Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   2   3   4   5   6   7   8   9   ...   48


 
keyfiyyətlərini  atmışdır.” Yaxud “Əsərin ilk nəşrində  Hüseynqulu 
ağanın  səciyyəsi  müəyyən  qədər  idealizə  edilmişdi.  O,  çox  vaxt 
Qaraca  qızın  müdafiəçisi  kimi  çıxış  edirdi.”  Tədqiqatçı  belə 
mühim  fərqləri  diqqətə  çatdırmaqla  S.S.Axundovun  milli-mənəvi 
dəyərlərimizə  münasibətinin  əslini  işıqlandırmağa  çalışırdı.  Alim  
uşağın  təlim  və  tərbiyə  məsələsini  yad  mentalitetə  uyğunlaşdır-
mağın da tənqidini povestin əsas ideya istiqamətlərindən biri kimi 
vurğulayırdı:  “S.S.Axundov  “Qaraca  qız”  hekayəsində  Mariya 
İvanovnada təqdirəlayiq bir sifət göstərməmişdi. Mariya İvanovna 
uşaq psixoligiyasından xəbərsiz olduğundan və ya buna əhəmiyyət 
vermədiyinə görə Ağca xanımın tərbiyəsi ilə məşğul ola bilmirdi”.  
Əflatun Saraçlı da əsərin dəyişdirilməsinə münasibətsiz qal-
mayıb, ötəri bir cümlə ilə də olsa da, bu məsələyə toxunmağı özü-
nə borc bilirdi. Nadir Vəlixanov “Süleyman Sani Axundov” mono-
qrafiyasını  siyasi  və  coğrafi  müstəqilliyimizi  təkrar  qazandığımız 
dönəmdə təkmilləşdirərək əsərin dəyişdirilmə səbəblərini daha ob-
yektiv qiymətləndirməyə nail olub. S.S.Axundovun yalnız “Qaraca 
qız” əsəri deyil,  digər əsərləri də dəyişikliklərə məruz qalıb. Nadir 
Vəlixanov  “Süleyman  Sani  Axundov  (elmi  bioqrafiya)”  adlı  mo-
noqrafiyasında  milli-mənəvi  dəyərlərimizin  aşılanması  istiqamə-
tində  aparılan  bu  siyasətin  ədəbiyyatımıza  vurduğu  zərərdən 
təəsüflə danışırdı. 
Nadir  Vəlixanovun  elmi  tədqiqatı  sayəsində  yalnız  “Qaraca 
qız”  əsərinin  deyil,  “Nurəddin”  əsərinin  də  üzərində  dəyişikliklər 
edilməsi  haqqında  məlumatlanırıq.  Tədqiqatçıya  görə,  Süleyman 
Sani  sonralar  “Qorxulu  nağıllar”ı  “Məktəb”  jurnalından  götürüb 
çap  etdirərkən  onların  üzərində  yaradıcılıq  işləri  də  aparmışdır, 
lakin fikrimizcə, bu dəyişiklikləri birmənalı olaraq “yaradıcılıq işi” 
kimi  qiymətləndirmək  doğru  olmaz.    “Nurəddin”  hekayəsinin  ilk 
nəşri  ilə  (“Məktəb”  jurnalı,  1912-ci  il,  N-9-22)  sonrakı  nəşrlər 
arasında bəzi  fərqlər vardır. Ədib 1936-cı  ildə əsərlərini çapa ha-
zırlayarkən bu hekayədə müəyyən dəyişikliklər edib. Məsələn, ilk 
nəşrdə məktəbli Fatma atası Hacı Səmədə deyir ki, “müəllimimizin 
əmrinə görə, gərək sabaha bir elə nağıl düzəldəm ki, ondan belə bir 
məna  çıxsın:  “Yaxşılıq  eylə,  at  dəryaya,  balıq  bilməsə  də,  xalıq 
bilər”. Bu cümlədəki “xalıq” sözü Allaha işarə idi. Ədib sovet döv-



 
ründə  yeni  görüşlərlə  əlaqədar  olaraq  həmin  atalar  sözünü  “yax-
şılıq elə, əvəzini görərsən” şəklində yazmışdır.  
İlk  nəşrində  Hacı  Səməd  Hacı  Nəsirin  övladı  olmasını  da 
“Allah-təalanın kəraməti” ilə bağlayır. Əsərin sonrakı nəşrində isə 
ədib həmin sözlərin əvəzinə “axırda bunların bir oğlu oldu” yazırdı.  
Hacı Nəsir Rəhimə yaxşılıq etmişdi. Bunun əvəzində Rəhim 
Nurəddinə (“İlk nəşrdə Nurəddinin adı Nurələddin kimi verilir. Bu, 
müəllifin həmin obrazın işıqlı, düşüncəli olduğunu onun adında da 
nəzərə çatdırılması ilə əlaqədardır.” – N,Vəlixanov. (Tədqiqatçı bu 
yazılış  fərqinə  xüsusi  bir  məna  versə  də,  ərəb  dilinin  fonetika 
bəhsinə istinadən deyə bilərik ki, ərəb dilində orfoqrafik cəhətdən 
“Nurələddin”    olan  kəlmənin  orfoepiyası  “Nurəddin”dir
2
.  – 
K.N.)) “kibrit” qutusu irilikdə “Quran” gətirir. Həlimə də “Quranı 
öpüb” oğlu Nurəddinin boynundan asır. Əsərin 1936-cı il nəşrində 
isə  Rəhim  Nurəddinə  Quran  yox,  Sədinin  “Gülüstan”  kitabını 
yadigar  verir.  Bu  dəyişikliklər  30-cu  illərdə  vulqar  sosiologizmin 
təsiri  ilə  olmuşdur  və  əsərə  müsbət  təsir  göstərməmişdir”.  Göstə-
rilən nümunələr də bu dəyişikliklərin “yaradıcılıq işi” olmasından 
deyil,  yazıçının  öz  əsərinin  ilkin  ideya  istiqamətlərini  sovet  kon-
yukturasına uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmasından 
xəbər verir. 
S.S.Axundovun  “Qorxulu  nağılları”ı  içində  ən  çox  dəyişik-
liyə  məruz  qalmış    “Qaraca  qız”  povestinin    müasir  ədəbiyyat-
şünaslıqda, xüsusilə uşaq ədəbiyyatı tarixçiliyində layiqincə tədqi-
qatına  təsadüf  edə  bilmədiyimizi  təəssüflə  qeyd  etmək  məcburiy-
yətindəyik.  Lakin  araşdırmalar  müəyyən  qədər  iş  görüldüyündən 
xəbər  versə  də,  geniş  elmi,  pedaqoji  ictimaiyyətin  diqqətinin 
                                                           
2
 Ərəb  dilində  (əl)  artiklı  ayrı-ayrı  sözlərin  əvvəlində,  həm  də  söz 
birləşmələrinin tərkibində işlənir. Ərəb dilindən fars dilinə keçmiş (əl) artiklı ilə 
düzələn  söz  birləşmələrinin  düzgün  oxunması  üçün  şəmsi  və  qəməri  hərfləri 
tanımaq  və  bilmək  şərtdir.  Belə  ki,  (əl)  artiklı  ilə  düzələn  söz  birləşməsinin 
ikinci tərəfi şəmsi hərfi ilə başlanarsa, (əl) artiklının (lam) hərfi tələffüz olunmur 
və ikinci tərəfin ilk hərfi təşdidlə (şiddətlə) tələffüz olunur.Məsələn: 
Nurəddin,  Şəmsəddin,  İmadəddin...  (Təhminə  Rüstəmova.  Fars  dili.  Bakı, 
“Nurlar”, 2012, səh. 50-51.) 
 
 



 
çəkməməsi də təəccüb doğurur. Xüsusilə lap son dövr araşdırma-
mızda  mühüm  faktlara  rast  gəldik  ki,  təəccübümüzün  artmasına 
səbəb  oldu.  “Qaraca  qız”ın  ilk  dəfə  bizim  tərəfimizdən  transfo-
neliterasiya  olunub  dərc  edildiyini  zənn  etdiyimiz  ilk  variantı 
1997-ci ildə Xeyrulla Məmmədov tərəfindən hazırlanaraq “Hikmət 
xəzinəsi”  adlı  bədii  əsərlər  toplusunda  nəşr  olunubsa  da,  təhsil 
mütəxəssislərinin və ədəbiyyatşünasların diqqətindən kənarda qal-
maqda  davam  edib.  Bu  faktın  özü  səssiz-səmirsiz  ciddi  bir  prob-
lemin  varlığından  danışır  ki,  bu  da  araşdırmaların  elmi,  həmçinin 
pedaqoji  ictimaiyyətə inteqrasiyasının zəifliyidir. Əgər elmi yeni-
liklər  akademik  nəşrlərdən  kənara  çıxıb  kütləviləşməyəcəksə,  bu 
tədqiqatların nə anlamı ola bilər?!...  
Xeyrulla  Məmmədov  da  “Qaraca  qız”  əsərinin  üzərində 
apalılmış  dəyişikliyin  onun  ideya  istiqamətinə  kəskin  təsirindən 
danışmağı özünə borc bilərək yazırdı: “Ədib 1936-cı ildə
3
 əsərləri-
ni  kitablarında  çapa  hazırlayarkən  “Qaraca  qız” üzərində  yenidən 
işləmiş,  hekayənin  mülkədarlığa  qarşı  çevrilmiş  tənqidi  pafosunu 
artırmaq  məqsədilə  bir  sıra  əlavələr  və  ixtisarlar  etmiş.  Beləliklə, 
əsərin  yeni  variantı  yaranmışdır.  Əsasən  siyasi  mülahizələrdən, 
motivlərdən irəli gələn bu yaradıcılıq əməliyyatları “Qaraca qız”ın 
birinci jurnal variantında müsbət planda təsvir edilmiş Hüseynqulu 
ağa və Pəricahan xanım surətlərinin mənfi istiqamətdə səciyyələn-
dirilməsi ilə nəticələnirdi. Bu isə öz növbəsində oxucularda köhnə 
cəmiyyətə  və  onun  əsas  sütunlarından  birini  təşkil  edən  mülkə-
darlığa qarşı nifrət hissinin qüvvətlənməsinə xidmət göstərmişdir.  
Artıq  60  ildir  geniş  Azərbaycan  oxucusu  “Qaraca  qız”ın 
ədibin “Əsərləri”nin 1936-cı il nəşrinə daxil edilmiş variantını mü-
taliə edir. Bir sıra mülahizələrdən irəli gələrək biz “Hikmət çələn-
gi”  məcmuəsinə  birinci  “Məktəb”  jurnalında  dərc  edilmiş  varian-
tını daxil etməyi məqsədəuyğun hesab edirik”.  
Bu  günə  qədər  elmi  tədqiqatlarda  “Qaraca  qız”  əsərinin 
1936-cı  ildə  dəyişdirildiyi  haqqında  bəhs  olunur.  Lakin  biz 
“Qaraca  qız”  povestinin  üzərində  aparılan  dəyişikliyi  iki  mər-
                                                           
3
 Əsər  “Zərafət” (1927), “Qaraca qız” (1934) kitablarındakı dəyişikliklərə 
məruz qaldıqdan sonra “Seçilmiş əsərləri”nə (1936) daxil edilib. 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə