Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   40   41   42   43   44   45   46   47   48

156 
 
Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib 
oynasın.  Bu  vaxt  Qaraca  qıza  soyuq  dəydiyinə  görə  yerdə 
yatırdı. Piri  qızı  getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa 
artıq dərəcədə qəzəbnak olaraq ikinci dəfə nökəri göndərdi ki, 
qızı yerdən qaldırıb gətirsin. Piri kişi əlacsız qaldıqda Qaraca 
qız  qalxıb  qaraçı  paltarını  geydi  və  qavalını  əlinə  alıb  yola 
düşdü. 
     
 
 
Qaraca qızın oynamağa özünün də meyli  çox idi, o rəqs 
etməyi  olduqca  sevərdi:  odur  ki,  məclisə  mübarizə  istəyən 
pəhləvan kibi atıldı. Bir məharətlə oynamağa başladı ki,  bü-
tün danışıq və səs kəsildi: Qaraca qız elə coşmuşdu ki, orada 
olan  adamlar  onun  gözündən  itmişdi.  Ancaq  öz  ustadı  olan 
Yasəmən  gözünün  önündə  durmuşdu.  Birdən  Qaraca  qız  elə 
bir  tərzdə  fırlandı  ki  baxanların  nəzərində  bir  şar  kibi  görü-
nürdü. Qəflətən Qaraca qız bir dizi üstə çökərək əlinin birini 
qaval  ilə  yuxarı  dutub,  o  birini  də  belinə  qoydu.  Rəqsi  belə 
bitirmək  Qaraca  qızın  adəti  idi.  Qaraca  qız  qonaqlar  tərə-
findən gurultulu alqışlandı. Sonra hamı rica etdilər ki, bu oyu-
nu  təkrar  etsin,  Qaraca  qız  qəbul  etmədi.  Hətta  Hüseynqulu 
ağanın  da  sözünə  baxmadı.  Hamının  ümidi  kəsilmişdi  ki,  
birdən  Ağca  xanım  ortaya  çıxıb,  çalğıçılara  haman  rəngi 
çalmağa  əmr  etdi.  Hamı  təəccüb  ilə  ona  baxırdı.  Çalğıçılar  


157 
 
çaldılar, Ağca xanım da oynamağa başladı. Bunun oynamağı 
gözəl  və  qaidəli  idi.  Hər  hərəkətindən  məlum  edirdi  ki,  bu 
Qaraca qızın şeyirdidir. Bir-iki devrə vurandan sonra Qaraca 
qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qa-
baq-qabağa  oynamağa  başladı.  Bu  xəbər  bir  anda  ağalıq 
xidmətçilərinə yayıldı. Onlar dəstə ilə yügürüb qapının ağzın-
dan tamaşa etməyə başladılar. Bu xəbər Pəricahan xanıma da 
çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla 
şad olmayıb acığından bilmirdi ki, nə etsin! 
 Qızlar  oynamaqlarını  bitirdilər.  Hər  tərəfdən  onları 
alqışladılar.  Hüseynqulu  ağa  fərəhlənib  qızını  bağrına  basdı. 
Bəylər onu tərif edib başını sığalladılar. 
Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib 
Ağca  xanımı  yanına  çağırtdı.  Hüseynqulu  ağa  duydu  ki, 
arvadı qızını tənbih etmək üçün çağırır. Bu fikir düz də çıxdı: 
o  biri  otaqdan  Pəricahan  xanımın  hayqırtısı  gəlirdi. 
Hüseynqulu ağa səbr edə bilmıəyib qonaqlardan üzr istədi və 
Pəricahan  xanımın  yanına  getdi.  Gördü  ki,  Ağca  xanım 
hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:  
-De görüm, bu oynamağı sənə kim öyrətmişdir? 
Hüseynqulu ağa  dedi: 
-
 
Buyur, cavabını mən verim, bunu Qaraca qız öyrətmiş-
dir, sözün nədir? 
-
 
Qaraca  qız  onu  harada  görürdü  ki,  öyrətsin?    Mən 
onunla görüşməgi qədəğən etməmişdimmi?  
-
 
Sən  etmişdin,  lakin  mən  etməmişdim!  Bu  evin  sahibi 
mənəm,  yoxsa  sən?  Kimin    həddi  var,  bundan  sonra  bənim 
əmrimdən çıxsın?!.. 
Pəricahan  xanım  indiyə  qədər  ərini  bu  dərəcədə  hirsli 
görməmişdir. 
-
 
İmdi  ki,  belədir,  daha  mən  bu  evdə  nə  üçün 
oturmuşam? 


158 
 
-
 
Özün  bilərsən!  Oturursan,  otur,  gedirsən  get,  bunu 
bilməlisən  ki,  bundan  sonra  mən  öz  istədiyim  kibi  davra-
nacağam. 
O biri otaqdan bəy-
lər  onun  səsini  eşitdilər. 
Rəhim bəy və Səlim bəy 
onun  ayiləsinə  məhrəm 
olduqları  üçün  onları  sa-
kit 
etməyə 
gəldilər. 
Hüseynqulu  ağanı  çəkib 
o biri otağa apardılar. Bu 
ittifaqdan  qonaqlar  pəri-
şan  olub,  bir-bir  dağıl-
mağa  başladılar,  ancaq  Rəhim  bəy  ilə  Səlim  bəy  qaldılar  ki, 
ər ilə arvadı barışdırıb getsinlər. Bunlar istədiklərinə çatdılar: 
Hüseynqulu ağanın hirsi yatıb arvadına deyirdi: 
-
 
Neçin  razı  olmayırsan  Ağca  xanım  oynasın,  oyna-
mağın nə zərəri var ki? 
Səlim bəy dedi: 
-
 
Pəricahan  xanım,  mənim  qızım  Ağca  xanım  kibi 
oynamaq bilsəydi, onun başına dolanardım! Amma nə etməli 
ki, atası kibi şüursuz çıxıb ayaq atmağı da bilmir! 
Rəhim bəy dedi:  
-
 
Uşaq  tayfası  Ağca  xanım  kibi  oynamağa,  gülməyə 
yaranmışdır.  Yoxsa  mənim  qızım  kibi  qaradinməzdən  nə 
fayda? 
  Pəricahan xanım onun sözünü kəsərək dedi:  
-
 
Mən demirəm ki, qızım oynamaq bilməsin, lakin  mən 
deyirəm ki, Mehdi ağanın nəvəsi Ağca xanıma  bir qaraçı qızı 
ilə  yoldaş  olub  oturmaq,  durmaq  yaraşmaz.  Bu  ittifaqdan 
sonra  mən  Ağca  xanımı  burada  qoya  bilməyəcəgəm.  Mən 
irəliki  kibi  şəhərə  köçəcəgəm  və  qızımı  da  pansiona 


159 
 
verəcəgəm;  Hüseynqulu  ağa  burada  qalsın,  çünki  şəhərdə 
yaşamağı sevmir.  
Hüseynqulu ağa buna razı oldu. 
 
                                       *** 
Sabahı günü Ağca xanım anası ilə şəhərə köçdü. Yazıq 
qızcığaz  istəkli  dostu  Qaraca  qız  ilə  görüşə  bilmədi.  Ağca 
xanımın  şəhərə  köçməsi  Qaraca  qıza  böyük  təsir  etdi.  Bir 
tərəfdən Ağca xanımın ayrılıq həsrəti, o bir tərəfdən də onun 
ata-anasının  arasına  ədavət  düşməsi  Qaraca  qızı  çox  qəmgin 
edirdi.  Onu  şad  edən  bir  şey  varsa,  o  da  qonaqlıqda  zühur 
edən  ittifaqdan  sonra  Hüseynqulu  ağa  günlərini  dostu  Səlim 
bəy və Rəhim bəygildə keçirib öz evində az görünməsi idi ki, 
beləliklə  Qaraca  qızı  da  oynamağa  çağırmırdı.  Bundan  ilavə 
Qaraca qız özü də oynamağı tərk etmişdi. O, günlərini bağda  
keçirirdi, yoldaşı da qaraca köpək idi. Bu it Qaraca qızla elə 
dost  olmuşdu  ki,  yanından  iraq  olmaq  istəmirdi.  Qaraca  qız 
da itə elə öyrətmişdi ki, hər istədiyini əmələ gətirə bilirdi. Piri 
kişi həmişə bunları bir yerdə görəndə deyirdi: 
-
 
İki qara yaxşı tapışmışsınız! 
Bu  ittifaqdan  sonra  Qaraca  qızın  Qara  köpəyə  məhəb-
bəti  daha  da  artmışdı.  Belə  ki,  bir  gün  Qaraca  qız  morux 
yığmaq  qəsdi  ilə  cəvərənini  götürüb  meşəyə  getmişdi;  Qara 
köpək də yanında idi. Meşə Hüseynqulu ağanın mülkündə idi. 
Qaraca  qız  azmaxdan  və  meşə  heyvanlarından  qorxmudı, 
çünki  hər  iki  halda  Qara  köpək  onu  xilas  edə  biləcəgini 
anlayırdı. Meşədə cəvərənini morux ilə doldurub evə tərəf üz 
qoydu.  Meşənin  içindən  dəmir  yol  gedirdi.  Qaraca  qız  yolu 
keçdiyi zaman, ayağı büdrəyib yıxıldı və moruğu yola tökül-
dü. Bunu yığan vaxt vaqon qatarı göründü.  Qaraca qızın başı 
moruğunu  yığmağa  qarışıb  qatarın  gəlməsindən  xəbəri  yox 
idi. O vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı ba-
şı  aşağı  morux  yığan  və  qatarı  iti  gələn  görüb  ildırım  kibi 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə