18
“Qaraca qız” əsərinin müəllifin özü tərəfindən sovet haki-
miyyəti illərində dəyişdirilməsi faktlarla öz təsdiqini tapır. Biz isə
bunu iki mühüm mərhələdə müşahidə edirik (1927, 1934-cü
illərdə). Müəllif ilk “təshihi” zamanı bir sıra bədii detalları, moti-
vasiyaları saxlamağa cəhd etmişdirsə də, ikinci dəfə bunları da
“təmizləmək” məcburiyyətində qalmışdır. Bu məqamları nəzərdən
keçirdikcə belə qənaətə gəlirik ki, əsərin dəyişdirilməsi müəllifin
öz iradəsi daxilində olmayıb, siyasi-idealoji aparatın təhriki ilə
həyata keçirilib.
Qarşılaşa biləcəyimiz suala ən tutarlı cavabımız isə əsərin
sovet hakimiyyətindən öncə 1913-cü ildə Süleyman Sani
Axundovun “Məktəb” jurnalında ilk yazdığı orijinal formada dərc
etdirməsidir. Əgər əsərin orijinalı yalnız əlyazması şəklində
olsaydı və öncə də işıq üzü görməsəydi, o zaman bu kimi sualların
cavabını vermək çoxistiqamətli və geniş müzakirələr tələb edərdi.
İlkin mənbəyə istinad olunmuş ciddi araşdırmalar nəticəsin-
də belə bir qənaətə gəlirik ki, Azərbaycan uşaq ədəbiyyatının qızıl
fonduna daxil olan “Qaraca qız” əsəri bu gün də öz aktuallığını,
əhəmiyyətini itirmədiyindən onun ilkin variantını orijinal kimi
tanıyaraq bərpa etməklə orta məktəbdə tədris edilməsi məqsədəuy-
ğundur. “Qaraca qız” əsəri bundan sonra uşaq ədəbiyyatı tarixçiləri
tərəfindən gecikdirilmədən ilkin variantı əsasında təhlilə cəlb olu-
narsa, tədris proqramlarına daxil edilmək kimi mühüm problemin
həlli istiqamətində daha bir ciddi addım atılmış olar.
Könül Nəhmətova
filologiya üzrə fəlsəfə doktoru
19
S.S.AXUNDOVUN “QARACA QIZ” POVESTININ ÜÇ
ÇAP NÜSXƏSI ARASINDAKI FƏRQLƏR
“Qaraca qız” əsərinin proloqu (“Məktəb”, 1913, №1).
1927-ci ildə “Zərafət” hekayələr kitabında əsərdən çıxarılıb:
Axşam çay süfrəsində əyləşən zaman Hacı Səməd qızı Fatimə-
nin başını sığallayıb dedi:
-
Qızım, söylə görək məktəbdən nə tazə xəbər gətirmisən?
Fatimə:
-
Ata, bu gün dərs arasında həyətdə dəstə-dəstə olub qar ilə
oynayırdıq. Gövhər, Zeynəb və Səltənət bir dəstə olub, qardan
adam yapırdıq. Nabat da istədi biz ilə oynasın, mən razı oldum,
amma yoldaşlarım razı olmadı. Nabat çox çirkin və gözləri də çəp
olmağa görə heç kəs onun ilə dostluq etmiyordu; ələlxüsus,
Gövhər onu sevmiyordu. Nabat kənarda durub bizə məzlum-
məzlum baxıyordu. Birdən Gövhərin ayağı sürüşüb yerə yıxıldı və
başı daşa dəyib qanadı. Bunu görcək hamıdan tez Nabat Gövhəri
qucaqlayıb gözləri yaşlı dedi:
-
Ağlama, bacım, qoxma, heç zad olmaz.
Gövhər bunu görüb dedi:
-
Ah, sən nə gözəl yoldaşmışsan! Mən bilməmişəm, əfv et!
Bunu deyib Nabatı qucaqladı və öpdü. Bu ittifaq bizə çox artıq
təsir etdi.
Hacı Səməd dedi:
-
Qızım, insanın zahirinə baxma, batininə bax! Türkdə bir
məsəl var, deyərlər ki, “Ətə baxma, dona baxma, içindəki cana
bax!” İndi Qaraca qızın hekayəsini söylərəm, özün görərsən. Ata-
larından bunu eşitcək bacı və qardaş sevinə-sevinə nağıla müntəzir
dayandılar. Hacı Səməd ruznaməni yerə qoyub çeşməyi gözlə-
rindən çıxartdı və başladı:...”
“Məktəb” jurnalında var. 1927-ci ildə saxlıanılıb, 1934-
cü ildə “Qaraca qız” kitabından çıxarılıb:
“Bilirdi ki, bu görünən kənd erməni kəndidir və Yusif də
oraya içməyə gedir.”
20
“Məktəb” jurnalında var. 1927-ci ildə seçilmiĢ cümlə
çıxarılıb:
Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb
ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. Hüseynqulu
ağa Qaraca qızı qaldırıb qucağına aldı. O, zəif bir hal ilə
gözlərini açdı; lakin harada olduğunu anlamadı.
“Məktəb” jurnalında yoxdur. 1927-ci ildə əsərə artırılıb:
“Səlim bəy qıza diqqətlə baxıb dedi:
-
Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan
Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona
nə qədər pul və xələt vəd etdimsə də, bu qızı mənə satmadı, imdi
yaxşı əlimə düşübdür. Siz öləsiniz, gündə qonaqlıq edib sizə böyük
kef verəcəyəm.
Hüseynqulu ağa bunu eşitdikdə dedi:
-
Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan, qız
mənə çatar, çünki mənim köpəyim tapmışdır.
-
Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:
-
Hüseynqulu ağa, özün yaxşı bilirsən ki, arvadın Pəricahan
xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs edirsən?
-
Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan
əlavə, qızı Piri kişiyə verəcəyəm ki, o saxlasın.
Bəylər buna razı oldular.”
1927-ci ildə dəyiĢdirilib:
“ Məktəb” jurnalında:
Hüseynqulu ağa qırx yaşında böyük bir mülkədar idi. On üç
yaşında ikən atası Megdi ağa onu bir növ ilə edadi “realni” mək-
təbinə qoya bilmişdi; amma Hüseynqulu ağanın fikri həmişə at
binmədə, ava çıxmada olub, oxumaq ilə əsla arası yox idi. Hər il o
sinifdə, bu sinifdə qala-qala bir növ ilə dördüncü sinfə çıxa
bilmişdi. Daha bundan yuxarı bir sinfə keçə bilməyib məktəbdən
xaric oldu. Atası bu işə çox da qəmgin olmadı, çünki onun çox
dövləti və varı var idi. Edadi məktəbini qurtarandan sonra atası
oğlunu oxutmaq fikrində yox idi. Mehdi ağanın Hüsenqulu ağadan
başqa bir oğlu yox idi. Hüseynqulu ağa oxumağa fikir verməyir
idisə də, çöl işlərində çox qoçaq idi; odur ki, atası onu daha
oxutmaq fikrində olmayıb çöl işlərinə onu mühəvvəl etdi.
Dostları ilə paylaş: |