Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   40   41   42   43   44   45   46   47   48

145 
 
nu da sevmirdi. Bu halda bir gözəl kəpənək gəlib Ağca xanı-
mın oturduğu iskamiyanın başına qondu. Ağca xanım gizlicə 
kəpənəyi dutmaq istədisə lakin duta bilmədi. Bunu mürəbbiyə 
görüb çox acığı  dutdu  və  hirsli  Ağca  xanımın  əlindən  dutub 
evə  apardı.  Qaraca  qız  bir  müddət  dayandı  ki,  görsün  Ağca 
xanım  yenə  bağçaya  çıxacaqmı.  Bir  azdan  sonra  mürəbbiyə 
yalınızca  gəlib iskamyanın üstündə əyləşdi və kitab oxumağa 
məşğul oldu. Qaraca qız duydu ki, bu Ağca xanımı evə salıb 
dustaq  etdi.  Bu  işdən  rəhmdil  Qaraca  qız  nə  qədər  Ağca 
xanıma ürəyi yanıb yazığı gəldisə də bir o qədər mürəbbiyəyə 
düşmənçiliyi artdı.  
Ağalıq evi təzə  qayda  ilə  tikilmiş, iki  mərtəbə, gen-bol 
bir  imarət  idi.  Bundan  başqa  evin  baş  tərəfində  üç  balaca 
otaqdan ibarət bir qədim tikili də vardı. Bu, Hüseynqulu ağa-
nın  babasından  qalma  köhnə  bir  imarət  idi.  Bu  evin    pən-
cərələri xırda və rəng-bə-rəng şişələrdən ibarət idi. Bu evlərdə 
heç kəs olmurdu. Həmişə iki otağın ağzı bağlı olardu. Orada 
Hüseynqulu  ağanın  babadan  qalma  əntiq  şeyləri  saxlanırdı. 
Ancaq  üçüncü  otaq  qədim  yaraqlar  və  zinətli  şeylər  ilə 
bəzənib  Hüseynqulu  ağa  üçün  açıq  saxlanırdı.  Burada 
Hüseynqulu ağa nahardan sonra uzanıb bir az rahətlik edərdi. 
Bu  otağın  bircə  dənə  pəncərəsi  vardı,  o  da  qeyri  pəncərələr 
kibi  yana  açılmayıb,  yuxarı  çəkilirdi.  Onun  xırda  rəng-bə-
rəng  şişələri içəriyə bir o qədər işıq buraxmazdı və ona görə 
də  otağın  içi  qaranlıq  idi.  Bu  otaq  ağalıqda  “baba  otağı”  adı 
ilə məşhur idi. Axır vaxtlarda Ağca xanım müqəssir olduqda 
onu tərbiyə üçün bu otağa salırdılar.  
Qaraca qız çəpər uzunu gəlib evin başına çatdıqda, göz-
ləri  nağıl  etdiyimiz  “baba  otağı”na  sataşdı.  Pəncərənin  abı, 
yaşıl, qırmızı,  sarı və qeyri rəngli şişələri Qaraca qızın diqqə-
tini  cəlb  etdi.  Çəpər  hündür  olduğundan  Qaraca  qız  bu  evi 
yaxşı görə bilmirdi, ona görə bir  ağacın başına çıxdı ki, ora-
dan baxsın. Bunu Ağca xanım içəridən görürdü. Barmağı ilə 


146 
 
şüşəni  döydü  ki,  özünün  orada  olduğunu  Qaraca  qıza  bil-
dirsin;  birdən  şüşə  cırıltı  ilə  sınıb  yerə  töküldü.  Bundan  hər 
ikisi qorxuya düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də, 
yarpaqların  qalın  yerlərində  özünü  gizlətdi.  Bir  azdan  sonra 
Ağca xanım sınan şüşənin yerindən baxıb yavaşcadan Qaraca 
qızı çağırdı. O da özünü ona göstərib dedi: 
-
 
Ağca xanım, səni orada mürəbbiyənmi dustaq eləmiş? 
-
 
Bəli, onu sən haradan bildin?  
-
 
Bən  bayaq  çəpərin  arasından  güllü  bağçaya  baxırdım, 
sən  də  kitab  oxuyurdun.  İstəyirdin  kəpənəyi  dutasan, 
mürəbbiyənin sənə acığı dutdu, dustaq etdi.  
-
 
Doğru  deyirsən,  anamın  və  mürəbbiyəm  Mariya 
İvanovnanın acığı dutanda, məni buraya salırlar. Ah! Sən nə 
xoşbəxt  uşaqsan!  Mənim  kibi  dustaq  olmayıb  özün  üçün 
bağda azad gəzirsən!  
-
 
Sən  də  həmişə  dustaq  olmursan  ki,  qeyri  vaxtlarda  
bənim kibi  gəzirsən!... 
-
 
Yox,  məni  heç  kəs  ilə  oynamağa  qoymurlar,  gəzəndə 
həmişə Mariya İvanovna yanımda olur. Mən onunla gəzməyi 
sevmirəm.  
Qaraca qız dedi: 
-
 
Nə etməli, səni mənimlə oynamağa qoymurlar.  
-
 
O, qucağındakı nədir? – deyə Ağca xanım soruşdu. 
Qaraca qız xallı bişigi  göstərib dedi:  
-
 
Bu bişik balasını bu sabah bağdan tapmışam! 
-
 
Ah!  Nə gözəl bişikdir!.. – deyə  Ağca xanım köksünü 
ötürdü. 
-
 
İstəyirsən sənə bağışlayım? 
-
 
Çox yaxşı, gətir bu deşikdən ver! 


147 
 
-Oraya nə tövr  gəlim? Qapı-
dan  gəlsəm  məni  görərlər  və 
qoymazlar. 
-
 
Gör  çəpərdən  keçə  bilər-
sənmi? 
-
 
Yaxşı,  görüm  keçə  bilə-
rəmmi?  –  deyə  Qaraca  qız  ağac-
dan  düşüb  çəpərdən  keçməyə  yol 
aramağa  başladı.  Gəzərkən  çəpə-
rin altından su arxının yolunu gör-
dü:  bu  deşikdən  Qaraca  qız  xeyli 
çətinlik ilə evin dal həyətinə çıxdı. Sonra gizlincə gəlib pən-
cərənin qabağına çıxdı. Ağca xanım səvinə-səvinə dedi: 
-
 
Haradan keçdin? 
-
 
Su arxının deşigindən Al, gör nə yaxşı bişikdir? Ağca 
xanım bişigi alıb  bağrına basdı. Qaraca qız deşikdən içəri ba-
xıb dedi: 
-
 
Nə gözəl otaqdıır? Nə çox yaraq asılmışdır?!  
Ağca xanım dedi: 
-
 
Mən  buranı  sevmirəm,  özüm  də  qorxuram.  Pəncərəni 
aça bilsəydim, sən də gələrdin, burada söhbət edərdik. Ancaq 
onu yuxarı qaldırmaq lazımdır, mənim də gücüm çatmır. Qoy 
görüm Mariya İvanovna qapını daldan bağlamışdır, ya yox? – 
bunu deyə Ağca xanım qapını çəkdi, o da açıldı. 
-
 
Ah nə yaxşı oldu! Tez ol, gəl. 
Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi 
sevinərək  biri-birini  qucaqladı.  Sonra  şirin  söhbət  etməyə 
başladılar. 


148 
 
    
 
Bu  vaxt  Mariya  İvanovnanın  oxuduğu  kitab  xeyli  ma-
raqlı  olduğundan  başı  qarışıb  Ağca  xanımı  bir  saat  əvəzinə, 
iki  saatdan  artıq  dustaq  etdiyindən  xəbəri  yox  idi.  Lakin  bu 
unudulmağa Ağca xanım çox şad idi. O, Qaraca qızı vaxtında 
qaçırmaq üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün mürəb-
biyəsi  gəlirmi?  Bir  dəfə  də  çıxanda  anasını  yanında  hazır 
gördü. Bu  ittifaqdan  Ağca  xanımın rəngi qaçıb bədəninə  tit-
rətmə  düşdü.  Özünü  elə  itirmişdi  ki,  anasının  sualına  cavab 
verə  bilmirdi.  Pəricahan  xanım  baba  otağını  açıq  görüb  fikir 
etdi ki, Hüseynqulu ağa içəridə olar, bu qəsd ilə də içəri gir-
mək  istədikdə  Ağca  xanım  lap  özünü  itirib  onun  qabağını 
kəsdi: 
 –  Ana,  buraya  girmə,  girmə!-  deyə  özü  də  ağlamağa 
başladı.  Pəricahan  xanım  təəccübdə  ikən  Mariya  İvanovna 
gəlib çıxdı və ondan qızının dustaq olmağını bildi. Pəricahan 
xanım  mürəbbiyə  və  onların  arxasınca  Ağca  xanım  otağa 
girdilər. Pəricahan xanım bişigi görüb soruşdu: 
-
 
Bundan  ötrümü  qorxdun?  Nə  gözəl  bişikdir!  Bunu 
saxlamağa sənə izn verirəm. Ağca xanım Qaraca qızı içəridə 
görməyib bir qədər  yürəkləndi. Qaraca qız isə divanın altına 
girib  gizlənmişdi.  Hər  üçü  otaqdan  çıxıb  qapını  bağladılar 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə