Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   40   41   42   43   44   45   46   47   48

153 
 
çıxdığını  ona  söylədi.  Bunlar  öz  aralarında  söz  qoydular  ki, 
mümkün  olduqca  baba  otağında  görüşsünlər.  Qaraca  qız 
Ağca xanıma qaval çalıb, mahnı oxumağı və oynamağı öyrə-
dirdi.    Axırda  hər  ikisi    göy  otun  üstündə  oturub  söhbət  et-
məyə başladılar.Ağca xanım bu hala çox şad idi. 
Ancaq  anasının  bir-iki  saatdan  sonra  qayıtması  yadına 
düşdükcə yürəyi sıxılırdı.  
Bir  azdan  Hüseynqulu  ağa  Piri  kişi  ilə  gəlib  qızlar 
oturan yerə çıxdılar.  Bunlar qızları 
götürüb  arı  pətəklərinə  tamaşaya 
getdilər.  Qızlar  arıların  işləməsinə 
çox  həvəs  ilə  baxırdılar.  Piri  kişi 
bir pətəyə çatdıqda, dedi:  
-
 
Bu  pətəyin  arıları  çox  vura-
ğandırlar, qızlarım! Bunlardan özü-
nünzü gözləyin. 
Bir  başqa  pətəyə  çatdıqda, 
gördülər  ki,  buranın  arıları    pətəyin  ağzında  qarışqa  kibi 
qaynaşırlar.  Bunu  gördükdə  Piri  kişi  dedi:    -  “Yaxşı  vaxtda 
gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir.” 
Sonra üzünü Qaraca qıza tərəf dutub dedi: 
-
 
Qızım,  qaçaraq  get,  evimizdən  o  günü  sənə 
göstərdiyim  ağ torbanı götür gəl.  
Qaraca  qız  yüyürərək  getdi,  bir  azdan  sonra  arılar 
pətəkdən  dəstə-dəstə  çıxıb  uçmağa  başladı.  Piri  kişi  onların 
dalına  düşdü.  Axırda  arılar  bir  gilas  ağacının  budağına 
qondular.  Bir  dəqiqə  keçmədi  ki,  biri-birinin  üstünə  qonaraq 
üzüm salxumu kibi ağacdan sallandılar. Bu zaman Qaraca qız 
buna torbanı gətirdi. Hamı ağacın altında hazır oldu. Piri kişi 
Ağca xanıma dedi: 
-
 
 Ağca  xanım,  hər  yuvada  bircə  dişi  arı  olar,  ona  şah 
deyərlər. Bir yuvada iki şah olanda aralarında dava olur. Yeni 
doğmuş  şah  məcbur  olur,  uçub  başqa  yuva  arasın.    O  vaxt 


154 
 
onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın 
qoşunları onu necə ihatə etmişlər? İndi biz onu dutub təzə arı 
səbətinə  salmalıyıq.  Onda  arılar  da  onun  başına  cəm 
olacaqlar.   
  Bu sözlərdən sonra, Piri kişi  yüzünü Qaraca qıza tərəf 
dutub, dedi: 
-
 
Qızım,  çıx  ağaca  və  bu  sallanan  arıları  torbanın  içinə 
salıb ağzını büz.  
Qaraca  qız  pişik  kibi  ağaca  dırmaşmağa  başladı.  Ağca 
xanım Piri kişidən soruşdu: 
-
 
Baba, o arılar Qaraca qızı sancmazlarmı? 
-
 
Yox,  xanım,  arını  incitməsən  və  onlardan  qorxmasan, 
adamı sancmazlar.  
Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri 
kişi  dedi: İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, 
ya da budağı sındır, torbanın içində qalsın. Qaraca qız budağı 
sındırdı  və  aşağı  endi.    Piri  kişi  torbanı  ondan  aldı.    Hamı 
arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı. 
-
 
Ağca  xanım,  bu  pətəyi  sənin  adına  saxlayacağam  və 
balı  da  öz  ixtiyarında  olacaqdır.  Haçan  könlün  bal  istədi 
gələrsən,  kəsib  verərəm.  Bundan  Ağca  xanım  çox  şad  oldu. 
Hüseynqulu ağa dedi: 
-
 
Qızım, bu da sənin arın, imdi gəl gedək, anan bir azdan 
sonra gələcəkdir. 
Bunlar səlamətləşib evə qayıtdılar.  
 
                                       *** 
Axşamçağı Pəricahan xanım Mariya İvanovna ilə şəhər-
dən  gəlib  çıxdı.  Pəricahan  xanım  Ağca  xanımı  çox  şad  və 
yanaqları qızarmış görüb dedi: 
-
 
Bax,  qızım    mənə  qulaq  asıb  evdən  bayıra  çıxmadın, 
ona  görə  də  sağalıb  rəngin özünə  gəldi. Gör,  qızım,  sənə  nə 
qədər şeylər gətirmişəm!  


155 
 
Ağca  xanım  anasının  gətirdiyi  gözəl  kuklalara,  başqa 
oyun şeylərinə və şirin yeməli şeylərə baxıb, çox şad oldu. Bu 
vaxt  Ağca  xanımın  arzu  etdiyi  bir  şey    var  idisə,  o  da  bu 
şeyləri  Qaraca  qıza  göstərib  onun  ilə  bölüşmək  idi.  Bu  da 
ancaq  baba  otağında  mümkün  idi.  Ağca  xanımın  təbiəti  çox 
həlim idi, özü də sözə baxan bir qız idi. Lakin Qaraca qız ilə 
görüşmək  arzusu  onda  o  qədər  artıq  idi  ki,  mürəbbiyəsinin 
əmrindən qəsdən çıxıb tez-tez özünü baba otağına saldırırdı.  
Ağca  xanımın  gündən-günə  sağlam  olmağı  anasını  nə 
qədər  şad  edirdisə,  bir  o  qədər  də  mürəbbiyəsinin  əmrindən 
çıxıb özünə tənbeh etdirməyi onu qəmgin edirdi. 
Bu  barədə  Pəricahan  xanım  ərinə  şikayət  edəndə, 
Hüseynqulu ağa rişxənd ilə deyirdi: 
-
 
İki böyük arvat bir balaca uşağı tərbiyələndirə bilmir-
sinizmi?  Mən  sizə  məsləhət  görürəm  ki,  onu  tez-tez  baba 
otağına salıb dustaq edəsiniz!  
Bu  kibi  hallarda    Hüseynqulu    qızına  acıqlanıb    baba 
otağına göndərərdi və gizli Qaraca  xəbər verirdi. 
 
                                  *** 
Piri  kişi  balaca  qızın  Ağca  xanım  ilə  gizli  görüşüb 
dostluq  etməsinə  əsla  razı  deyildi.  O,  bilirdi  ki,  quduz  bəy-
zadələrdən  başqa  qeyrilərini  insan  dərəcəsinə  qoymayan 
Hüseynqulu  ağa  bu  yetim  qızı  arvadının  acığına  Ağca  xanı-
mın  yanına  buraxırdı.  O biri tərəfdən  piri kişi düşünürdü ki,  
bu  sirr  açıldıqda  Pəricahan  xanım  Qaraca  qızı  qovacaqdır. 
Piri  kişinin  bir  də  narazılığı  onda  idi  ki,  Hüseynqulu  ağa 
zinətli  qaraçı  libası  tikdirib  Qaraca  qıza  geyindirirdi  və  öz 
qonaqlıqlarında  oynadırdı.  Bunun  üstündə  Piri  kişinin 
Hüseynqulu ağaya  çox acığı  duturdu,lakin qızı onun  əlindən 
almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi. Belə ki, bir 
dəfə  Hüseynqulu  ağa  böyük  qonaqlıq  edib  çox  adam 
çağırmışdı.  Bu  qonaqlıqda  oxuyub  çalan  dəstəsi  də  vardı. 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə