Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   40   41   42   43   44   45   46   47   48

149 
 
vəsəhər  yeməgə  getdilər.  Qaraca  qız  da  qapısı  bağlı  evin 
içində qaldı. 
 Xanımlar  gedəndən  sonra  Qaraca  qız  cəld  divanın 
altından çıxıb qapıya tərəf yüyürdü ki, bir kəs gəlməmiş bura-
dan  getsin.  Lakin  qapını  daldan  cəftələnmiş  görüb,  məyus 
qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər 
çalışdısa,  bir  şey  bacarmadı,  çünki  pəncərəni  yuxarıda  iki 
nazik  dəmir  mil  ilə  bağlı  olduğunu  anlamayıb,  ancaq  var 
gücilə  onu  yuxarı  qaldırırdı.  Xeyli  çalışdıqdan  sonra  Qaraca 
qız  ümidsiz  divanın  üstündə  oturdu.  O,  xeyli  təşvişdə  idi, 
çünki  bilirdi  ki,  bu  sirrin  üstü  açılsa,  Pəricahan  xanım  onu 
buradan qovub, qızına da böyük tənbeh edəcəkdir. Bir az sa-
kit oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək fikrinə 
düşdü. Bu dəfə diqqət yetirdikdə, nəzəri dəmir millərə sataş-
dı.  Dərhal  onları  çəkib  çıxartdı  və  sonra  pəncərəni  çəkməyə 
başladı.  Pəncərə  hərçənd  ağır  idi,  amma  Qaraca  qız  da 
qüvvətli idi. Pəncərəni qalxızıb altından cəftə ilə bənd elədi. 
Sonra  pəncərədən  çıxıb  qapını  açdı.  Pəncərəni  saldı,  bayıra 
çıxıb  qapını  bağladı,  gəldiyi  deşikdən  bağa  girib  komalarına 
getdi.  
Bu  vaxt  Ağca  xanım  Qaraca  qız  tərəfdən  artıq  dərəcə 
iztirabda  qalıb  boğazından  əsla  çörək  getmirdi;  fikri  müdam  
Qaraca qızın yanında idi. Hətta qəsdən  şorbanı süfrəyə tökdü 
ki, bəlkə ona tənbeh edib  yenə baba otağına salalar, lakin bu 
hilə onu muradına çatdırmadı, çünki Pəricahan xanım qızının 
rəngi qaçdığını görüb təşvişə düşdü: 
-
 
Qorxma,  qızım  eybi  yoxdur,  xörəyi  süfrəyə  qəsdən 
dağıtmadın ki, özü töküldü. Yoxsa, qızım, azarlamısan? – bu-
nu deyə Pəricahan xanım əlini qızının alnına qoydu: 
-
 
Doğrudan  da  qızdırman  var.  Bir  az  şorba  iç,  sonra 
yatacaqsan daha bu gün heç yerə çıxmayacaqsan.  
Bu  əhvalatdan  Ağca  xanım  daha  da  artıq  təşvişə  düşüb 
cəld dedi: 


150 
 
-
 
Yox,  ana,  mən  azarlı  deyiləm,  məni  yatacaq  otağına 
göndərmə!  
Hüseynqulu ağa üzünü arvadına tərəf çevirib dedi: 
-
 
İndi sapsağ qızı azarlı edəcəksən?! 
-Rica edirəm, mənim tərbiyə verməgimə qarışmayasan! 
- Nə üçün? Mən ata deyiləm? 
-  Atasan,  ancaq  nadansan!  Nadan  atadan  qız  nə  tərbiyə 
götürə bilər? 
Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı yumruğunu 
masaya elə bərk vurdu ki, boşqablar biri-birinə dəydi: 
-
 
Sus!  Tezlik  ilə  sənə  göstərərəm  ki,  bu  evin  sahibi 
mənəm!... – bunu deyə Hüseynqulu ağa qabağındakı boşqabı 
yerə çaxdı və hirsli yemək otağından çıxdı. 
-
 
Get, piyan soldat  - deyə Pəricahan xanım bağırdı. Bu 
hadisədən  zavallı  Ağca  xanım  titrəyərək  göz  yaşı  tökməgə 
başladı. Pəricahan xanım mürəbbiyəyə dedi: 
-
 
Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyi-
nin bəzi şeylər almaq üçün şəhərə gedəcəgiz.  
Dayə  Ağca  xanımla  getdilər.  Pəricahan  xanım  öz  ota-
ğına girdi.  
Bir  azdan  sonra  Pəricahan  xanım  mürəbbiyyə  ilə  fay-
tona minib yola düşdü..  
Anası  gedəndən  sonra  Ağca  xanım  bir  müddət  otaqda 
qalıb pəncərədən baxdı, oradan dəmir yol stansiyası görünür-
dü.  Vağzal  Hüseynqulu  ağanın  mülkündə  tikilmişdi.  Hərdən 
bir  Ağca  xanım  da  öz  mürəbbiyyəsi  ilə  oraya  gəzməyə  ge-
dirdi.   
Birdən vaqon fit verdi. 
“Hə... Anamgil getdi. Bir də axşamçağı gələcəklər,  indi 
gedim  Qaraca  qızı  dustaqdan  xilas  edim”-  bunu  deyə  Ağca 
xanım  cəld  geyindi  və  çıxıb  baba  otağına  tərəf  getdi.  Oraya 
yetişdikdə gördü ki, otağın qapısı cəftəsizdir. Yavaşca qapını 
açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb siqara 


151 
 
çəkir  və  ondan  başqa  da  içəridə  kimsə  yoxdur.  Bu  ittifaqa 
Ağca  xanım  həm  şad  və  həm  də  təəccüb  etdi.  Bu  vaxt  atası 
onu gördü: 
-
 
Ha, qızım dustaqdan qaçmısan! Çox da yaxşı etmisən. 
O dəli ananın sözlərinə qulaq asma! Gəl bir az ata-bala söhbət 
edək. 
Ağca  xanım  atasının belə  mehriban  rəftarından  istifadə 
edərək onun qucağına atıldı. Sonra başını əyib divanın altına 
baxdı və Qaraca qızı orada görməyib mat qaldı. Hüseynqulu 
ağa soruşdu: 
-
 
Qızım,  nə  üçün  mat  qalmışsan?  Söhbət  elə  görək  nə 
var, nə yox. 
Ağca xanım sordu: 
-
 
Ata, sən çoxdanmı buradasan? 
-
 
Nahardan sonra gəldim, qızım! 
-
 
Sən gələndə qapı açıq idimi? 
-
 
Yox,  mən özüm açdım! 
-
 
İçəridə kim vardı? 
-
 
İçəridə  bax  bu  xallı  pişik  vardı!  –  bunu  deyə 
Hüseynqulu  ağanın  dal  tərəfində  qıvrılıb  yatmış  pişiyi  ona 
göstərdi.  – Qızım,  bundan ötrümü soruşdun?  
Ağca xanım bişigi alıb dedi: 
-
 
Yox, ata bundan ötrü soruçmuram. 
-
 
Bəs kimdən ötrü soruşursan? 
Ağca xanım cavab verməyib fikrə getdi. 
-
 
Qızıım,  nə  üçün  fikrə  getdin?  Uşaq  atasından  söz 
gizlətməz. 
Ağca xanım bilirdi ki, atası arvadının acığına Qaraca qız 
ilə  oynamağa  ona  izn  verirdi.Ona  görə  sirri  açmaq  istədi. 
Atasının boynunu qucaqlayıb dedi: 
-
 
Ata, anama deməzsən ki, söyləyim. 
-
 
Demərəm, qızım, söylə! 


152 
 
Ağca  xanım  əhvalatı  ona 
söyləyib soruşdu: 
-
 
Ata, bəs  Qaraca qız bura-
dan necə çıxmışdır? 
-
 
İndi,  qızım,  bağımıza  ge-
dərik,  mənim  Piri  kişi  ilə  işim 
var.  Sən  də  mənimlə  gedərsən, 
orada Qaraca qız ilə oynarsan və 
həm  də  onun  buradan  necə  çıxmasını  özündən  soruşarsan  - 
bunu  deyə  Hüseynqulu  ağa  divanın  üstündən  qalxdı.  Ağca 
xanım şadlığından bilmirdi ki, nə etsin? 
Hüseynqulu ağa qızı ilə bağı gəzərkən gəlib Piri kişinin 
daxmasına çatdı. O vaxt Piri kişi qapısında oturub səbət örür-
dü.  Qaraca  qız  da  arxda  qabları  yuyub  daxmaya  gətirirdi. 
Qaraca  qız  Hüseynqulu  ağanı  görüb  qorxuya  düşdü.O  içəri-
dən döşək gətirib  yaşıl otların üzərinə saldı. Hüseynqulu ağa 
oturdu vəüzünü qızlara tərəf dutub dedi: 
-
 
 Siz də gedin bağda oynayın!  
Qaraca qız qavalını götürüb Ağca xanım ilə gəzməgə və 
oynamağa  getdilər.  Ağca  xanım  və  Qaraca  qız  əl-ələ  verib  
bağda  qaçmağa  və  oynamağa  başladılar.  Ağca  xanım  başına 
gələni  Qaraca  qıza  nağıl  etdi;  o  da  baba  otağından  necə 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə