27
Piri kişi Qaraca qızın başını sığallayıb başladı:
-
Qızım, biri var imiş, biri yox imiş, Bir padşah var imiş. Bu
padşahın dünyada övladsızlıqdan başqa bir qəm və qüssəsi yox
imiş...
-
Baba,
bən ölsəm, ağlarmısan?
-
Allah eləməsin, qızım, öləsən, neyçün öləsən?
-
Baba, bən ölsəm, bəni o göy təpədə basdırınız! Oranı bən
çox sevirəm: Oradan hər yer görünür; orada hər cür çiçək bitir.
İmdi o çiçəklərin hamısı solmuşdur. Biz bu gün orada oynayırdıq.
-
Sən neyçün ölürsən, qızım? Sən yaşayıb, bən qoca babanı o
dediyin təpədə basdıracaqsan; Sonra böyükləşib ora gedəcəksən,
uşaqların olacadır! Sonra bənim kibi qocalıb qarı olacaqsan!
Nəvələrinə vəsiyyət edəcəksən ki, bəni göy təpədə Piri babanın
yanında basdırınız. İmdi, qulq as. Qızım, nağılın dalını söyləyim!
Bir günü bu padşah öz arvadı ilə eyvanda əyləşdiyi zaman
bir dərviş orada hazır olub dedi:
-
Ey padşahi-dövran! Bilirəm, sizi qəmgin edən nədir? Bu
əlimdəki almanı görürsünüzmü? Bunu ortasından tən böl, yarısını
özün ye və yarısını arvadın! Sizdən bir oğlan dünyaya gələcəkdir.
Onun adını Məlik Məmməd qoyarsınız! O, bu alma parası kibi,
yarı sənə, yarı arvadına oxşayacaqdır! Bunu deyib dərviş almanı
padşaha atdı və özü də yox oldu...
Piri kişi gördü ki, Qaraca qız yuxuya getmişdir, ona görə də
nağılını kəsdi və özü də yerinə girib rahat oldu.
“Zərafət” kitabında bu hissə dəyişdirilərək finala əlavə
edilmişdir:
Piri kişi Qaraca qızı soyundurub rahət etdi. Ona tez-tez ayran
verirdi. Lakin yaranı sorduqda zəhər tüpürcək vasitəsilə Qaraca
qızın bədəninə yerimişdi. Bununla belə, Piri baba Qaraca qızdan
ümidini kəsməmişdi. Lakin öz canını özgə uğrunda fəda etmiş
qızcığazın vəqti tamam idi.
-
Baba, mən ölsəm, məni o bağmızın yanındakı göy təpədə
basdırınız. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Orada
hər cür çiçək var.