqor İvanov: - Ev təsərrüfatı, uşaqların tərbiyəsi ilə istisnasız
olaraq qadınların məşğul olmasına hamı adət edib. Belə qəbul
edilib, bizim nənələrimiz, analarımız belə yaşayıblar. İndiki
dövrdə də ailələrin əksəriyyəti belə yaşayır. Amma həyat şəra-
iti tamamilə müxtəlif ola bilər. Elə ailələr var ki, əsas “mamont
ovçusu” qadındır. Bu ailələrdə evin, əgər varsa, uşaqların qay-
ğısını kişi öz üzərinə götürür. Bəziləri hiddətlənirlər: “Necə
ola bilər? Nə üçün kişi evdə oturur, borş bişirir, ah, dəhşət,
televizora baxır?!” Amma bəzi cəmiyyətlərdə müəyyən sayda
insanlar var ki, belə vəziyyət onları qane edir. Kişi evdə uşaq-
larla oturur, ev təsərrüfatı ilə məşğul olur, qadın isə işləyir.
Bu, müqavilə əsasındadır. Bu gün elə bu barədə danışacağıq:
“Evdar kişi, qadın isə üçü birində: ev qulluqçusu, dayə və
seks-maşın nə deməkdir?” Necə bilirsiniz, bizim belə ənənəvi-