Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə3/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   2   3   4   5   6   7   8   9   ...   48


 
hələdə müşahidə edirik.  Əsər ilk dəfə 1927-ci ildə S.S.Axundovun 
“Zərafət”  adlı  hekayələr  kitabına  daxil  edilərkən  dəyişdirilib. 
Əsərin  üzərində  yazıçı  özü  işləmişdir.  Lakin  bu  “təshih”lər  sovet 
idealoji  aparatını  razı  salmamış,  növbəti  nəşrdə  bir  daha  qayçıya 
məruz  qoyulmuşdur.  Növbəti  dəfə  isə  1934-cü  ildə  “Azərnəşr”in 
Tədris-pedaqoji şöbəsi tərəfindən “Qaraca qız” kitabçasının tərtibi 
zamanı  aparılıb.  Hər  üç  nəşr  arasındakı  fərqlərin  idealoji  səbəb-
lərdən yarandığını açıq görmək mümkün olduğu üçün yazıçının bu 
işə məhz təhrik edilməsi qənaətinə gəlirik.  Son iki nəşr nüsxələri 
arasında bir sıra incə və mühüm fərqlər görürük. 1936-cı ildə “Se-
çilmiş  əsrlər”in  təkrar  çapında  artıq  son  dəyişikliyə  möhür  vuru-
laraq  bir  əsrə  yaxın  ədəbiyyat  tariximizin  yaddaşına  köçürülür  və 
bu  günə  kimi  uşaq  ədəbiyyatımızın  qızıl  fonduna  daxil  olan 
“Qaraca qız” kimi mükəmməl  bir əsər millətin öz keçmişinə nifrət 
ruhunda  tərbiyəsinə  yönəldilir.  Xüsusilə  orta  məktəb  ədəbiyyat 
dərsliklərində əsərin ixtisar olunaraq əsas süjet xətti əsasında tədris 
edilməsi idealoji məqsəd daşıyırdı.   
Füzuli Əsgərli uşaq ədəbiyyatı tarixçiliyi ilə məşğul olan bir 
sıra müasir ədəbiyyatşünaslarlarımızdan fərqli olaraq “Azərbaycan 
uşaq  ədəbiyyatının  mərhələli  inkişafı”  əsərində  “Qaraca  qız”ın 
taleyinə elm və təhsilimiz tərəfindən göstərilən laqeydliyə öz mü-
nasibətini  ifadə  edir:  “...Lakin  ümumtəhsil  orta  məktəb  üçün 
dərslik  tərtib  edən  müəlliflər  hansı  səbəbdənsə  sovet  siyasi  ideo-
logiyasına xidmət etmiş əsərin hələ də ikinci variantından istifadə 
edir.  Əslində  isə,  bu  gün  yeni  nəslə  keçmiş  dövrlər  haqqında 
tarixdə  yamaq  kimi  görünməyən  gerçək  bilgilər  verməklə  onların 
dünyagörüşünü  genişləndirmək,  realist  təsvirin  gücü  ilə  cəmiyyət 
hadisələrinin  mahiyyətini,  inkişaf  yolunu  düzgün  anlamaq  üçün 
ciddi  cəhd  göstərilməlidir”.  Maraqlıdır  ki,  Füzuli  Əsgərlinin  də 
araşdırmasında “Qaraca qız” əsəri həm XX əsrin əvvəllərinin, həm 
də  sovet  ədəbiyyatının  nümunəsi  kimi  nəzərdən  keçirilirsə  də, 
təhlilini  son  variant  əsasında  apardığını  qeyd  edir.  “Qaraca  qız” 
əsərinin  ilkin  variantının  təqdim  və  təhlilə  bu  qədər  ehtiyacı 
olduğu  halda  alimin  belə  mühüm  işə  səthi  yanaşması  da  bu  isti-
qamətdə atılan addımların hələ bir müddət də davamsız və zəif ola 
biləcəyindən xəbər verir. 


10 
 
Bu  gün  əsərin  ixtisarlarının  yer  aldığı  dərsliklərə  nəzər 
saldıqda  hiss  etməmək  mümkün  deyildir  ki,  müəlliflər  özləri  də 
əsərin  hansı  formada  təqdimi  üzərində  düşünürlər.  Orta  məktəb 
şagirdləri  üçün  yazılan  ədəbiyyat  dərsliklərində  “Qaraca  qız” 
povestinin 1934-cü ildə dəyişdirilib nəşr edilən variantı əsas götü-
rülməklə süjet xəttini izləyən epizodlar təfərrüatlarlardan təmizlə-
nərək hekayə  adı ilə tədris proqramına daxil edilmişdir. On illərlə 
“Qaraca  qız”  povesti  janr  və  ideya  baxımından  yanlış  təbliğ  olu-
nur. Son illərdə  IV sinif “Azərbaycan dili” dərsliyinə  daxil edilən 
“Qaraca qız” bir daha “qayçıya” məruz qalır. Bu dəfə artıq dərslik 
müəllifləri  haqlı  olaraq  milli  kimliyimizə  atılan  böhtanın,  milli 
varlığımıza  kölgə  salan  yalanların  qarşısını  almaq  üçün  bəy-
mülkədar zülmünü əks etdirən epizodları əsərin mətnindən kənar-
laşdırırlar. Lakin bu dəyişikliyin də “Qaraca qız” əsərinə bir dəyər 
qazandırdığnı  söyləmək  mümkün  deyildir.  Bədii  əsər  təhriflərə 
uğradıqca mahiyyətini itirməyə məhkumdur. Azərbaycan dili dərs-
liyinin  “Dostluq”  bölməsinə  daxil  edilən  “Qaraca  qız”ın  üzərində 
bir əsrə  yaxın aparılan siyasət, sözsüz ki, əsəri öz ilkin mənşəyin-
dən  uzağa  saldıqca  bəsitləşdirmək,  mənasızlaşdırmaq  kimi  təhlü-
kəli aqibətlə nəticələndirməkdədir. Ədəbiyyatımızın məruz qaldığı 
bu təcavüzün qarşısını  yalnız əsərin ilkin variantını bərpa etməklə 
almaq mümkündür. 
Süleyman  Sani  Axundovun  “Qaraca  qız”  əsərinin  yazıçının 
öz iradəsi daxilində yazılmış və “Məktəb” jurnalının 2013-cü il, 1-
22-ci  nömrələrində  yayınlanmış  variantının  1927  və  1934-cü  ildə 
“Qaraca qız” povestinin süjet və fabula baxımından dəyişdirilməsi 
əsərin ideya istiqamətinə cddi  təsir göstərib. Hətta ilk variantında 
romantik-idealist  bir  əsər  kimi  qələmə  alınan  povest  ikinci  mər-
hələdən etibarən realist əsərə çevrilib.  
Hazırda “Qaraca qız”  adı  ilə məşhur olan povestin orijina-
lından nə qədər fərqli olduğunu diqqətə çatdırmaq üçün əsərin çap 
nüsxələri arasındakı fərqləri mümkün olduğu qədər təqdim edirik. 
Povestin  hər  üç  variantının  dil  və  üslub  xüsusiyyətlərini  saxla-
maqla  tam  mətnini  geniş  oxucu  auditoriyasına  təqdim  etməyi 
məqsədəuyğun hesab edirik. 
 


11 
 
“QARACA QIZ” ƏSƏRĠNĠN ORTA MƏKTƏBDƏ 
TƏDRĠSĠNƏ DAĠR 
 
“Qaraca qız” niyə hələ də orta məktəb ədəbiyyat dərslik-
lərində  tədris edilməlidir? Əlbəttə ki,  bu suala cavab tapa bilən 
pedaqoq əsərin uğurlu təhlilinə və şagirdlərə doğru izahına nail ola 
bilər. Qarşıya qoyduğumuz sualın hələ ki konkret cavabı pedaqoji, 
hətta  deyərdik  ki,  elmi  ictimaiyyətə  məlum  deyil.  Ona  görə  də 
məsələyə bir neçə istiqamətdə nəzər salmalı olacağıq:  
1.Yalnız ona görə mi ki, “Qaraca qız” uşaq ədəbiyyatı fon-
dumuzun klassik nadir incilərindədndir? Xeyr, əgər belə olsaydı, 
bu  məntiqlə    Azərbaycanın  görkəmli  hekayə  ustası  Seyid  Hüseyn 
Sadıqzadənin IV sininf “Oxu” dərsliyində bir neçə il ardıcıl olaraq 
tədris edilən “Ağ at və ağ çuxa” əsəri son illərdə dərslikdən çıxa-
rılmazdı. Halbuki bu əsər də şagirdlərin milli-mənəvi tərbiyəsində 
xüsusi rol oynaya biləcək nadir  klassik bədii-tarixi əsərlərdən biri-
dir. Bununla yanaşı, hətta sovet hakimiyyəti illərində, məsələn, bi-
zə məlum olduğuna görə, 1965-ci ildə yazıçının “Kor kişinin arva-
dı”  hekayəsi  orta  məktəb  dərsliklərində  tədris  edilirdi.  Görəsən, 
bəs  Seyid  Hüseynin  bədii  irsinin  orta  məktəb  dərsliklərində  yer 
almasına hansı xüssusiyyətləri mane olmağa başladı?  
2.  ...  Yaxud,  ona  görə  mi  ki,  “Qaraca  qız”  əsəri  müəllifin 
“Qorxulu  nağıllar”  seriyasına  daxil  olan  bədii  nəsr  nümu-
nələrinin içində məktəblilərin təlim-tərbiyəsinə əhəmiyyətli dərə-
cədə təsir edə biləcək  ən mükəmməl əsəridir? Amma son dövr IV 
sinif “Azərbaycan dili” dərsliyinə əsərin daxil edilmiş hissələrində 
Hüseynqulu ağa obrazının görünməməsi bunu demir...  
3.  ...Və  nəhayət,  pedaqoji  aspektdən  ən  məntiqsiz  görünə 
biləcək  sonuncu  aksioma  ilə  üz-üzəyik:  Sadəcə,  “Qaraca  qız” 
əsərinin  ədəbiyyat  dərsliklərində  tədrisinin  qədim  bir  tarixçəsi 
var və biz də bu ənənədən kənara çıxa bilmirik... Bunun da inkarı 
üçün  tutarlı  dəlillər  gətirə  bilərik:  səbəb  bu  olsaydı,  ibtidai  sinif 
“Oxu”  dərsliklərinin  uzun  illər  bəzəyi  olan  Abdulla  Şaiq,  Abbas 
Səhhətin  bədii  irsi  son  illərdə  sıxışdırılmazdı.  Bu  məqamda  özü-
müzü təkzib etməyə də hazırıq,  Səməd Vurğunun “Vaqif” dramı-
nın  XI  sinif    “Ədəbiyyat”  dərsliyində  tədrisi  timsalında...  Amma 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə