Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə48/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   40   41   42   43   44   45   46   47   48

160 
 
götürüldü  və  Qaraca  qıza  elə  döş  vurdu  ki,  o  da,  özü  də 
dərəyə uçdular. 
Qaraca  qızın  sağ  ayağı  kola  ilişib  qanadı.  Bunun  ağrı-
sından və Qara köpəyin belə hərəkətindən acıqlanıb qışqır-dı. 
Amma  başını  yuxarı 
qaldırdıqda vaqon qa-
tarının keçdiyini gör-
dü. Qaraca qız anladı 
ki,  ağıllı  köpək  onu 
bu tövr ölümdən qur-
tarmışdır,  ona  görə 
də  dərhal  acığı  yatdı 
vəqara  köpəyin  başı-
nı  sığallayıb  onu 
əzizlədi.  Sonra    yola 
çıxdı  ki,  görsün  cəvərəni  necə  olmuşdur.  Gördü  ki,  ondan 
ancaq  qırılıb  yerə  tökülmüş  çöplər  qalmışdır.  Qaraca  qız 
ölümdən qurtarmasına çox şad olub cəvərənin tələf olmasına 
bir o qədər yanmadı.  
Bu  xəbər  gedib  şəhərə  də  çatmışdı.  Ağca  xanım  dostu 
Qaraca  qızın  ölümdən  xilas  olmasına  çox  şad  olub  atasına 
yazdığı məktubun içində bir şahı iriliyində  zərli  bir kağız da 
qoymuşdu  ki,  bu  da  mənin  tərəfimdən  Qara  köpəyə  bəxşiş 
olsun. 
 
                                     *** 
Yayın  axır  günləri  idi.  Ağca  xanımın  pansiona  gir-
məsinə  az  qalmışdı.  O,  anasından  rəca  etdi  ki,  bu  axır  gün-
lərini kəndlərində keçirməyə izn versin.. Pəricahan xanım razı 
olub dedi:  
-
 
Yaxşı, qızım mən özüm də səninlə bərabər oraya gedə-
cəyəm  ki,  bir  az  rahat  olaq.  Yoxsa  burada  gedib-gələnlərin 
əlindən bir dəqiqə asudə deyiləm, ancaq, Ağca! Şərtim budur 


161 
 
ki,    o  qaraçı  qızı  ilə  tamamilə  əlaqəni  kəsməlisən.  Sən  bəy 
qızısan, elə  rəiyyət qızı ilə oturub-durmaq sənə  yaraşmaz. O 
günü  atan  şəhərə  gəlmişdi.  Özü  dutduğu  əməldən  peşiman 
olmuşdur.  O  deyirdi  ki,  mən  arvadımın  acığına  Ağcanı 
Qaraca  qız  ilə  görüşdürürdüm,  yoxsa  qızımın  öz  qaravaşilə 
dostluq  etməsinə  heç  mən  də  razı  deyiləm.  Bağın  meyvəsi 
dərildikdən sonra Piri kişini də, Qaraca qızı da qovacağam. 
 Bu  xəbərdən  Ağca  xanım  qəmgin  və  pərişan  oldu.  O 
indi kəndə getməyinə şad deyildi. O idi ki, səhəri günü anası 
onu yuxudan qaldırdıqda dedi: 
-
 
Ana, mən kəndə getmək istəmirəm! 
-
 
Nə üçün? Dünən sən özün demirdinmi? Qalx, tənbəllik 
etmə!  
Ağca  xanım  istər-istəməz  qalxıb  geyindi.  Pəricahan 
xanım  kəndə  gələcəklərini  teleqraf  ilə  Hüseynqulu  ağaya 
xəbər verdi. Vaqon qatarı stansiyada dayandıqda Ağca xanım 
pəncərədən  atasını  görüb  çağırdı.  Vaqondan  endikdə  Ağca 
xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan xanımın 
başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yığır-
dılar. Bundan Ağca xanım istifadə edərək gizlicə Qaraca qı-
zın yanına qaçdı. Onunla görüşdü.  
-
 
Tez  ol  get,  Pəricahan  xanım  bizi  burada  görməsin, 
yoxsa yenə acığı dutar, - deyə Qaraca qız Ağca xanımı tələs-
dirdi. 
-
 
Doğru  deyirsən,  sonra  görüşərik  -  deyə  Ağca  xanım 
ata-anasına yanaşdı və faytona minib yola düşdülər.   
Ağalar  qapıya  çatdıqda  xidmətçilər  həyətdə  cərgə  ilə 
düzülüb zalım xanımın qorxusundan tir-tir əsirdilər. Bunların 
içində Piri kişi də var idi. Pəricahan xanım Qaraca qızı orada 
görməyib    qızının  ürəyini  ondan  soyutmaq  üçün  rişxənd  ilə 
dedi: “Qızım, bu da dostun Qaraca qızın vəfası! Gör səni necə 
tez yadından çıxarmış!” 


162 
 
Ağca xanım anasının bu tənəsinə səbr edib sirrin üstünü 
açmadı.  Sabahı  günü  Mariya  İvanovna  da  gəlib  çıxdı.  Ağca 
xanımın  buraya  gəlməkdən  məqsədi  Qaraca  qız  ilə  gün 
keçirmək  idi.  O  da  mümkün  olmadığından  çox  bikef  və 
qəmgin idi. 
 
*** 
Qaraca qız da qəmgin idi.  Komadan çıxmaq istəmirdi. 
Gün  çıxıb  xeyli  qalxmışdı.  Qaraca  qız  oyanmışdısa  da,  hələ 
yerindən qalxmamışdı.  
-
 
Qızım,  nə  çox  yatmısan,  sən  heç  belə  gecikməzsən. 
Azarlı deyilsən ki? – deyə Piri kişi sordu. 
-
 
Yox    baba,  azarlı  deyiləm,  əmma  heç  durmağa  heç 
könlüm yoxdur.  
Piri kişi komanın qapısını açıb dedi: 
-
 
Qızım bax gör  nə gözəl günəş çıxmış! Belə havalarda 
ancaq tənbəllər  yatar. 
Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl 
üzünü  yuyub  çay  içməyə  məşğul  oldu.  Çaydan  sonra  bayıra 
çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi. Bağı gəzərkən Qaraca 
qızın gözünə  qarınca yuvası sataşdı.  Bu qarıncaların içində 
qanadlıları  da  vardı.  Onlar  qalxıb  havada  uçurdular.  Gah  bu 
yuvan, gah o yuvanın  ağzında qaynaşırdılar. Piri kişi Qaraca 
qıza yaxınlaşıb dedi: 
-
 
Qızım nəyə baxırsan? 
-
 
Qarıncalara  baxıram,  baba!Bunların  içində  qanadlıları 
da var. Baba bu nə üçün? 
-
 
Qızım onların qanadları həmişəlik deyil, onlar tökülə-
cəklər.  Bu  gün  bu  qarışqaların  toy  günüdür.  Maya  dutandan 
sonra  onların dişilərinin qanadı quruyub düşəcək.  
Qaraca qız babasından qarışqa toyu eşitcək əllərini biri-
birinə  vurub  şaqqıltı  ilə  gülməyə  başladı.  Piri  kişi  də  ona 
qoşulub gülməyə başladı: 


163 
 
-
 
Bəli, qızım, qarışqala-
rın toyudur! Get qavalını gə-
tir,  çal, onlar da səndən razı 
qalsınlar. 
Piri  babanın  bu  fikri 
Qaraca qıza xoş gəldi. O qa-
çaraq komaya gedib qavalını 
gətirdi,  çalıb  oynamağa  baş-
ladı.  Piri  kişi  bu  işdən  şad 
oldu. 
Bu  vaxt  Ağca  xanım  mürəbbiyyəsi  ilə  bağçada  otur-
muşdular.  Mariya  İvanovna  kitab  oxuyurdu.  Ağca  xanım  da 
evcik  tikirdi.  Çiçəkləri  dərib  onu  bəzəyirdi.  Bu  zaman  onun 
qulağına  Qaraca  qızın  nəğməsinin  səsi    gəldi.  Onu  görmək 
üçün çəpərin qırağına gəldi. Ağca xanım Qaraca qızın çəpərin 
yanında oxuduğu mahnını dinləyərkən qıvrılıb özünü günəşə 
verən  zəhərli  bir  ilan  atlanıb  Ağca  xanımın  çıplaq  qolundan 
sancdı.  Ağca  xanım  qışqırıb  özünü  mürəbbiyəsinin  üstünə 
atdı.  Bunun  qışqırığına  anası  və  xidmətçilər  töküldülər.  
Mariya  İvanovna  özünü  itirib  Ağca  xanımı  bağçada  tək  qo-
yub  evə  su  gətirməyə  qaçdı.  Ağca  xanım  da  qışqıra-qışqıra 
onun dalınca yüyürməyə başladı.  
-
 
Qızım  qavalını  çalma,  görək  o  ağalıqdan  gələn  səs 
nədir? – deyə Piri baba Qaraca qızı dayandırdı. 
-
 
Baba,  bu  səs  Pəricahan  xanımın  səsidir,-  deyə  Qaraca 
qız  ildırım  kibi  götürüldü.  Həyətə  çatdıqda  gördü  ki,  Ağca 
xanımın biləyindən qan axır və Pəricahan xanım da ağlayaraq 
xidmətçilərə yalvarır: 
-
 
Aman,  sizə  qurban  olum!  Tezcə  bir  Ağcanın  yarasını 
sorub ilanın zəhərini yerə tökünüz!  
Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymu-
du... 
 


164 
 
 Qaraca  qız  Pəricahan  xanımdan  bunu  eşitcək  Ağca 
xanımın  qolundan  zəhəri  sorub  yerə  tökməyə  başladı.  Hamı 
qorxulu  bir  halda  buna  təəccüb  edirdi.  Pəricahan  xanım 
Qaraca qızın saçlarını öpərkən deyirdi: 
-
 
 Qaraca  qız!  Mənə  rəhmin  gəlsin,  qızımı  ölməyə 
qoyma.  Qaraca  qız  isə  Pəricahan  xanımın  naləsinə  əsla  fikir 
verməyib  öz istəkli dostunu ölümdən xilas etməyə səy edirdi. 
Bir  azdan  sonra  Qaraca  qız  nə  qədər  sordusa,  daha  yaradan 
qan gəlmədi. Ağca xanım yaradan bir o qədər şikayət etmirdi, 
ondan  artıq  yaradan  yuxarıda  qaytan  ilə  möhkəm  bağlanmış 
yerdən  şikayət eidrdi: 
-
 
Ana, qaytanı aç, qolumu kəsir! 
-
 
Yox  qızım,  olmaz,  onda  zəhər  bədədninə  yayılıb  səni 
öldürər, səbr et bu saat şəhərə teleqram vuracağam. Atan hə-
kim gətirsin - bunu deyə Pəricahan xanım  bir teleqram yazdı 
və nökərə verdi ki, aparıb stansiyadan  vursun. Ağca xanımın 
qolunu  bağlayan  zaman  Piri  kişi  gəlib  çıxdı.    Əhvalatdan 
xəbərdar olub xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı. 
-
 
Baba, gördünmü başımıza nə gəldi?! – deyə Pəricahan 
xanım şikayətləndi. 
-
 
Bəli, gördüm. Onu da görürəm ki, öz balanı ölümdən 
xilas etmək üçün bu atasız, bu anasız yetimi bəlaya salmısan– 
deyə Piri kişi sərt nəzər ilə onun üzünə baxdı. 
-
 
Baba,    nə  deyirsən?    Qaraca  qıza  heç  bir  şey  olma-
mış! 
-
 
Yaxşı bax, xanım! 
Bu vəqt Qaraca qız dedi: 
-
 
Baba, içərim yanır, mənə su ver, içim! 
-  Gəl  qızım,  gedək,  görüm  sənə  nə  çarə  edə  bilərəm! 
Sonra üzünü xidmətçilərə tutub dedi: 
-
 
Cəld  gedib  mənim  komamdan  qatıq  gətirin,  ayran 
edib qıza içirdim! 
-
 
Baba, bu saat - deyə xidmətçilər yüyürüşdülər.  


165 
 
-
 
Baba,  sənə  yalvarıram!  Qaraca  qızı  aparma,  qoy 
burada yatsın, teleqram vurmuşam.  Hüseynqulu ağa şəhərdən 
həkim  gətirəcəkdir,  –  bunu  deyə  Pəricahan  xanım  onun 
qabağını kəsdi. 
-
 
Çəkil!  Sən  indiyə  kibi  bu  qızı  ağalığın  ətrafına 
dolanmağa  qoymamısan  ki,  bəyzadə  qızına  fəna  xasiyyətləri 
təsir  edər.  İndi  də  mən  onun  bu  zülm  yuvasında  qalmasına 
razı deyiləm,- bunu deyə Piri baba Qaraca qızın əlindən dutub 
apardı. 
 
*** 
Piri kişi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez 
ayran verirdi. Lakin  yaranı sorduqda zəhər tüpürcəklə Qaraca 
qızın  bədəninə  yerimişdi.  Bununla  beləPiri  baba  Qaraca 
qızdan  ümidini  kəsməmişdi.  Lakin  öz  canını  özgə  uğrunda 
fəda etmiş qızcığazın  həyatı bitmək üzrə idi!.. 
-
 
Baba,  mən  ölsəm  məni  o  bağmızın  yanındakı  göy 
təpədə  basdırınız!  Oranı  mən  çox  sevirəm,  oradan  hər  yer 
görünür, orada hər cür çiçək var! 
-
 
Qorxma, qızım, həkim gəlib sənə dərman verəcək, sən 
də  sağalacaqsan.  Uzun  yaşayacaqsan.  Mən  qoca  babanı  o 
dediyin göy təpədə basdıracaqsan. 
Hüseynqulu  ağa  həkim  ilə  gəlib  çıxdı.  Həkim  Ağca 
xanıma baxdıqdan sonra dedi: 
-
 
Ağca  xanımın  heç  bir  qorxusu  yoxdur.  İlanın  zəhəri 
bədəninə yayılmamış rəf olunmuş, azacıq hərarəti var. Ona da 
dərman verərəm yaxşı olar.  
Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə 
bərabər Piri babanın daxmasına getdilər. Qaraca qızın qan ilə 
dolmuş  gözləri  yumulmuşdu.  Həkim  ona  baxdıqdan  sonra 
dedi: 


166 
 
-
 
Xəstənin 
halı  çox 
ağrdır, çünki sovuran zaman, 
zəhəri  udmuşdur,  o  qanına 
qarışıb  bədəninə  yayılmışdır. 
Sağalması çətindir.  
Bu  xəbərdən  Piri  kişi 
məyus olub dedi: 
-
 
Həkim,  öz  balasını 
ölümdən  xilas  etmək  üçün 
başqa bir balanı ölümə verən qadına nə deyərlər? 
-
 
Sus!  Qoca  köpək,  mənim  qızımı  bir  qaraçı  qızına 
taymı edirsən, - deyə Hüseynqulu ağa hayqırdı. 
Həkim  onları  sakit  edib  gətirdiyi  dərmanı  Qaraca  qıza 
içdirdi  və  Piri  kişiyə  tapşırdı  ki,  bundan  xəstəyə  tez-tez 
versin.  
-
 
Baba  məyus olma, qız çox sağlamdır. Ümidvaram ki, 
sağalar, - deyə həkim ağalar ilə bərabər getdi. 
 
*** 
Piri  baba  daxmanın  qapısını  açıb  Qaraca  qızın  başı 
tərəfində  oturdu.  Sonsuz  qoca  Qaraca  qıza  artıq  dərəcədə 
məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına yeni bir 
həyat,  yeni  bir  şölə  gətirmişdi.  İndi  o  şölə  sönür...  Ona  da 
səbəb tam çocuqluğundan zülmünü çəkdiyi ağaları olmuşdu. 
Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində 
günəşin  şəfəqinə  bir  müd-
dət baxdı, sonra gülümsün-
dü,  gözlərini  yenə  yumdu. 
Qaraca qız öldü!.. 
-Daxmanın 
bülbülü 
uçub getdi, - deyə Piri baba 
göz yaşı tökdü. 
 


167 
 
 
 


168 
 
 
 
 
 


169 
 
                             LÜĞƏT 
 
Bilmərrə - birdəfəlik 
Bona  –  dayə  (əski  fransızca:  “bonna”  yazılır,  “bona” 
oxunur) 
Boğanaq  –  (“Ayı  boğanaq  qoparan  ağac  kimi  yerə 
yıxıldı”) 
“Azərbaycan  folkloru”  toplusunda  yuxarıda  deyilənlərlə 
səsləşən olduqca maraqlı bir faktla rastlaşırıq: “Taxıl döyümü vax-
tı  boğanaq  qalxarsa,  qızlar:  “Boğanaq  gəlmə,  sənə  gedəcəyəm”-
deyirlər”. 
Azərbaycan inancındakı qızların boğanağa ərə getmək istəyi 
və “Yel baba” mərasim nəğməsinin “Mənim ölüm xəbərim Anama 
desin  yellər”  misraları  ilə  Boreyin  ölü  qızları  qaçırması  arasında 
əlaqə  göz  qabağındadır.  Lakin  yunan  miflərindən  fərqli  olaraq 
Azərbaycan  inancında  qızlar  sağ  ikən  özləri  könüllü  surətdə  sərt 
küləyə  ərə  gedəcəklərini  vəd  edirlər,  bununla  da  onun  könlünü 
oxşayıb,  arzusunun  yerinə  yetirilməsinə  ümid  yaradırlar  və  taxıl 
döyümündə  şiddətli  əsməsinin  qarşısını  alırlar.  Başqa  sözlə, 
nəğməni  eşidəndən  sonra  Boğanağa  –  Boreyə  qızların  ölməyini 
gözləmək  və  oğurluq  etmək  lazım  gəlmir,  çünki  taxıl  döyülüb 
qurtaran kimi onları öz xoşları ilə qoynuna alıb istədiyi yerə apara 
biləcək. 
Cəvərən – ipli, kiçik səbət 
Çərkəsi paltar – milli kişi üst geyimi 
Kərrat ilə - dəfələrlə 
Mənzilə - məna, məqam 
Müqəyyəd – qeydinə qalma ( ilk variantda doğru verilən bu 
söz  sonrakı  variantlarda    danışıq  dilinə  uyğunlaşdırılaraq 
“muğayət” şəklində təhrif edilib.) 
Mürəbbiyə - dayə
 Pişvaz - qarşılamaq 
Sərəskər - komandan 
Sərrac  -
 
[ər.]  Yəhər  və  sair  qoşqu  ləvazimatı  qayırıb  satan 
adam
 
Təvəqqe – xahiş 
 
 


170 
 
                          MÜNDƏRĠCAT 
 
1.“Qaraca qız”ın taleyi: əsər necə dəyişdirildi?   ................... 5 
 
2.“Qaraca qız” əsərinin orta məktəb dərsliklərində tədrisinə  
dair ........................................................................................ 11 
 
 3.S.S.Axundovun  “Qaraca  qız”  povestinin  nəşr  olunan 
nüsxələri arasındakı fərqlər...................................................19 
 
4.Qaraca qız. ”Məktəb” dərgisi,  № -1-22; 2013-cü il   ........ 32 
 
5.Qaraca qız. S.S.Axundov. Zərafət. Bakı, Azərnəşr, 1927.. 80 
 
6.S.S.Axundov. Qaraca qız. Bakı, Azərnəşr, 1934   ........... 122 
 
7.Lüğət ...............................................................................169 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


171 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


172 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə