Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

24 
 
“Piri  kişi  balaca  qızın  Ağca  xanım  ilə  gizlin  görüşüb  ülfət 
dutmasına əsla razı deyildi. O, bilirdi ki, təkəbbür bəyzadələrdən 
başqa  qeyrilərini  insan  dərəcəsinə  qoymayan  Hüseynqulu  ağa  bu 
yetim qızı arvadının acığına Ağca xanımın  yanına buraxır. O biri 
tərəfdən,  bu  sirr  açıldıqda  Pəricahan  xanım  Qaraca  qızı  qovacaq. 
Piri  kişinin  bir  də  narazılığı  onda  idi  ki,  Hüseynqulu  ağa  zinətli 
qaraçı libası tikdirib Qaraca qızı geyindirirdi və öz qonaqlıqlarında 
oynadırdı. Bunun üstündə Piri kişinin Hüseynqulu ağaya çox acığı 
tuturdu.  Lakin  qızı  onun  əlindən  almaqdan  aciz  idi.  Piri  kişinin 
fikri yanlış deyildi. Belə ki, bir dəfə Hüseynqulu ağa böyük qonaq-
lıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub çalan dəstəsi 
də vardı. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, 
gəlib  oynasın.  Bu  vəqt  Qaraca  qıza  soyuq  dəydiyinə  görə  yerdə 
yatırdı.  Piri  kişi  qızı  getməyə  qoymadı.  Bu  ittifaqdan  sərxoş  ağa 
artıq dərəcədə qəzəbnak olaraq ikinci dəfə nökəri göndərdi ki, qızı 
yerdən  qaldırıb  gətirsin.  Piri  kişi  əlacsız  qaldıqda  Qaraca  qız 
qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü.” 
 1934-cı ildə bir söz dəyiĢdirilib: 
“O  bilirdi  ki,  quduz  bəyzadələrdən  başqa,  qeyrilərini  adam 
yerinə qoymayan Hüseynqulu ağa...” 
“Məktəb” jurnalında var. 1927-ci ildə çıxarılıb: 
Hüseynqulu  ağa:  “Əzizim,  iki  ay  bundan  əvvəl  siz  bənim 
qızımı  görmüşdünüz  ki,  nə  halda  idi?!  Özü  zəif,  arıq,  deyəsiz  ki, 
bir  illik  azardan  imdicə  qalxmışdı!  Nə  deyirdi,  nə  danışırdı,  nə 
gülürdü...  Diyəsən,  qəm  dəryasına  batmışdı.  Məgər  o  vəqt  bənim 
dolanacağım  pis  idi,  qızım  yemək-içmək  tapmayırdı  və  ya  ona 
qulaq  asan  yox  idi?!  Xayır,  bunların  hamısı  qabaqda  da  var  idi, 
imdi  də  vardır.  Bəs  nə  oldu  ki,  o  zəif,  həmişə  qəmli  bir  qız  imdi 
böylə sağlam,  yanaqları  lalə kibi qızarmış, bugünkü kibi oynayan 
və  gülən  oldu?!  Hələ  onun  mahnı  oxumasından  xəbərin  yoxdur. 
Bunların  hamısına  Qaraca  qız  səbəb  oldu.  Haman  bu  anasından 
gizlin olaraq onlar biri-biri ilə baba otağında görüşürdülər. Bu sirri 
təkcə  bən  bilirdim.  Əzizim  Pəricahan!  Uşaq  taifəsinə  yeməkdən, 
içməkdən, geyməkdən, onların cümləsindən artıq yoldaş lazımdır, 
həmsər lazımdır ki, biri-birləri ilə oynayıb gülsünlər, deyib, danış-
sınlar! Uşaq taifəsinin bəy, xan, rəiyyət nələrinə lazımdır, onlar öz 


25 
 
təbiətlərinə  tabedirlər.  Bu  sadəcə  mətləbi  bən  elm  oxumuş  
arvadıma anlada bilmirəm.  O ki Qaraca qıza qaldı, bən bu vəqtə 
kibi  ondan  bir  qorxulu  və  fəna  xasiyyət  görməmişəm.  Bir  sadə, 
rəhmdil el çocuğudur.”  
“Məktəb” jurnalında var. 1927-ci ildə çıxarılıb: 
“...bircə  Qaraca  qızı  şad  edən  Hüseynqulu  ağanın  onun  ilə 
etdiyi  rəftar  idi.  Pəricahan  xanım  şəhərə  köçəndən  sonra 
Hüseynqulu ağa tez-tez Piri kişi ilə söhbət etməyə gəlirdi və o vəqt 
Qaraca qız ilə mehriban danışıb deyərdi: 
-
 
Səbr  et,  Qaraca  qızım,  bir  azdan  sonra  Ağca  xanım  yenə 
gələcəkdir. Bu dəfə kefiniz istədiyi qədər oynayıb gəzəcəksiniz! 
Və bir də Hüseynqulu ağa hər dəfə şəhərdən gələndə Qaraca 
qız üçün Ağca xanımdan və öz adından sovqat gətirərdi.” 
“Məktəb  jurnalında  var.  1927-ci  ildə  dəyiĢdirilib,  Piri 
babanın dilindən verilib: 
“Hüseynqulu  ağa  həmişə  bunları  bir  yerdə  görəndə  zarafat 
edib deyərdi: 
-
 
İki qaralar yaxşı tapışmışlar.” 
“Məktəb”  jurnalında  var.  1927-ci  ildə  aĢağıda  seçilmiĢ 
cümlə çıxarılıb: 
Ağca xanım dostu Qaraca qızın ölümdən xilas olmasına çox 
şad olub,  atasına  yazdığı  məktubun  içində bir şahı  iriliyində zərli 
bir  kağız  da  qoymuşdu  ki,  bu  da  bənim  tərəfimdən  Qara  köpəyə 
bəxşiş olsun. Ağca xanımın bu fikri Hüseynqulu ağaya çox xoĢ 
gəldi,  doğrudan  da,  Qara  köpəyə  dövlət  tərəfindən  medal 
verilməsini lazım bildi.”  
1927-ci ildə dəyiĢdirilib: 
“Məktəb” jurnalında: 
“Ağalar  qapıya  çatdıqda  hamı  xidmətçilər  qapıda  cərgə  ilə 
düzülüb – “Xanımlar, xoş gəlmisiniz!” – deyə baş endirdilər.  
“Zərafət” kitabında:   
“Ağalar qapıya çatdıqda xidmətçilər həyətdə cərgə ilə düzül-
müş,  zalım  xanımın  qorxusundan  tir-tir  əsirdilər.  Bunların  içində 
Piri kişi də vardı.” 
“Məktəb” jurnalında var. 1927-ci ildə çıxarılıb: 
Ağca xanım anasının bu tənəsinə səbr edə bilməyib dedi:  


26 
 
-
 
Bağışla, anacan, bənim dostum  vağzala qədər  yanıma gəl-
mişdi. Bən orada onun ilə görüşdüm.  
Hüseynqulu ağa şaqqıltı ilə gülərək arvadına dedi: 
-
 
Hə, necəsən, payını aldınmı?! 
-
 
A, şeytanlar, yenə də bəni aldatdınız, deyə Pəricahan xanım 
özü də güldü. Hüseynqulu ağa arvadını könlü şad, fərahlı bir halda 
görüb fürsəti fövtə etmədi və dedi: 
-
 
Pəricahan! Sənə bir təvəqqem var, qəbul etməyini söz ver, 
deyim! 
-
 
Söz verirəm, de! 
Hüseynqulu ağa dedi: 
-
 
Ağcanın  ancaq  on  gün  asudə  vaxtı  var.  On  gündən  sonra 
onu  quş  qəfəsinə  salan  kibi  hasarlı  məktəbin  havasız  otağına 
salacaqlar. Daha bu gözəl havanı, yaşıl bağları, şırlayan suları gör-
məyəcəkdir.  Səndən  təvəqqe  edirəm  ki,  bu  on  günü  ona  azadəlik 
verib Qaraca qız ilə kefi istədiyi qədər oynamağa, gəzməyə mane 
olmayasan. Budur bənim səndən təvəqqem!... Pəricahan xanım bir 
az dayanıb dedi: 
-
 
Qoy sən deyən kibi olsun, rüxsət verdim! 
Bu  cavabından  hamı  şad  oldu.  Ağca  xanım  şadlığından  gahi 
anasını öpürdü, gahi atasını. Bu üzdən şad olanın bir də Piri kişi idi.  
Bu epizodun yerinə əlavə olunub: 
“Ağca  xanım  anasının  bu  tənəsinə  səbir  edib,  sirrin  üstünü 
açmadı. Sabahı gün Mariya İvanovna da gəlib çıxdı. Ağca xanımın 
buraya  gəlməkdə  məqsədi  Qaraca  qız  ilə  gün  keçirmək  idi.  O  da 
mümkün olmadığından çox bikef və qəmgin idi.” 
1927-ci  ildə  böyük  hissəsi  çıxarılmaqla  dəyiĢdirilərək 
növbəti hissəyə əlavə edilmiĢdir.  
“Məktəb” jurnalında: 
-
 
Qızım, neyçün kefsizsən, bir şey olmamış ki? 
-
 
Yox, baba! 
-
 
Bəs neyçün qəmginsən? 
-
 
Özüm də bilməyirəm, baba! 
-
 
Gözlərini yum, yuxula, qızım! 
-
 
Yuxum gəlməyir, baba, yürəyim sıxılır! 
-
 
Qoy sənin üçün nağıl söyləyim, qızım, bəlkə yuxun gələ! 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə