14
Avropa adətlərini götürüb öz milli adətləri xoşuna gəlməyirdi.
Hətta öz ana dilindən öylə ikrah etmişdi ki, bu dil ilə danışmaq da
istəməyirdi və labüd qalıb danışanda da yarı rus, yarı türki kəlimə-
lərini qarışdırıb danışmaqla qulaq asanları özünə güldürürdü.
Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz ata və
baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə qədər
çalışdı isə də, ondan çərkəsi paltarı çıxarıb, Avropa libası geyin-
dirə bilmədi. Pəricahan xanım Hüseynqulu ağanın evinə gələndən
sonra köhnə qulluqçuları dəyişdirib evin hər bir qaydasını Avropa
səliqəsinə saldı. Hüseynqulu ağa bu tazə qaydaları sevmədiyi üçün
vaxtının çoxunu kənddə qalıb şəhərdə az-az görünürdü. Çox danı-
şıqdan sonra axırda Pəricahan xanımı razı edib kənddə öz mülk-
lərinə köçürtdü. Bunun üçün də Hüseynqulu ağa nəhayət dərəcədə
şad oldu, çünki şəhər yaşayışını o, əsla sevməyirdi”
Ailənin belə bir uyumsuzluğuna baxmayaraq, Hüseynqulu
ağanın qadının hörmətini əsərin sonuna qədər qoruyub saxladığını,
hər tərs gələn münasibətlərdə ona imkan olduğu qədər güzəştə get-
diyini müşahidə edirik. Gələcək nəslin ailəyə, böyüyə hörmət
çərçivələrində yetişməsi üçün ailədaxili münaqişələrin həllini
romantik üslubla verən yazıçı kiçik oxucusunun saf zehniyyətini
də zədələməsin deyə həyat gerçəklərindən qaçmağa çalışmışdır.
Lakin Hüseynqulu ağanın nəzərində ailəyə hörmətdən daha yuxa-
rıda duran yeganə bir prinsip insan haqqını tapdamamaqdır.
Qaraca qızın sığınacağa ehtiyacını təmin etmək üçün Hüseynqulu
ağa hətta öz qızının tərbiyə və sağlamlığı ilə bağlı məsələlərdə
könlünü incitmək istəmədiyi Pəricahan xanımın Qaraca qıza
qəddarlığının qarşısını öz hökmü ilə alır. Burada da müəllif kiçik
oxucusuna və həmçinin onun təlim və tərbiyə gördüyü mühitə
mühüm psixoloji mesajlar verirdi.
Əsərdə şagirdin qarşılaşdığı ən önəmli psixoloji anlardan biri
Qaraca qızın ölüm səhnəsidir. Müəllif artıq Qaraca qızla özdəş-
ləşən, doğmalaşan oxucusunu belə bir ağır finala hazırlamaq üçün
intuitsiya motivindən istifadə edirdi:
“Amma bir gecə heç nə söyləməyib qəmgin olaraq yerinə
girdi.
-
Qızım, neyçün kefsizsən, bir şey olmamış ki?