26
-
Bağışla, anacan, bənim dostum vağzala qədər yanıma gəl-
mişdi. Bən orada onun ilə görüşdüm.
Hüseynqulu ağa şaqqıltı ilə gülərək arvadına dedi:
-
Hə, necəsən, payını aldınmı?!
-
A, şeytanlar, yenə də bəni aldatdınız, deyə Pəricahan xanım
özü də güldü. Hüseynqulu ağa arvadını könlü şad, fərahlı bir halda
görüb fürsəti fövtə etmədi və dedi:
-
Pəricahan! Sənə bir təvəqqem var, qəbul etməyini söz ver,
deyim!
-
Söz verirəm, de!
Hüseynqulu ağa dedi:
-
Ağcanın ancaq on gün asudə vaxtı var. On gündən sonra
onu quş qəfəsinə salan kibi hasarlı məktəbin havasız otağına
salacaqlar. Daha bu gözəl havanı, yaşıl bağları, şırlayan suları gör-
məyəcəkdir. Səndən təvəqqe edirəm ki, bu on günü ona azadəlik
verib Qaraca qız ilə kefi istədiyi qədər oynamağa, gəzməyə mane
olmayasan. Budur bənim səndən təvəqqem!... Pəricahan xanım bir
az dayanıb dedi:
-
Qoy sən
deyən kibi olsun, rüxsət verdim!
Bu cavabından hamı şad oldu. Ağca xanım şadlığından gahi
anasını öpürdü, gahi atasını. Bu üzdən şad olanın bir də Piri kişi idi.
Bu epizodun yerinə əlavə olunub:
“Ağca xanım anasının bu tənəsinə səbir edib, sirrin üstünü
açmadı. Sabahı gün Mariya İvanovna da gəlib çıxdı. Ağca xanımın
buraya gəlməkdə məqsədi Qaraca qız ilə gün keçirmək idi. O da
mümkün olmadığından çox bikef və qəmgin idi.”
1927-ci ildə böyük hissəsi çıxarılmaqla dəyiĢdirilərək
növbəti hissəyə əlavə edilmiĢdir.
“Məktəb” jurnalında:
-
Qızım,
neyçün kefsizsən, bir şey olmamış ki?
-
Yox, baba!
-
Bəs neyçün qəmginsən?
-
Özüm də bilməyirəm, baba!
-
Gözlərini yum, yuxula, qızım!
-
Yuxum gəlməyir, baba, yürəyim sıxılır!
-
Qoy sənin üçün nağıl söyləyim, qızım, bəlkə yuxun gələ!